Məhkəmə qərarları › İş №e-2(036)-2173/2023

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(036)-2173/2023

26.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-2173/2023 26.10.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli rayon məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Əsədli Xuraman Emin qızının katibliyi ilə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında zərərin ödənilməsi tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxаraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı subroqasiya qaydasında zərərin ödənilməsi tələbi barədə iddia qaldıraraq xx.xx.2021-ci il tarixdə, saat 01-00 radələrində İmişli rayonu Qaradonlu kəndində baş vermiş yol nəqliyyat hadisəsində cəmiyyətdə sığortalanmış “QAZ 2410” markalı **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşma nəticəsində zədələnmiş “Mercedes Benz” markalı, **-FM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə dəymiş maddi zərərin ödənilməsi üçün 5000,0 manat məbləğində sığorta ödənişi həyata keçirildiyini göstərərək həmin məbləğin və 70,0 manat dövlət rüsumunun tutulub cəmiyyətin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan İcbari sığorta müqaviləsinə dair məlumata əsasən sığortaçı "xxxx" ASC xx.xx.2021xx.xx.2022 sığorta müddətində “QAZ 2410” markalı **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobillə törədilən yol nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin əmlakına dəymiş zərərə görə 5000,0 manat sığorta təminatı vermişdir. İşdə olan İmişli rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 3(036)-434/2021 nömrəli qərarının surətinə əsasən Cavabdeh idarə etdiyi “QAZ 2410” markalı **-ET-*** dövlət qeydiyyat nişanlı avtomaşınla xx.xx.2021-ci il tarixdə, saat 01-00 radələrində İmişli rayonu Qaradonlu kəndində hərəkətdə olarkan “Mercedes Benz” markalı, **-FM-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi ilə nəticələnən YNH törətməkdə təqsirli bilinib Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə inzibati qaydada tənbeh olunmuşdur. İşdə olan xx.xx.2021-ci il tarixli PXA96211 nömrəli Sığorta aktının surətinə əsasən PXA********** nömrəli Sığorta müqaviləsi ilə xx.xx.2021-xx.xx.2022 sığorta müddətində sığortaçı "xxxx" ASC-də sığortalanmış ““QAZ 2410” markalı **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2021-ci il tarixdə, saat 01-00 radələrində rayonu Qaradonlu kəndində baş vermiş yol nəqliyyat hadisəsində toqquşmuş X1 idarə etdiyi “Mercedes Benz” markalı, **-FM-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi nəticəsində dəymiş zərər 5500,0 manat məbləğində müəyyən olunmuş, sığorta ödənişi 5000,0 manat təşkil etmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli 7735 saylı Ödəniş tarşırığının surətinə əsasən "xxxx" ASC PXA 962111 saylı akta əsasən X2 5000,0 manat ödəmişdir. «İcbari sığortalar haqqında» AR Qanununun 6.2-ci maddəsinə əsasən mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. Həmin Qanunun 13.1-ci maddəsinə əsasən icbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun xüsusi hissəsində nəzərdə tutulmuş hadisələr və hallardır. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün mülki məsuliyyətin icbari sığortasında müvafiq sığorta şəhadətnaməsində göstərilən əmlakın (binanın, tikilinin, avtonəqliyyat vasitəsinin,.... və s.) sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və ( və ya) əmlakına vurulmuş zərərin ödənilməsi üçün sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır. Həmin Qanunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. AR Mülki Məcəlləsinin 923-cü maddəsinə əsasən mülki məsuliyyətin sığortası müqaviləsinə görə sığortaçı sığortalını sığorta dövründə əmələ gəlmiş məsuliyyətlə əlaqədar üçüncü şəxs qarşısında ona həvalə edilən öhdəlikdən azad etməlidir. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi ( iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Cavabdeh 5000,0 manat və ödənilmiş dövlət rüsumuna görə 70,0 manat tutulub iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməlidir. Yuxarıda qeyd olunanlara əssən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia tələbi təmin olunsun. Cavabdeh 5000,0 (beş min) manat və ödənilmiş dövlət rüsumuna görə 70,0 (yetmiş) manat tutulub iddiaçı "xxxx" ASC-nin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar