Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-2179/2023 23.08.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi hakim Qənbərov Ülvi Oktay oğlu iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı pul tələbi barədə iddia qaldıraraq xeyrinə xx.xx.2022-ci il tarixli ********* nömrəli müqavilə üzrə 323.80 manat əsas borc, 48.50 manat cərimə, xx.xx.2022-ci il tarixli ********* nömrəli müqavilə üzrə 524.90 manat əsas borc, 78.70 manat cərimə, xx.xx.2021-ci il tarixli ********* nömrəli müqavilə üzrə 53.10 manat əsas borc, 7.90 manat cərimə və 30.37 manat dövlət rüsumu tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı satqı müqavilənin surətinə əsasən Cavabdeh həmin tarixdə "xxxx" MMC-dən 734.30 manat dəyərində “Samsung” markalı paltaryuyan maşın nisyə almışdır. İşdən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı satqı müqavilə üzrə aldığı əşyanın dəyərini qismən ödəyərək 323.80 manat borclu qalmış və hesabına 48.50 manat cərimə hesablanmışdır. İşdə olan xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı satqı müqavilənin surətinə əsasən Cavabdeh həmin tarixdə "xxxx" MMC-dən 867.90 manat dəyərində “Lotus” markalı kondisioner nisyə almışdır. İşdən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı satqı müqavilə üzrə aldığı əşyanın dəyərini qismən ödəyərək 524.90 manat borclu qalmış və hesabına 78.70 manat cərimə hesablanmışdır. İşdə olan xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı satqı müqavilənin surətinə əsasən Cavabdeh həmin tarixdə "xxxx" MMC-dən 263.10 manat dəyərində “Xiaomi” markalı telefon nisyə almışdır. İşdən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı satqı müqavilə üzrə aldığı əşyanın dəyərini qismən ödəyərək 53.10 manat borclu qalmış və hesabına 7.90 manat cərimə hesablanmışdır. AR Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə,..... həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə, və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216, 220, 227,233,357 və 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli ********* nömrəli müqavilə üzrə 323.80 (üç yüz iyirmi üç manat, səksən qəpik) manat əsas borc, 10 (on) manat cərimə, xx.xx.2022-ci il tarixli ********* nömrəli müqavilə üzrə 524.90 (beş yüz iyirmi dörd manat, dpxsan qəpik) manat əsas borc, 20 (iyirmi) manat cərimə, xx.xx.2021-ci il tarixli ********* nömrəli müqavilə üzrə 53.10 (əlli üç manat, on qəpik) manat əsas borc, 7.90 (yeddi manat, doxsan qəpik) manat cərimə və dövlət rüsumuna görə 30.37 (otuz manat, otuz yeddi qəpik) manat pul alınıb iddiaçı "xxxx" MMC-nin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №e-2(036)-2179/2023
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(036)-2179/2023
23.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver