Məhkəmə qərarları › İş №e-2(036)-2227/2023

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(036)-2227/2023

04.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-2227/2023 04.09.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Qənbərov Ülvi Oktay oğlu, iddiaçı "xxxx" ASC-nin cavabdehlər, Cavabdeh1 və qeyrilərinə qarşı subroqasiya qaydasında zərərin ödənilməsi tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxаraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı subroqasiya qaydasında zərərin ödənilməsi tələbi barədə iddia qaldıraraq xx.xx.2023-cü il tarixdə, saat 17-00 radələrində İmişli şəhəri, H.Əliyev prospektində baş vermiş yol nəqliyyat hadisəsində cəmiyyətdə sığortalanmış “Vaz 21033” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşma nəticəsində zədələnmiş “Vaz 2106” markalı, **-DT- *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə dəymiş maddi zərərin ödənilməsi üçün 225.72 manat məbləğində sığorta ödənişi həyata keçirildiyini göstərərək həmin məbləğin və 30.40 manat dövlət rüsumunun tutulub cəmiyyətin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan İcbari sığorta müqaviləsinə dair məlumata əsasən sığortaçı "xxxx" ASC xx.xx.2022-xx.xx.2023 sığorta müddətində “Vaz 21033” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobillə törədilən yol nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin əmlakına dəymiş zərərə görə 5000,0 manat məbləğində sığorta təminatı vermişdir. İşdə olan xx.xx.2023-cü il tarixli “inzibati xəta haqqında” Protokolun surətinə əsasən Cavabdeh2 idarə etdiyi “Vaz 21033” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomaşınla xx.xx.2023-cü il tarixdə, saat 17-00 radələrində İmişli şəhəri, H.Əliyev prospektində hərəkətdə olarkan yol hərəkəti qaydalarını pozaraq AR İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İşdə olan Ödəniş tarşırığının surətinə əsasən "xxxx" ASC tərəfindən X1 225.72 manat ödəmişdir. «İcbari sığortalar haqqında» AR Qanununun 6.2-ci maddəsinə əsasən mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. Həmin Qnunun 13.1-ci maddəsinə əsasən icbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun xüsusi hissəsində nəzərdə tutulmuş hadisələr və hallardır. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün mülki məsuliyyətin icbari sığortasında müvafiq sığorta şəhadətnaməsində göstərilən əmlakın (binanın, tikilinin, avtonəqliyyat vasitəsinin,.... və s.) sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və ( və ya) əmlakına vurulmuş zərərin ödənilməsi üçün sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır. Həmin Qanunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. AR Mülki Məcəlləsinin 923-cü maddəsinə əsasən mülki məsuliyyətin sığortası müqaviləsinə görə sığortaçı sığortalını sığorta dövründə əmələ gəlmiş məsuliyyətlə əlaqədar üçüncü şəxs qarşısında ona həvalə edilən öhdəlikdən azad etməlidir. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi ( iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, cavabdehlər, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 225.72 manat və ödənilmiş dövlət rüsumuna görə 30.40 manat tutulub iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməlidir. Yuxarıda qeyd olunanlara əssən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia tələbi təmin olunsun. Cavabdehlər, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 225.72 (iki yüz iyirmi beş manat yetmiş iki qəpik) manat və ödənilmiş dövlət rüsumuna görə 30.40 (otuz manat qırx qəpik) manat tutulub iddiaçı "xxxx" ASC-nin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar