Məhkəmə qərarları › İş №e-2(036)-2291/2025

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(036)-2291/2025

15.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-2291/2025 15.08.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Ağakişiyeva Lətafət Almazxan qızı, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq, müəyyən etdi: İddia tələbinin əsaslandırıldığı hallar və ona qarşı etirazın dəlilləri a) iddia tələbinin əsaslandırıldığı hallar İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İmei kodu **********70819 OPPO A78 markalı telefon, Paket M xidməti, X4 2 xidməti, Mychoıce Case üçün 638.98 (altı yüz otuz səkkiz manat, doxsan səkkiz qəpik) manat ödənilməmiş hissə, 63.90 (altmış üç manat, doxsan qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən X1 Ks Pro qol saatı üçün 107.74 (yüz yeddi manat, yetmiş dörd qəpik) manat ödənilməmiş hissə, 10.77 (on manat, yetmiş yeddi qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İzqara Gorenje, X3 3 il xidmət üçün 106.54 (yüz altı manat, əlli dörd qəpik) ödənilməmiş hissə, 10.65 (on manat, altmış beş qəpik) cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, X2 qol saatı, X3 3 il xidmət üçün 88.52 (səksən səkkiz manat, əlli iki qəpik) manat ödənilməmiş hissə, 8.85 (səkkiz manat, səksən beş qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İmei kodu **********33822 Samsung Galaxy A54, Paket XL xidməti üçün 941.90 (doqquz yüz qırx bir manat, doxsan qəpik) manat ödənilməmiş hissə, 94.19 (doxsan dörd manat, on doqquz qəpik) manat cərimə ümumilikdə 2072.05 manat borc və 40.73 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə "xxxx" MMC bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən, İmei kod **********70819 Oppo A78, paket m xidməti, X32 xidməti, mychoice case, kieslect calling watch ks pro qol saati, izqara gorenje, X3 3 il xidməti, kieslect lady calling qol saatı, X3 3 il xidməti İmei kod **********33822 samsung galaxy A54, X3 2 il xidməti, paket xl xidməti almış və nəticədə 2072.05 (iki min yetmiş iki manat, 5 qəpik) manat borc yaranmışdır. Cavabdeh xx.xx.2024-ci il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 697.08 manat (12 ay x 58.09 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********70819 Oppo A78, paket m xidməti, X3 2 xidməti, mychoice case üçün ümumilikdə 702.88 manat olmaqla, ondan, 638.98 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 63.9 manat cərimə pulu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 129.96 manat (12 ay 10.83 manat + 0 manat ilkin ödəniş) olan kieslect calling watch ks pro qol saat üçün ümumilikdə 118.51 manat olmaqla, ondan, 107.74 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 10.77 manat cərimə xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 128.04 manat (12 ay x 10.67 manat + 0 manat ilkin ödəniş) olan izqara gorenje, X33 il xidməti üçün ümumilikdə 117.19 manat olmaqla, ondan, 106.54 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 10.65 manat cərimə xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 133.02 manat (6 ay 22.17 manat + 0 manat ilkin ödəniş) olan kieslect lady calling qol saatı, X3 3 il xidmət üçün ümumilikdə 97.37 manat olmaqla, ondan, 88.52 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 8.85 manat cərimə xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1089.9 manat (18 ay 60.55 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********33822 samsung galaxy A54, X3 2 il xidməti, paket xl xidməti üçün ümumilikdə 1036.09 manat olmaqla, ondan, 941.9 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 94.19 manat cərimə borcu yaranmışdır. Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, xx.xx.2024-ci il tarixində X32 xidmətindən imtina etmiş və məhsul 148 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin xx.xx.2024ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 0 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 148 manat, digər müqavilə üzrə cəmi ödədiyi məbləğ 146.32 manat təşkil edir. Cavabdehlə bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il ,xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. b) iddia tələbinə qarşı etirazın dəlilləri Məhkəmə tərəfindən iddiaya qarşı yazılı etiraz təqdim etmək hüququnun və eyni zamanda digər hüquq və vəzifələrinin izahı barədə cavabdehin iddia ərizəsində qeyd edilən ünvanına bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə qarşı yazılı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır. İş materiallarına əlavə edilmiş sənədlər: "xxxx" MMC və Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən cavabdehin iddiaçıdan aldığı İmei kodu **********70819 OPPO A78 markalı telefon, Paket M xidməti, X4 2 xidməti, Mychoıce Case üçün ödəniş cədvəli üzrə 12 ay müddətinə hər ay 58,09 manat, ümumilikdə 702,88 manat olmaqla, ondan 638,98 manat ödənilməmiş hissəsi, 63,90 (altmış üç manat, doxsan qəpik) manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən cavabdehin iddiaçıdan X1 Ks Pro qol saatı üçün ödəniş cədvəli üzrə 12 ay müddətinə hər ay 10.83 manat, ümumilikdə 118.51 manat olmaqla, ondan 107.74 manat ödənilməmiş hissəsi, 10.77 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən cavabdehin iddiaçıdan aldığı İzqara Gorenje, X3 3 il xidmət üçün ödəniş cədvəli üzrə 12 ay müddətinə hər ay 10.67 manat, ümumilikdə 117.19 manat olmaqla, ondan 106.54 manat ödənilməmiş hissəsi, 10.65 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən cavabdehin iddiaçıdan aldığı X2 qol saatı, X3 3 il xidmət üçün ödəniş cədvəli üzrə 6 ay müddətinə hər ay 22.17 manat, ümumilikdə 97.37 manat olmaqla, ondan 88.52 manat ödənilməmiş hissəsi, 8.85 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən cavabdehin iddiaçıdan aldığı İmei kodu **********33822 Samsung Galaxy A54, Paket XL xidməti üçün ödəniş cədvəli üzrə 18 ay müddətinə hər ay 60.55 manat, ümumilikdə 10.36.09 manat olmaqla, ondan 941.90 manat ödənilməmiş hissəsi, 94.19 manat cərimə borcu yaranmışdır. xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan “Əşyaların təhvil-təslim aktı”ndan görünür ki, cavabdeh əldə etdiyi məhsulları tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdeh müqavilələrin şərtlərini pozaraq aldığı əşyaların dəyərinin 2072.05 manat hissəsini ödəməmiş və müqavilənin 2.6-ci bəndinə əsasən ona müqavilələr üzrə penya (cərimə pulu) hesablanmışdır. İddiaçı tərəfindən göndərilmiş xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədənkənar həll olunması, cavabdehin üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu rəsmi qaydada bildirilsə də, sonuncu müqavilə ilə təsbit olunmuş öhdəliklərini icra etməmişdir. Məhkəmə baxışının hədləri: Mülki Prosessual Məcəllə: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Maddə 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 284-5.1. Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Maddə 284-5.2. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Maddə 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Maddə 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmənin mövqeyi Məhkəmə tədqiq olunmuş sübutlara yuxarıda qeyd olunan hüquq normalarına əsasən qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada (nisyə) alqı-satqı müqavilələri bağlanılmış, həmin müqaviləlrə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Tərəflər arasında bağlanmış əşyaların alqı-satqısına dair müqavilələrə əsasən "xxxx" MMC müqavilələrdə göstərilən əşyaları cavabdehə nisyə satmağı, cavabdeh isə həmin əşyaları qəbul etməyi və müqavilə üzrə nəzərdə tutulan müddətlərə olan aylıq ödənişləri etməyi və bu şərtləri pozduqda qalıq məbləğinin hər növbəti təqvim gününə hesablanmış 2% həcmində mübahisəsiz olaraq penya ödəməyi barədə öhdəlik götürmüşdür. Həmin əşyalar satıcı tərəfindən cavabdehə təhvil verilmişdir. Cavabdeh tərəfindən müqavilələr üzrə borcun ödənilməsi tam təmin edilmədiyindən iddiaçı tərəfindən ona xəbərdarlıq məktubu göndərilərək borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı xəbərdarlıq edilmişdir, lakin cavabdeh müqavilədən irəli gələn öhdəliyini icra etməyərək aldığı əşyaların dəyərinin tam olaraq ödənilməsini təmin etməmişdir. Cavabdeh tərəflər arasında bağlanmış müqavilələr əsasında iddiaçıdan mal almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin malın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilələr əsasında mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin malların dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən müqavilələrin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. Cərimə borcunun tutulması hissəsində məhkəmə qeyd edir ki, qanunvericiliyin yuxarıda sadalanan normalarından görünür ki, qanunvericilik məhkəməyə dəbbə pulunu azaltmaq hüququ vermişdir. İddiaçının cərimə tələbi əsaslı olsa da, tələb edilən cərimə məbləğinin azaldılması cavabdehin müqavilə üzrə ödənilmədən qalmış borc məbləğinin ödənilməsinə zəmin yaratmış olar. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb edilən cərimə məbləği xx.xx.2024-cü il tarixli müqavilə üzrə 3,19 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 0,53 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 0,53 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 0,44 manat və xx.xx.2024-cü il tarixli müqavilələr üzrə azaldılaraq hər müqavilə üzrə 4,70 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən, iş üzrə ödənilmiş 40,73 manat məbləğində dövlət rüsumunun 31 manat hissəsi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən ödənilməmiş qalan 638.98 manat əsas borc və 3,19 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən ödənilməmiş qalan 107.74 manat əsas borc və 0,53 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən ödənilməmiş qalan 106.54 manat əsas borc və 0,53 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən ödənilməmiş qalan 88.52 manat əsas borc və 0,44 manat cərimə borcu və xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən ödənilməmiş qalan 941.90 manat əsas və 4,70 manat cərimə borcu olmaqla, cəmi 1893,07 manat pul vəsaiti ttutularaq iddiaçıya ödənilməli və iddia qalan hissədə rədd edilməlidir. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 284-5, 284-6, 357, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən ödənilməmiş qalan 638.98 manat əsas borc, 3,19 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən ödənilməmiş qalan 107.74 manat əsas borc və 0.53 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən ödənilməmiş qalan 106.54 manat əsas borc və 0,53 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən ödənilməmiş qalan 88.52 manat və 0,44 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən ödənilməmiş qalan 941.90 manat əsas borc və 4,7 manat cərimə borcu olmaqla, cəmi 1893,07 (min səkkiz yüz doxsan üç manat yeddi qəpik) manat pul vəsaiti və ödənilmiş 31 (otuz bir) manat dövlət rüsumunun əvəzi iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10- 1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Lətafət Ağakişiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar