Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-2306/2023 12.09.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlu İddiaçı QSC-nin cavabdehlər, Cavabdeh2 və qeyrisinə qarşı pul tələbi barədə iddiasına dair mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC-nin cavabdehlər, Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbi barədə iddia qaldıraraq xeyrinə 1235,95 manat borcun və ödənilmiş dövlət rüsumuna görə 32,76 manat tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli 40011234 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 həmin tarixdə "xxxx" MMC-dən 2055,95 manat dəyərində məişət avadanlığı nisyə almış və 0 manat ilkin ödəniş etdikdən sonra qalan 2055,95 manatı hər ay 137,0 manat ödəməklə 15 ay müddətində ödəyib qurtarması barədə öhdəlik götürmüşdür. İşdə olan xx.xx.2019-cu il tarixli R-16/19 saylı faktorinq müqaviləsinin surətinə əsasən "xxxx" MMC-nin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən xx.xx.2022-ci il tarixli 40011234 saylı nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliyin borc alan tərəfindən tamamilə icra olunması müəyyən edilməmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli 40011234 saylı Zaminlik müqaviləsinin surətinə əsasən Vəliyev X1 Nahidə Məhərrəm qızı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli 40011234 saylı nisyə alqı-satqı müqaviləsi üzrə borcalanın öhdəliklərinin icra edilməsi üçün öz üzərilərinə borcalanla eyni ölçüdə öhdəlik götürmüşdür. AR Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə,..... həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə o QSC-nin hissə-hissə ödənilməsi nəzərdə tutula bilər.Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə o QSC-nin pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə, və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 655.1-ci maddəsinə görə faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 655.3-cü maddəsinə görə müştəri faktor qarşısında öhdəliyinin icrasını təmin etmək məqsədi ilə də borcluya olan pul tələbini faktora güzəşt edə bilər. Həmin Məcəllənin 657.3-cü maddəsinə görə Faktorinq müqaviləsində müştərinin hüquqlarının faktora hansı dərəcədə keçməsi də tənzimlənə bilər. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, cavabdehlər, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 1235,95 manat borc və ödənilmiş dövlət rüsumuna görə 32,76 manat pul alınıb İddiaçı QSC-nin hesabına keçirilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216, 220, 227,233,357 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 1235,95 (bir min iki yüz otuz beş manat, doxsan beş qəpik) manat borc və ödənilmiş dövlət rüsumuna görə 32,76 (otuz iki manat yetmiş altı qəpik) manat pul alınıb İddiaçı QSC-nin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №e-2(036)-2306/2023
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(036)-2306/2023
12.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver