Məhkəmə qərarları › İş №e-2(036)-2336/2025

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(036)-2336/2025

25.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-2336/2025 25.08.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayeva Gülsaba Xeyrulla qızının sədrliyi, Sarıyev Əhməd Siracəddin oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı «borc» tələbinə dair ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı “borc” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli 04065964 saylı müqaviləyə əsasən İmei kodu **********04589 “X3 12S” markalı telefon, paket L xidməti, qızıl zəmanət ultra 2 il xidməti üçün 137.22 manat ödənilməmiş hissə, 13.72 manat cərimə borcu olmaqla, ümumilikdə 150.94 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən, QİZİL ZƏMANƏT ULTRA1 İL xidməti, İMEİ KODU **********72182 XİAOMİ REDMİ 14C markalı telefon, ZƏMANƏT + 1 İL xidməti, İMEİ KODU **********10302 XİAOMİ REDMİ 14C markalı telefon, İMEİ KODU **********32983 XİAOMİ REDMİ 14C markalı telefon almış və nəticədə 1374.71 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 479.52 manat (18 ay x 26.64 manat + 0 manat ilkin ödəniş) olan QİZİL ZƏMANƏT ULTRA1 İL xidməti, İMEİ KODU **********72182 XİAOMİ REDMİ 14C markalı telefoünçün ümumilikdə, 527.47 manat olmaqla ondan, 479.52 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 47.95 manat cərimə. xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 448.02 manat (18 ay x 24.89 manat + 0 manat ilkin ödəniş) olan ZƏMANƏT + 1 İL xidməti, İMEİ KODU **********10302 XİAOMİ REDMİ 14C markalı telefon üçün ümumilikdə, 492.82 manat olmaqla ondan, 448.02 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 44.80 manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 427.20 manat (18 ay x 17.90 manat+105 manat ilkin ödəniş) olan İMEİ KODU **********32983 XİAOMİ REDMİ 14C markalı telefon üçün ümumilikdə, 354.42 manat olmaqla ondan, 322.20 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 32.22 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 105 manat təşkil edir. Ödəniş cədvəlinin 2ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə olan telefon danışığı, həmçinin xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələbin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər6 tərəflər arasında bağlanılmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçının nümayəndəsi X1 məhkəmə hazırlıq iclasında məhkəmə baxış iclasının onların iştirakı olmadan keçirilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəfindən iddiaya qarşı yazılı etiraz təqdim etmək hüququnun və eyni zamanda digər hüquq və vəzifələrinin izahı barədə cavabdehin iddia ərizəsində qeyd edilən ünvanına bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə qarşı yazılı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən, cavabdeh QİZİL ZƏMANƏT ULTRA1 İL xidməti, İMEİ KODU **********72182 XİAOMİ REDMİ 14C markalı telefon, ZƏMANƏT + 1 İL xidməti, İMEİ KODU **********10302 XİAOMİ REDMİ 14C markalı telefon, İMEİ KODU **********32983 XİAOMİ REDMİ 14C markalı telefon almış və nəticədə 1374.71 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 479.52 manat (18 ay x 26.64 manat + 0 manat ilkin ödəniş) olan QİZİL ZƏMANƏT ULTRA1 İL xidməti, İMEİ KODU **********72182 XİAOMİ REDMİ 14C markalı telefon üçün ümumilikdə 527.47 manat olmaqla, 479.52 manat ödənilməmiş hissə, 47.95 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 448.02 manat (18 ay x 24.89 manat + 0 manat ilkin ödəniş) olan ZƏMANƏT + 1 İL xidməti, İMEİ KODU **********10302 XİAOMİ REDMİ 14C markalı telefon üçün ümumilikdə 492.82 manat olmaqla, ondan 448.02 manat ödənilməmiş hissə, 44.80 manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 427.20 manat (18 ay x 17.90 manat+105 manat ilkin ödəniş) olan İMEİ KODU **********32983 XİAOMİ REDMİ 14C markalı telefon üçün ümumilikdə 354.42 manat olmaqla, 322.20 manat ödənilməmiş hissə, 32.22 manat cərimə borcu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 105 manat təşkil edir. Müqavilənin bəndləri: 1.2. Müştəri bu müqavilənin qüvvədə olduğu müddət ərzində, onun üçün “ABC” tərəfindən müəyyənləşdirilən məbləğ limiti həddində malları(ı), xidmətlər(i), (bundan sonra bu müqavilənin predmetini təşkil edən istər mal(lar), istərsə də xidmət(lər) müqavilənin və onun əlavələrinin mətnində təkdə və ya cəmdə olmasından asılı olmayaraq “Mal” adlanacaq) ABC-yə sifariş verir, ABC həmin malı müqavilədə (onun ayrılmaz tərkib hissəsi olan müvafiq əlavə(lər)də göstərilən şərtlərlə müştəriyə təqdim edir, müştəri isə həmin malın dəyərini razılaşdırılmış qaydada ABC-yə ödəyir. 2.4. Müştərinin sifariş verilən zaman ABC qarşısında bu sifarişədək yaranmış və razılaşdırılmış vaxtda icra edilməmiş, gecikdirilmiş pul öhdəlikləri olduğu təqdirdə ABC-nin hər hansı məsuliyyəti yaranmadan bu bənddə müəyyən edilmiş müddət ərzində müqavilə üzrə öhdəliklərinin icrasını dayandırmaq (icra etməmək) hüququ var. Müştərinin vaxtında icra etmədiyi(gecikdirdiyi) həmin borc öhdəliklərini bu müqavilə bağlandığı andan etibarən qısa müddət (bununla bağlı əlavə yazılı razılaşma olmadığı təqdirdə bu müddət 1(bir) təqvim günü kimi müəyyən edilir) ərzində tam icra etməlidir. Yalnız həmin müddət ərzində müştəri ABC qarşısındakı mövcud öhdəliklərini icra etdikdən sonra, bu müqavilə və (və ya) onun əlavəsi ilə müəyyən edilmiş malı təhvil ala bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Maddə 284-5.2. Cavabdehlər bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Maddə 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-5.4. Məhkəmə aşağıdakı hallarda işə iddia icraatı qaydasında baxılması haqqında əsaslandırılmış qərardad çıxarır: 284-5.4.1. qarşılıqlı iddia verilərsə; 284-5.4.2. üçüncü şəxsin işə daxil olması barədə vəsatəti təmin edilərsə; 284-5.4.3. tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmirsə; 284-5.4.4. iş üzrə əlavə araşdırmanın, o cümlədən sübutların yerində müayinəsi, tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yaranırsa. 284-5.5. Bu Məcəllənin 284-5.4-cü maddəsində nəzərdə tutulan qərardaddan şikayət verilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.3. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır.

467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. İş üzrə cavabdehə qanunvericilikdə nəzərdə tutulmuş qaydada bildiriş göndərilsə də, o, əsaslandırılmış etirazını, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Məhkəmə ərizənin dəlillərini nəzərə alaraq, iş üzrə təqdim olunmuş digər sübutları yoxlayıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Göstərilən normaları hazırki iş üzrə tətbiq edərək məhkəmə qeyd edir ki, cavabdeh müqavilələrə əsasən üzərinə götürülmüş öhdəlikləri icra etmədiyinə görə, yəni müqavilə şərtlərinə əsasən ödənişləri vaxtında aparmadığı üçün öhdəliyin icrasını gecikdirmişdir və bu səbəbdən iddiaçı qarşısında məsuliyyət-cavabdehlik daşıyır. Məhkəmə hesab edir ki, iddiaçı dəbbə pulunun ödənilməsini tələb etmək hüququna malikdir, əsas borc və dəbbə pulunun nisbəti nəzərə alınmaqla, xx.xx.2024-cü il tarixli alqısatqı müqaviləsi üzrə 25 manat məbləğində, xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 22 manat məbləğində, xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 16 manat məbləğində dəbbə pulunun tutulması ağlabatan və ədalətlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, 479.52 manat ödənilməmiş hissə, 25 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, 448.02 manat ödənilməmiş hissə, 22 manat cərimə, xx.xx.2024cü il tarixli müqaviləyə əsasən, 322.20 manat ödənilməmiş hissə, 16 manat cərimə olmaqla, ümumilikdə 1312.74 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunduğundan iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş 33.75 manat dövlət rüsumunun 30 manatı cavabdehdən alınaraq iddiaçıya ödənilməli, qalan dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 222, 227, 284-1 və 360-cı maddələrini rəhbər tutaraq,

QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2024-cü il tarixli ********** saylı müqaviləyə əsasən, İmei kodu **********72182 “Xiaomi Redmi 14C” markalı telefon, paket qızıl zəmanət ultra 1 il xidməti üçün 479.52 manat ödənilməmiş hissə, 25 manat cərimə, xx.xx.2024-cü il tarixli ********** saylı müqaviləyə əsasən, İmei kodu **********10302 “Xiaomi Redmi 14C” markalı telefon, paket zəmanət 1 il xidməti üçün 448.02 manat ödənilməmiş hissə, 22 manat cərimə, xx.xx.2024cü il tarixli ********** saylı müqaviləyə əsasən, İmei kodu **********32983 “Xiaomi Redmi 14C” markalı telefon üçün 322.20 manat ödənilməmiş hissə, 16 manat cərimə olmaqla, ümumilikdə 1312.74 (min üç yüz on iki manat yetmiş dörd qəpik) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat Cavabdeh tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Gülsaba Ağayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar