Məhkəmə qərarları › İş №e-2(036)-2339/2023

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(036)-2339/2023

13.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-2339/2023 13.09.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi hakim Qənbərov Ülvi Oktay oğlu İddiaçı (VÖEN:**********) Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (VÖEN:**********) Cavabdeh qarşı pul tələbi barədə iddia qaldıraraq xeyrinə xx.xx.2019-cu il tarixli ******* saylı müqavilə üzrə 1246 manat əsas borc, 373 manat cərimə, xx.xx.2019-cu il tarixli ******* saylı müqavilə üzrə 310 manat əsas borc, 93 manat cərimə, xx.xx.2020-ci il tarixli Y20K5851212 saylı müqavilə üzrə 1056 manat əsas borc, 317 manat cərimə və 54 manat dövlət rüsumu tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan xx.xx.2019-cu il tarixli ******* nömrəli Müqavilənin surətinə əsasən Cavabdeh həmin tarixdə İddiaçı ümumi dəyəri, 2757 manat olan 1 ədəd “LG” markalı televizor, 1 ədəd “Riffel” markalı paltaryuyan, 1 ədəd “Beko” markalı mini soba nisyə almışdır. İşdən görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli ******* nömrəli Müqavilə üzrə aldığı əşyaların dəyərini qismən ödəyərək 1246 manat borclu qalmış və hesabına 373 manat cərimə hesablanmışdır. İşdə olan xx.xx.2019-cu il tarixli ******* nömrəli Müqavilənin surətinə əsasən Cavabdeh həmin tarixdə İddiaçı ümumi dəyəri, 987 manat dəyərində “Grundig” markalı toster, 1 ədəd “Beko” mikrodalğalı soba və 1 ədəd “Grundig” markalı fen nisyə almışdır. İşdən görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli ******* nömrəli Müqavilə üzrə aldığı əşyanın dəyərini qismən ödəyərək 310 manat borclu qalmış və hesabına 93 manat cərimə hesablanmışdır. İşdə olan xx.xx.2020-ci il tarixli Y20K5851212 nömrəli Müqavilənin surətinə əsasən Cavabdeh həmin tarixdə İddiaçı ümumi dəyəri, 1599 manat dəyərində “Hood Riffel”, “X1” “MW Galanz” və “BH gold” aksessuar desti nisyə almışdır. İşdən görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixli Y20K5851212 nömrəli Müqavilə üzrə aldığı əşyaların dəyərini qismən ödəyərək 1056 manat borclu qalmış və hesabına 317 manat cərimə hesablanmışdır. AR Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə,..... həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər.Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə, və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, İddiaçı xeyrinə Cavabdeh xx.xx.2019-cu il tarixli ******* saylı müqavilə üzrə 1246 manat əsas borc, 30 manat cərimə, xx.xx.2019-cu il tarixli ******* saylı müqavilə üzrə 310 manat əsas borc, 10 manat cərimə, xx.xx.2020-ci il tarixli Y20K5851212 saylı müqavilə üzrə 1056 manat əsas borc, 20 manat cərimə və dövlət rüsumuna görə 54 manat tutulmalıdır. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216, 220, 227,233,357 və 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli ******* saylı müqavilə üzrə 1246 (bir min iki yüz qırx altı) manat əsas borc, 30 (otuz) manat cərimə, xx.xx.2019-cu il tarixli ******* saylı müqavilə üzrə 310 (üç yüz on) manat əsas borc, 10 (on) manat cərimə, xx.xx.2020-ci il tarixli Y20K5851212 saylı müqavilə üzrə 1056 (bir min əlli altı) manat əsas borc, 20 (iyirmi manat) cərimə və dövlət rüsumuna görə 54 (əlli dörd) manat pul alınıb İddiaçı (VÖEN:**********) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar