Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-237/2024 10.01.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi hakim Qənbərov Ülvi Oktay oğlu iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı pul tələbi barədə iddia qaldıraraq xeyrinə xx.xx.2022ci il tarixli 03561696 saylı müqavilə üzrə 366.84 manat əsas borc, 36.16 manat cərimə, xx.xx.2021-ci il tarixli 24063486 saylı müqavilə üzrə 164.40 manat əsas borc, 16.60 manat cərimə və 30 manat dövlət rüsumu tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli 03561696 nömrəli Müqavilənin surətinə əsasən Cavabdeh həmin tarixdə "xxxx" MMC-dən 663.84 manat “Samsung Galaxy A03” markalı telefon nisyə almışdır. İşdən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli 03561696 nömrəli Müqavilə üzrə aldığı əşyaların dəyərini qismən ödəyərək 366.84 manat borclu qalmış və hesabına 36.16 manat cərimə hesablanmışdır. İşdə olan xx.xx.2021-ci il tarixli 24063486 nömrəli Müqavilənin surətinə əsasən Cavabdeh həmin tarixdə "xxxx" MMC-dən 743.40 manat dəyərində “Samsung Galaxy A22” markalı telefon nisyə almışdır. İşdən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli 24063486 nömrəli Müqavilə üzrə aldığı əşyanın dəyərini qismən ödəyərək 164.40 manat borclu qalmış və hesabına 16.60 manat cərimə hesablanmışdır. AR Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə,..... həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə, və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, "xxxx" MMC-nin xeyrinə Cavabdeh xx.xx.2022-ci il tarixli 03561696 nömrəli Müqaviləyə əsasən 366.84 manat əsas borc, 36.16 manat cərimə, xx.xx.2021-ci il tarixli 24063486 nömrəli Müqaviləyə əsasən 164.40 manat əsas borc, 16.60 manat cərimə və dövlət rüsumuna görə 30 manat tutulmalıdır. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216, 77.4, 7.67,233,357 və 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli 03561696 nömrəli Müqaviləyə əsasən 366.84 (üç yüz altmış altı manat səksən dörd qəpik) manat əsas borc, 36.16 (otuz altı manat on altı qəpik) manat cərimə, xx.xx.2021-ci il tarixli 24063486 nömrəli Müqaviləyə əsasən 164.40 (bir yüz altmış dörd manat qırx qəpik) manat əsas borc, 16.60 (on altı manat altmış qəpik) manat cərimə və dövlət rüsumuna görə 30 (otuz) manat pul alınıb iddiaçı "xxxx" MMC-nin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №e-2(036)-237/2024
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(036)-237/2024
10.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver