Məhkəmə qərarları › İş №e-2(036)-242/2025

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(036)-242/2025

27.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-242/2025 27.02.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi ilə, İddiaçı (bundan sonra- İddiaçı MMC) Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə borcun və lizinq obyektinə vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Təsviri hissə: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4425.11 manat borcun, 64.26 manat ödənilmiş dövlət rüsumunun, həmçinin lizinq obyekti olan “Mercedes Benz” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı və “Opel Astra” markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin cavabdehdən alınaraq İddiaçı MMC verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın dəlilləri: İddiaçı MMC ilə Cavabdeh arasında bağlamış xx.xx.2024-cü il tarixli, 26/23 saylı və xx.xx.2024-cü il tarixli, 22/23 saylı “Avtonəqliyyat vasitəsinin nisyə alqı-satqısı haqqında Müqavilə” (“Müqavilələr”) üzrə iddiaçı nəqliyyat vasitələrini cavabdehə nisyə satmışdır. Müqavilələrə əsasən “Mercedes Benz” markalı, **-PX-*** dövlət nömrə nişanlı və “Opel Astra” markalı, **-AB-*** dövlət nömrə nişanlı nəqliyyat vasitələrini iddiaçı cavabdehin sahibliyinə vermişdir və həmin nəqliyyat vasitələri hazırda da onun sahibliyində və istifadəsindədir. Cavabdeh tərəfindən alış qiyməti ödənilənədək iddiaçı nəqliyyat vasitələrinə mülkiyyət hüququnu özündə saxlamışdır. Cavabdeh Müqavilələr üzrə öhdəliklərini pozaraq müvafiq Ödəmə Cədvəlləri üzrə ödənişləri ödəməmiş və iddiaçıya borcu yaranmışdır. Müqavilələrin 6.2-cı bəndinə görə, Ödəmə Cədvəlində göstərildiyi tarixlərdə ödənişi etmədiyi halda gecikdirilmiş hər gün üçün cavabdeh ödənilməsi gecikdirilən məbləğinin 1%-i həcmində iddiaçıya cərimə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh xx.xx.2024-cü il tarixli, 26/23 saylı “Avtonəqliyyat vasitəsinin nisyə alqı-satqısı haqqında Müqavilə” üzrə ödənişləri xx.xx.2024-cü il tarixdən, xx.xx.2024-cü il tarixli, 22/23 saylı “Avtonəqliyyat vasitəsinin nisyə alqı-satqısı haqqında Müqavilə” üzrə isə xx.xx.2024-cü il tarixdən iddiaçıya ödəmir. Nəticədə xx.xx.2024-cü il tarixə cavabdehin xx.xx.2024-cü il tarixli, 26/23 saylı“Avtonəqliyyat vasitəsinin nisyə alqısatqısı haqqında Müqavilə” üzrə 2110,60 manat borcu və 1275,34 manat cərimə borcu olmaqla, cəmi 3385.94 manat borcu; xx.xx.2024-cü il tarixli, 22/23 saylı “Avtonəqliyyat vasitəsinin nisyə alqı-satqısı haqqında Müqavilə” üzrə isə 873.26 manat borcu və 165.91 manat cərimə borcu olmaqla, ümumilikdə 1039,17 manat borcu yaranmışdır. xx.xx.2024cü il tarixə cavabdehin Müqavilələr üzrə ümumi borcu 4425.11 manat təşkil edir. Cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, Müqavilələr üzrə öhdəliklərini yerinə yetirməmişdir. İddiaçın nümayəndəsi Vəkil iddia tələbini dəqiqləşdirərək, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 26/23 saylı “Avtonəqliyyat vasitəsinin nisyə alqı-satqısı haqqında Müqavilə”nin və xx.xx.2024-cü il tarixli, 22/23 saylı “Avtonəqliyyat vasitəsinin nisyə alqı-satqısı haqqında Müqavilə”nin ləğv edilməsi, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 26/23 saylı “Avtonəqliyyat vasitəsinin nisyə alqı-satqısı haqqında Müqavilə” üzrə 3693,55 manat borcun, 817,85 manat cərimənin, ödənilmiş 71 manat dövlət rüsumunun və 500 manat vəkilə ödənilmiş xidmət haqqının, ümumilikdə 5082.40 (beş min səksən iki manat qırx qəpik) manat pulun Cavabdehdan alınaraq iddaçı İddiaçı MMC-yə (VÖEN: 7********) ödənilməsi, “Mercedes Benz” markalı, **-PX-*** dövlət nömrə nişanlı və “Opel Astra” markalı, **-AB-*** dövlət nömrə nişanlı nəqliyyat vasitələrinin Cavabdehdan alınaraq İddiaçı MMC-yə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasına gəlməmiş, lakin onun nümayəndəsi Vəkil məhkəməyə ərizə ilə müraciət edərək mülki işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin tam şəkildə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada məlumat göndərilsə də, o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən əsaslı olduğuna görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 22/23 saylı “Avtonəqliyyat vasitəsinin nisyə alqı-satqısı haqqında Müqavilə”dən görünür ki, 2007-ci il buraxılışlı, “Mercedes Benz B170” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı boz metalik rəngli avtomobili həmin müqavilə üzrə ödənil tam aparıldıqdan sonra Cavabdeh mülkiyyətinə verir, Cavabdeh isə həmin müqavilə ilə müəyyənləşdirilmiş məbləği İddiaçı MMC-yə ödəyir və əmlakı qəbul edir. Cavabdeh nəqliyyat vasitəsini 36 aylıq 436 azn ödəmək şərti ilə, ümumlikdə 15696 manata alımışdır. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 26/23 saylı saylı “Avtonəqliyyat vasitəsinin nisyə alqı-satqısı haqqında Müqavilə”dən görünür ki, 2006-ci il buraxılışlı, “X1” markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı gümüşü metalik rəngli avtomobili həmin müqavilə üzrə ödənil tam aparıldıqdan sonra Cavabdeh mülkiyyətinə verir, Cavabdeh isə həmin müqavilə ilə müəyyənləşdirilmiş məbləği İddiaçı MMC-yə ödəyir və əmlakı qəbul edir. Cavabdeh nəqliyyat vasitəsini 24 aylıq 527.65 azn ödəmək şərti ilə, ümumlikdə 12664 manata alımışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə lizinqi müqaviləsinə 1 saylı əlavədən görünür ki, Cavabdeh İddiaçı MMC-dən aldığı 9300 manat kredit məbləğini cəmi 6418.85 manat faizlə birlikdə ayda 436.63 manat ödəməklə xx.xx.2023-cü il tarixdən xx.xx.2026-cı il tarixədək tam şəkildə ödəyib qutarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə lizinqi müqaviləsinə 1 saylı əlavədən görünür ki, Cavabdeh İddiaçı MMC-dən aldığı 8700 manat kredit məbləğini cəmi 3963.49 manat faizlə birlikdə ayda 527.65 manat ödəməklə xx.xx.2024-cü il tarixdən xx.xx.2026-cı il tarixədək tam şəkildə ödəyib qutarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Təhvil-Təslim aktından görünür ki, “Opel Astra” markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı MMC-yə təhvil verilmişdir. xx.xx.2024-cü il tarixli maliyyə arayışlarından görünür ki, xx.xx.2024-cü il tarixə cavabdehin xx.xx.2024-cü il tarixli, 26/23 sayl ı“Avtonəqliyyat vasitəsinin nisyə alqı-satqısı haqqında Müqavilə” üzrə 2110,60 manat borcu və 1275,34 manat cərimə borcu olmaqla, cəmi 3385.94 manat borcu; xx.xx.2024-cü il tarixli, 22/23 saylı “Avtonəqliyyat vasitəsinin nisyə alqı-satqısı haqqında Müqavilə” üzrə isə 873.26 manat borcu və 165.91 manat cərimə borcu hesablanmışdır. xx.xx.2025-ci il tarixli maliyyə arayışlarından görünür ki, həmin tarixə cavabdehin xx.xx.2024-cü il tarixli, 26/23 sayl ı“Avtonəqliyyat vasitəsinin nisyə alqı-satqısı haqqında Müqavilə” üzrə 3693.25 manat borcu və 4089.27 manat cərimə borcu hesablanmışdır. Əsaslandırıcı hissə: Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlamış xx.xx.2024-cü il tarixli, 26/23 saylı və xx.xx.2024-cü il tarixli, 22/23 saylı “Avtonəqliyyat vasitəsinin nisyə alqı-satqısı haqqında Müqavilə” (“Müqavilələr”) üzrə iddiaçı nəqliyyat vasitələrini cavabdehə nisyə sataraq onun sahibliyinə vermişdir. Həmin avtomobillərin alış qiyməti cavabdeh tərəfindən ödənilənədək iddiaçı nəqliyyat vasitələrinə mülkiyyət hüququnu özündə saxlamışdır. Cavabdeh Müqavilələr üzrə öhdəliklərini pozaraq müvafiq Ödəmə Cədvəlləri üzrə ödənişləri ödəməmiş və iddiaçıya borcu yaranmışdır. Müqavilələrin 6.2-cı bəndinə görə, Ödəmə Cədvəlində göstərildiyi tarixlərdə ödənişi etmədiyi halda gecikdirilmiş hər gün üçün cavabdeh ödənilməsi gecikdirilən məbləğinin 1%-i həcmində iddiaçıya cərimə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh xx.xx.2024-cü il tarixli, 26/23 saylı “Avtonəqliyyat vasitəsinin nisyə alqı-satqısı haqqında Müqavilə” üzrə ödənişləri xx.xx.2024-cü il tarixdən, xx.xx.2024-cü il tarixli, 22/23 saylı “Avtonəqliyyat vasitəsinin nisyə alqı-satqısı haqqında Müqavilə” üzrə isə xx.xx.2024-cü il tarixdən iddiaçıya ödəməmişdir. Bundan başqa, xx.xx.2024-cü il tarixli avtomobilin təhvil-təslimi aktı ilə “Opel Astra” markalı, **-AB-*** dövlət nömrə nişanlı avtomobil İddiaçı MMC-yə təhvil verilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748-1.5-ci maddəsinə əsasən, lizinq müqaviləsi qanuni qüvvəyə mindikdə lizinq alanın (müvafiq olaraq lizinq verənin lizinq verəndən (müvafiq olaraq lizinq alandan) lizinq müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsini tələb etmək və onların yerinə yetirilmədiyi təqdirdə lizinq obyektinin qəbuluna hazırlıq zamanı vurulmuş zərərin, əgər bu hazırlıq üçün bilavasitə xərc çəkilibsə, lizinq verən (müvafiq olaraq lizinq alan) tərəfindən ödənilməsini məhkəmə yolu ilə tələb etmək hüququ vardır. 748-1.9-cu maddəsinə əsasən, lizinq alan lizinq obyektini qaytarmayıbsa və ya vaxtında qaytarmayıbsa, lizinq verənin gecikmə vaxtı üçün ödəniş tələb etmək hüququ vardır. 748-1.12-ci maddəsinə əsasən lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə, lizinq alan lizinq verənin icazəsi olmadan sublizinq həyata keçirirsə, lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. 748-7.1-ci maddəsinə əsasən, lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarı: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə baxan məhkəmənin mövqeyi: Sadalanan qanunvericilik aktlarının tələblərinə, tərəflər arasında bağlanmış müqavilə şərtlərinə və məhkəmədə araşdırılmış sübutlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı MMC ilə aralarında bağlanmış müqavilələri üzrə “Mercedes Benz” markalı, **-PX-*** dövlət nömrə nişanlı və “Opel Astra” markalı, **-AB-*** dövlət nömrə avtomobillərə müvəqqəti sahiblik və istifadə haqqını hissə-hissə ödəmək öhdəliyinin daşıyıcısı olmuşdur, lakin o, müqavilələr üzrə öhdəliklərini tam icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, İddiaçı MMC-nin müqavilələrin ləğv edilməsini tələb etməsi tam əsaslıdır. Bundan başqa məhkəmə hesab edir ki, iddiaçının müqavilə öhdəlikləri cavabdeh tərəfindən lazımınca yerinə yetirilmədiyinə görə cavabdehdən xx.xx.2024-cü il tarixli, 26/23 saylı Avtonəqliyyat vasitəsinin nisyə alqı-satqısı haqqında müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə iddiaçının məhkəməyə müraciət etdiyi tarixə qədər (yəni müqavilədən imtina etdiyi tarixə qədər) xx.xx.2024-cü il tarixə qədər yaranmış müqavilə borcu tələb hüququ yaranmışdır. Belə ki, iddiaçı cavabdeh tərəfindən müyyən edilmiş aylıq ödənişin xx.xx.2024-cü il tarixdən ödənilmədiyini qeyd etmişdir. Belə olan halda, həmin tarixdən xx.xx.2024-cü il tarixə qədər cavabdehin müqavilə üzrə avtomobildən istifadə və sahiblik etdiyi üçün ödənişləri ödəmək öhdəliyi yaranmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə lizinqi müqaviləsinə 1 saylı əlavədən görünür ki, Cavabdeh İddiaçı MMC-yə ayda 527.65 manat ödəməli olduğu halda buna əməl etməmişdir. Buna görə onun müqavilə üzrə 2409.46 manat məbləğində pul öhdəliyi yaranmışdır. (4 aylıq ödəniş = 527.65x4=2110.60 manat, bir günlük ödəniş = 527.65/30 = 17.58 manat, 17 gün x 17.58 = 298.86 manat, 2110.60 manat + 298.86 manat = 2409.46 manat.) Beləliklə, məhkəmə hesab edir ki, xx.xx.2024-cü il tarixli, 26/23 saylı Avtonəqliyyat vasitəsinin nisyə alqı-satqısı haqqında müqaviləsinə əsasən lizinq obyektindən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə qədər müvəqqəti sahiblik və istifadə edilməsinə görə cavabdehdən 2409.46 manat məbləğində pul İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Bundan başqa məhkəmə iddianın dəbbə pulunun ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən əsaslıdır. Məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi cərimə məbləği tənasübsüz surətdə yüksək olduğundan dəbbə məbləği azaldılaraq 120.47 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə avtomobilin cavabdehdən alınaraq iddiaçıya verilməsi hissəsində iddianı qismən əsaslı hesab edir. Belə ki, “Opel Astra” markalı, **-AB-*** dövlət nömrə nişanlı avtomobil xx.xx.2024-cü il tarixli avtomobilin təhvil-təslimi aktı ilə iddiaçıya İddiaçı MMC-yə artıq təhvil verilmişdir. Belə ki, xx.xx.2024-cü il tarixli avtomobilin təhvil-təslimi aktı ilə “Opel Astra” markalı, **-AB-*** dövlət nömrə nişanlı avtomobil İddiaçı MMC-yə təhvil verilmişdir. Ona görə də, iddia həmin hissədə əsaslı deyildir. Lakin, xx.xx.2024-cü il tarixli, 22/23 saylı “Avtonəqliyyat vasitəsinin nisyə alqı-satqısı haqqında Müqavilə”yə cavabdehin öhdəliklərini yerinə yetirmədiyinə görə xitam verildiyi üçün “Mercedes Benz” markalı, **-PX-*** dövlət nömrə nişanlı avtomobilə aid hissəsində iddia təmin olunmalı, avtomobil iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən 121.1-ci məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən vəkilə hüquqi xidmət üçün 500 manat məbləğində pul vəsaiti ödənilmişdir. Buna görə də məhkəmə iddiaçının vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilmiş 500 manat xidmət haqqının əvəzini tələb etməsini ağlabatan və əsaslı edir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 26/23 saylı və xx.xx.2024-cü il tarixli, 22/23 saylı “Avtonəqliyyat vasitəsinin nisyə alqı-satqısı haqqında Müqavilə”ləri ləğv edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixli, 26/23 saylı “Avtonəqliyyat vasitəsinin nisyə alqısatqısı haqqında Müqavilə”si üzrə 2409.46 manat borc, 120.47 manat cərimə borcu, vəkilin göstərdiyi hüquqi yardıma görə 500 manat xidmət haqqının, cəmi 3029.93 (üç min iyirmi doqquz manat doxsan üç qəpik) manat borc İddiaçı MMC-nin xeyrinə tutulmalı və “Mercedes Benz” markalı, **-PX-*** dövlət nömrə nişanlı avtomobil cavabdehdən alınaraq iddiaçıya geri qaytarılmalıdır. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı 71 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunduğundan iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş 71 manat dövlət rüsumunun 50.30 manatı Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməli, qalan 20.70 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 26/23 saylı və xx.xx.2024-cü il tarixli, 22/23 saylı “Avtonəqliyyat vasitəsinin nisyə alqı-satqısı haqqında Müqavilə”ləri ləğv edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli, 26/23 saylı “Avtonəqliyyat vasitəsinin nisyə alqısatqısı haqqında Müqavilə”sinə əsasən 2409.46 manat borc, 120.47 manat cərimə borcu, vəkilin göstərdiyi hüquqi yardıma görə 500 manat xidmət haqqı, cəmi 3029.93 (üç min iyirmi doqquz manat doxsan üç qəpik) manat pul vəsaiti və 50.30 (əlli manat otuz qəpik) manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı MMC-yə ödənilsin. Cavabdeh “Mercedes Benz” markalı, **-PX-*** dövlət nömrə nişanlı avtomobil alınaraq İddiaçı MMC geri qaytarılsın. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar