Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № e-2(036)-2632/2023 16.10.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi X1, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə borc tələbinə dair mülki işə İmişli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «İrşad Elektorniks” MMC iddia ərizəsi ilə İmişli Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh xx.xx.2022-ci il tarixli Müddətli (Nisyə) alqı-satqı müqaviləsinə əsasən 586 manat əsas borc, 87.90 manat cərimə olmaqla, cəmi 673.9 manat məbləğində borcun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı «İrşad Elektorniks” MMC-nin nümayəndəsi Nümayəndə ərizə ilə İmişli Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh qarşı Müddətli (Nisyə) alqı-satqı müqaviləsinə əsasən yaranmış borcun tutulması tələbinə dair iddia ərizəsinin baxılmamış saxlanılmasını, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması, məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun «İrşad Elektorniks” MMC-yə qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 259.0.11. İddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Maddə 260.1. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Maddə 260.6. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Məhkəmə hesab edir ki, ərizə qanuni və əsaslı olduğu üçün təmin edilərək iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarılmalıdır. Mülki-Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla baxılmamış saxllanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. İş materialları ilə müəyyən olur ki, iddia tələbi üzrə xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzi əsasında Azərbaycan Respublikası Mərkəzi Bankı- Hökümət ödəniş portalı vasitəsilə İmişli Rayon Məhkəməsinin ünvanına 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. Qanunvericiliyin tələbinə görə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarıldığı üçün həmin rüsum iddiaçıya qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddia tələbi üzrə xx.xx.2023-cü il tarixli, ********** nömrəli qəbz əsasında Azərbaycan Respublikası Mərkəzi Bankı- Hökümət ödəniş portalı vasitəsilə İmişli Rayon Məhkəməsinin ünvanına ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Dövlət büdcəsindən iddiaçı "xxxx" MMC -yə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsinə şikayət verilə bilər. X3
Məhkəmə qərarları › İş №e-2(036)-2632/2023
İmişli Rayon Məhkəməsi Qərardad — İş №e-2(036)-2632/2023
16.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver