Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-2638/2023 19.10.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi hakim Qənbərov Ülvi Oktay oğlu iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı pul tələbi barədə iddia qaldıraraq xeyrinə xx.xx.2021ci il tarixli ********* nömrəli müqavilə üzrə 64 manat əsas borc, 9.60 manat cərimə borcu, xx.xx.2021-ci il tarixli ********* nömrəli müqavilə üzrə 29.30 manat əsas borc, 4.30 manat cərimə borcu, xx.xx.2022-ci il tarixli ********* nömrəli müqavilə üzrə 261.90 manat əsas borc, 39.20 manat cərimə borcu və xx.xx.2021-ci il tarixli ********* nömrəli müqavilə üzrə 30.30 manat əsas borc, 4.50 manat cərimə borcu və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli ********* nömrəli Müqavilənin surətinə əsasən Cavabdeh həmin tarixdə "xxxx" MMC-dən 308 manat dəyərində “Kenwood” markalı sokçəkən və “Zimmer” markalı termos nisyə almışdır. İşdən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli ********* nömrəli Müqavilə üzrə aldığı əşyaların dəyərini qismən ödəyərək 64 manat borclu qalmış və hesabına 9.60 manat cərimə hesablanmışdır. İşdə olan xx.xx.2021-ci il tarixli ********* nömrəli Müqavilənin surətinə əsasən Cavabdeh həmin tarixdə "xxxx" MMC-dən 179.30 manat dəyərində “Lotus” markalı soba nisyə almışdır. İşdən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli ********* nömrəli Müqavilə üzrə aldığı əşyanın dəyərini qismən ödəyərək 29.30 manat borclu qalmış və hesabına 4.30 manat cərimə hesablanmışdır. İşdə olan xx.xx.2022-ci il tarixli ********* nömrəli Müqavilənin surətinə əsasən Cavabdeh həmin tarixdə "xxxx" MMC-dən 487.90 manat dəyərində “Eleqant” markalı çarpayı nisyə almışdır. İşdən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli ********* nömrəli Müqavilə üzrə aldığı əşyaların dəyərini qismən ödəyərək 261.90 manat borclu qalmış və hesabına 39.20 manat cərimə hesablanmışdır. İşdə olan xx.xx.2021-ci il tarixli ********* nömrəli Müqavilənin surətinə əsasən Cavabdeh həmin tarixdə "xxxx" MMC-dən 479.30 manat dəyərində “Lotus” markalı soba və aspirator, “Fakir” markalı blender nisyə almışdır. İşdən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli ********* nömrəli Müqavilə üzrə aldığı əşyaların dəyərini qismən ödəyərək 30.30 manat borclu qalmış və hesabına 4.50 manat cərimə hesablanmışdır. AR Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə,..... həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə, və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, "xxxx" MMC-nin xeyrinə Cavabdeh xx.xx.2021-ci il tarixli ********* nömrəli müqavilə üzrə 64 manat əsas borc, 9.60 manat cərimə borcu, xx.xx.2021-ci il tarixli ********* nömrəli müqavilə üzrə 29.30 manat əsas borc, 4.30 manat cərimə borcu, xx.xx.2022-ci il tarixli ********* nömrəli müqavilə üzrə 261.90 manat əsas borc, 39.20 manat cərimə borcu və xx.xx.2021-ci il tarixli ********* nömrəli müqavilə üzrə 30.30 manat əsas borc, 4.50 manat cərimə borcu və dövlət rüsumuna görə 30 manat tutulmalıdır. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216, 220, 227,233,357 və 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli ********* nömrəli müqavilə üzrə 64 (altmış dörd) manat əsas borc, 9.60 (doqquz manat altmış qəpik) manat cərimə borcu, xx.xx.2021-ci il tarixli ********* nömrəli müqavilə üzrə 29.30 (iyirmi doqquz manat otuz qəpik) manat əsas borc, 4.30 (dörd manat otuz qəpik) manat cərimə borcu, xx.xx.2022-ci il tarixli ********* nömrəli müqavilə üzrə 261.90 (iki yüz altmış bir manat doxsan qəpik) manat əsas borc, 39.20 (otuz doqquz manat iyirmi qəpik) manat cərimə borcu və xx.xx.2021-ci il tarixli ********* nömrəli müqavilə üzrə 30.30 (otuz manat otuz qəpik) manat əsas borc, 4.50 (dörd manat əlli qəpik) manat cərimə borcu və dövlət rüsumuna görə 30 (otuz) manat pul alınıb iddiaçı "xxxx" MMC -nin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim:Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №e-2(036)-2638/2023
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(036)-2638/2023
19.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver