Məhkəmə qərarları › İş №e-2(036)-2668/2023

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(036)-2668/2023

25.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-2668/2023 25.10.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi hakim Qənbərov Ülvi Oktay oğlu iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı pul tələbi barədə iddia qaldıraraq xeyrinə xx.xx.2020ci il tarixli, 20333660 saylı alqı-satqı müqaviləsi üzrə 418.49 manat əsas borc, 41.51 manat cərimə borcu, xx.xx.2020-ci il tarixli, 20266130 saylı alqı-satqı müqaviləsi üzrə 180.50 manat əsas borc, 18.50 manat cərimə borcu, xx.xx.2020-ci il tarixli, 20292075 saylı alqı-satqı müqaviləsi üzrə 177.90 manat əsas borc, 17.10 manat cərimə borcu, xx.xx.2020-ci il tarixli, 20323091 saylı alqı-satqı müqaviləsi üzrə 144.51 manat əsas borc, 14.49 manat cərimə borcu, xx.xx.2020-ci il tarixli, 20285798 saylı alqı-satqı müqaviləsi üzrə 41.03 manat əsas borc, 4.97 manat cərimə borcu, xx.xx.2020-ci il tarixli, 20021262 saylı alqı-satqı müqaviləsi üzrə 40.15 manat əsas borc, 4.85 manat cərimə borcu və 31.04 manat dövlət rüsumu tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli, 20333660 nömrəli Müqavilənin surətinə əsasən Cavabdeh həmin tarixdə "xxxx" MMC-dən 675.36 manat dəyərində “Lenovo İdeapad 330 Laptop” nisyə almışdır. İşdən görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixli, 20333660 nömrəli Müqavilə üzrə aldığı əşyaların dəyərini qismən ödəyərək 418.49 manat borclu qalmış və hesabına 41.51 manat cərimə hesablanmışdır. İşdə olan xx.xx.2020-ci il tarixli, 20266130 nömrəli Müqavilənin surətinə əsasən Cavabdeh həmin tarixdə "xxxx" MMC-dən 361.40 manat dəyərində “Huawei watch” qol saatı nisyə almışdır. İşdən görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixli, 20266130 nömrəli Müqavilə üzrə aldığı əşyaların dəyərini qismən ödəyərək 180.50 manat borclu qalmış və hesabına 18.50 manat cərimə hesablanmışdır. İşdə olan xx.xx.2020-ci il tarixli, 20292075 nömrəli Müqavilənin surətinə əsasən Cavabdeh həmin tarixdə "xxxx" MMC-dən 426.96 manat dəyərində “Huawei watch GT” qol saatı nisyə almışdır. İşdən görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixli, 20292075 nömrəli Müqavilə üzrə aldığı əşyaların dəyərini qismən ödəyərək 177.90 manat borclu qalmış və hesabına 17.10 manat cərimə hesablanmışdır. İşdə olan xx.xx.2020-ci il tarixli, 20323091 nömrəli Müqavilənin surətinə əsasən Cavabdeh həmin tarixdə "xxxx" MMC-dən 340.80 manat dəyərində “Huawei freebuds 3” qulaqlıq nisyə almışdır. İşdən görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixli, 20323091 nömrəli Müqavilə üzrə aldığı əşyaların dəyərini qismən ödəyərək 144.51 manat borclu qalmış və hesabına 14.49 manat cərimə hesablanmışdır. İşdə olan xx.xx.2020-ci il tarixli, 20285798 nömrəli Müqavilənin surətinə əsasən Cavabdeh həmin tarixdə "xxxx" MMC-dən 96.98 manat dəyərində “JBL GO 2” səsucaldan nisyə almışdır. İşdən görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixli, 20285798 nömrəli Müqavilə üzrə aldığı əşyaların dəyərini qismən ödəyərək 41.03 manat borclu qalmış və hesabına 4.97 manat cərimə hesablanmışdır. İşdə olan xx.xx.2020-ci il tarixli, 20021262 nömrəli Müqavilənin surətinə əsasən Cavabdeh həmin tarixdə "xxxx" MMC-dən 160.60 manat dəyərində “X1” səsucaldan nisyə almışdır. İşdən görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixli, 20021262 nömrəli Müqavilə üzrə aldığı əşyaların dəyərini qismən ödəyərək 40.15 manat borclu qalmış və hesabına 4.85 manat cərimə hesablanmışdır. AR Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə,..... həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə, və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, "xxxx" MMC-nin xeyrinə Cavabdeh xx.xx.2020-ci il tarixli, 20333660 saylı alqı-satqı müqaviləsi üzrə 418.49 manat əsas borc, 41.51 manat cərimə borcu, xx.xx.2020-ci il tarixli, 20266130 saylı alqı-satqı müqaviləsi üzrə 180.50 manat əsas borc, 18.50 manat cərimə borcu, xx.xx.2020-ci il tarixli, 20292075 saylı alqı-satqı müqaviləsi üzrə 177.90 manat əsas borc, 17.10 manat cərimə borcu, xx.xx.2020-ci il tarixli, 20323091 saylı alqı-satqı müqaviləsi üzrə 144.51 manat əsas borc, 14.49 manat cərimə borcu, xx.xx.2020-ci il tarixli, 20285798 saylı alqısatqı müqaviləsi üzrə 41.03 manat əsas borc, 4.97 manat cərimə borcu, xx.xx.2020-ci il tarixli, 20021262 saylı alqı-satqı müqaviləsi üzrə 40.15 manat əsas borc, 4.85 manat cərimə borcu və dövlət rüsumuna görə 31.04 manat tutulmalıdır. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216, 220, 227,233,357 və 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli, 20333660 saylı alqı-satqı müqaviləsi üzrə 418.49 (dörd yüz on səkkiz manat qırx doqquz qəpik) manat əsas borc, 41.51 (qırx bir manat əlli bir qəpik) manat cərimə borcu, xx.xx.2020-ci il tarixli, 20266130 saylı alqı-satqı müqaviləsi üzrə 180.50 (bir yüz səksən manat əlli qəpik) manat əsas borc, 18.50 (on səkkiz manat əlli qəpik) manat cərimə borcu, xx.xx.2020-ci il tarixli, 20292075 saylı alqı-satqı müqaviləsi üzrə 177.90 (bir yüz yetmiş yeddi manat doxsan qəpik) manat əsas borc, 17.10 (on yeddi manat on qəpik) manat cərimə borcu, xx.xx.2020-ci il tarixli, 20323091 saylı alqı-satqı müqaviləsi üzrə 144.51 (bir yüz qırx dörd manat əlli bir qəpik) manat əsas borc, 14.49 (on dörd manat qırx doqquz qəpik) manat cərimə borcu, xx.xx.2020-ci il tarixli, 20285798 saylı alqı-satqı müqaviləsi üzrə 41.03 (qırx bir manat üç qəpik) manat əsas borc, 4.97 (dörd manat doxsan yeddi qəpik) manat cərimə borcu, xx.xx.2020-ci il tarixli, 20021262 saylı alqı-satqı müqaviləsi üzrə 40.15 (qırx manat on beş qəpik) manat əsas borc, 4.85 (dörd manat səksən beş qəpik) manat cərimə borcu və dövlət rüsumuna görə 31.04 (otuz bir manat dörd qəpik) manat pul alınıb iddiaçı "xxxx" MMC-nin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar