Məhkəmə qərarları › İş №e-2(036)-2738/2024

İmişli Rayon Məhkəməsi Qərardad — İş №e-2(036)-2738/2024

03.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № e-2(036)-2738/2024 03.12.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək Müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı “borc” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli 03466316 saylı müqaviləyə əsasən İmei kod **********99385 “Samsung Galaxy A14” markalı telefon üçün, 228.32 (iki yüz iyirmi səkkiz manat otuz iki qəpik) manat ödənilməmiş hissə, 22.68 (iyirmi iki manat altmış səkkiz qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 251 (iki yüz əlli bir) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iş materiallarında olan İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(036)-2737/2024 saylı qərardadından görünür ki, "xxxx" MMC-nin cavabdеh Cavabdeh qarşı cavabdehdən 228,32 (iki yüz iyirmi səkkiz manat otuz iki qəpik) ödənilməmiş hissə 22,68 (iyirmi iki manat altmış səkkiz qəpik) manat cərimə borcunun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi tələbinə dair iddiası məhkəmə icraatına götürülmüşdür. İddiaçı tərəfindən hazırkı tələblə məhkəməyə iki dəfə müraciət edilmişdir, ilk iddia ərizəsi icraat götürülümüşdür. Azərbaycan Respublikasının MPM-nin 153.2.4-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa məhkəmə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Məhkəmə bu hala qiymət verərək hesab edir ki, hazırkı iddia ərizəsini qəbul etməkdən imtina edilməlidir. Beləliklə məhkəmə qeyd olunanları nəzərə alaraq belə hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsi tərtib edilərkən qanunvericiliyin tələbi pozulduğundan, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair iş məhkəmənin icraatında olduğu üçün iddia ərizəsinin yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası MPM-nin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Qeyd edilən Məcəllənin 153.5-ci maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 162, 191, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsinin iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq İmişli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar