Məhkəmə qərarları › İş №e-2(036)-2846/2025

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(036)-2846/2025

03.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-2846/2025 03.11.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh və Zamin qarşı “nisyə alqı-satqı müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki mübahisə (açar sözlər: nisyə alqı-satqı müqaviləsi üzrə borcun tutulması tələbi) Hakim Ağayeva Gülsaba Xeyrulla qızının sədrliyi, Məhkəmə iclas katibi Əsədli Xuraman Emin qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh və Zamin qarşı nisyə alqı-satqı müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları.

1. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli müddətli (Nisyə) alqı-satqı müqaviləsinə əsasən “LG F4J3VY6J markalı paltaryuyanı 0 manat ilkin ödəniş olmaqla (15 ay ödəniş cədvəli üzrə hər ay 100 manat olmaqla) cəmi 1499 manata cavabdehə satılmışdır.

2. İddiaçı ilə cavabdeh Zamin arasında bağlanmış xx.xx.2024-cü il tarixli zaminlik müqaviləsinə əsasən, Zamin Cavabdeh “Barcode Electronics” mağazasından götürdüyü malın pulunun vaxtında ödənilməsinə zəmanət vermişdir.

3. Cavabdehlərə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubla müəyyən olunur ki, müqavilə üzrə ödənilməmiş 1399 manat borc qalmışdır.

İddiaçının tələbi və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları a) İddiaçının tələbi.

4. İddiaçı cavabdehlərə qarşı xx.xx.2024-cü il tarixli müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə yaranmış 1399 manat əsas, 0 manat cərimə, və 33.99 qəpik ödənilmiş dövlət rüsumu,0.40 qəpik xidmət haqqını, 4.40 qəpik məktub pulunu, cəmi 1437.79 qəpik borcun ödənilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, “SEVGİ MEBEL” mağazası ilə cavabdehlər Cavabdeh və Zamin arasında bağlanılmış xx.xx.2024-cu il tarixli müqaviləyə əsasən, aldığı “LG F4J3VY6J markalı paltaryuyanın 0 manat ilkin ödəniş olmaqla 15 ay ödəniş cədvəli üzrə hər ay 100 manat olmaqla cəmi 1499 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdehlər Müqavilələrin şərtlərini pozaraq, 100 manat pul ödəyib və qalıq qalmış 1399 manat borcu ödəməmişdir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh və Zamin borcu ödəməkdən boyun qaçırır. Nisyə alqı-satqı müqaviləsinin şərtlərinə uyğun olaraq, gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəlik 2(iki) % dərəcəsi ilə dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Cərimə faizləri əşyanın dəyərini qaytarılmalı olduğu gündən onun faktiki qaytarıldığı günə qədər olan müddət üçün ödənilir. Gecikmələrdən irəli gələn dəbbə pulu isə 0 (sıfır) manat təşkil edir. Beləliklə cavabdeh (SEVGİ MEBEL) mağazasına olan borcu 1399 manat əsas 0 manat dəbbə, cəmi 1399 manat təşkil etmişdir. b) iddiaya etiraz Cavabdehlərdən iddia tələbinə qarşı yazılı və şifahi etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq:

6. Mülki Məcəllə

385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 600.5. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. unun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz”.

9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmə baxışının hədləri

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

11. İşin mübahisəsiz halları ilə müəyyən olunur ki, iddiaçı və Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən iddiaçı malı 15 ay ərzində ödənilmək şərtilə cavabdehə satmışdır.

12. İddiaçı müqavilə üzrə ödənişlərin tam edilməməsinə, öhdəliklərin icra olunmamasına istinad etməklə hazırki iddianı qaldırmışdır. Məhkəmə ərizənin dəlillərini nəzərə alaraq, iş üzrə təqdim olunmuş sübutları yoxlayıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.

13. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2024-cü tarixli alqı-satqı müqaviləsinə əsasən, iddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, cavabdeh isə müqavilə şərtlərini pozaraq üzərinə düşən öhdəlikləri icra etməmişdir. İddiaçı tərəfindən cavabdehə xx.xx.2025-ci il tarixdə xəbərdarlıq məktubu göndərilmiş, buna baxmayaraq müqavilə şərtləri yerinə yetirilməmişdir.

14. Bu səbəbdən iddia Cavabdeh borcun tələb edilməsi hissəsində əsaslıdır.

15. Məhkəmə cavabdeh-Zamin qarşı iddianın əsaslılığı ilə bağlı araşdırma apararaq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

16. İş materiallarında olan xx.xx.2024-cü il tarixli zaminlik müqaviləsində Zamin aşağıdakı kimi zəmanət vermişdir. “Cavabdeh tərəfindən “Sevgi Mebel” mağazasından götürdüyü malın pulunun vaxtında ödənilməsinə zəmanət verirəm. Əks halda götürülmüş malın aylıq ödənişini və gecikdirilmiş hər gün üçün aylıq ödənişin 2 %-i dəyərində cəriməni ödəməyi mən öz üzərimə götürürəm. Əgər Cavabdeh aylıq ödənişlərin və gecikmədən irəli gələn dəbbə pulunu 1 (bir) aydan artıq gecikdirərsə, mən müqavilədən irəli gələn şərtləri tam və vaxtında ödəməyi öz üzərimə götürürəm. Əks halda, mən də Cavabdeh Azərbaycan Respublikasının qanunları çərçivəsində məhkəmə orqanları qarşısında cavab verməyə razıyam.”

17. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 25 iyul 2019-cu il tarixli Konstitusiya Məhkəməsi Plenumunun qərarında Plenum qeyd etmişdir ki, “zaminlik müqaviləsi qanunvericiliyin tələbinə uyğun olaraq bütün zəruri şərtlər barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə yanaşı kreditor qarşısında borcun məhz bütün həcminə (əsas borc, faiz, cərimə və s.) müştərək qaydada öhdəlik daşıyır və zaminin məsuliyyətinin artmasına səbəb olan hallar baş verdikdə zaminliyə bütövlükdə xitam verilir.”

18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair 4 sentyabr 2012-ci il tarixli qərarında Plenum qeyd etmişdir ki, zaminlik müqaviləsi məhz əsas öhdəliyin icrasını təmin edən üsullardan biri olduğundan belə müqavilədə zaminliklə təmin edilən əsas öhdəliyin müəyyən olunması və ya müəyyən edilə bilməsi mümkün olmalıdır. Buna müvafiq olaraq zaminlik müqaviləsində aşağıdakılar göstərilməlidir: hansı əsas müqaviləyə dair zaminlik yaranır (müqavilənin tərəfləri, tarixi və nömrəsi göstərilməklə); əsas öhdəliyin (borclunun kreditor qarşısında öhdəliyi) həddi barədə göstəriş; Zaminliklə təmin edilmiş öhdəliyin konkret məbləğinin müqavilədə göstərilməsi mühüm şərtlərdən biridir və zaminin qanuni maraqlarını qorumaq məqsədi daşıyır.

19. Beləliklə, qanunverici borclunun kreditor qarşısında öhdəliyinin zaminliklə təmin edildiyi halı tənzimləyərək, məhz müqavilə ilə müəyyən edilən konkret öhdəliyi nəzərdə tutur. MM-in 470.2-ci maddəsinə görə gələcəkdə yaranacaq öhdəlik üzrə zaminlik müqaviləsi tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılıq əldə etdikdə bağlana bilər.

20. Bu baxımdan məhkəmə hesab edir ki, zaminlik müqaviləsində nisyə alqı-satqı müqaviləsinin şərtləri ilə bağlı razılaşma əks olunmamış, zaminin öhdəliklərinin dairəsi konkret müəyyən olunmamışdır. Bu səbəbdən cavabdeh Zamin qarşı borc tələbi hissəsində iddianın rədd edilməsi üçün əsas yaranmışdır.

21. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 1399 manat əsas, dövlət rüsumu olaraq ödənilmiş 33.99 manat məbləğində vəsait və 0,40 qəpik xidmət haqqı, 4.40 qəpik məktub pulu tutulmalıdır.

22. Bundan əlavə, məhkəmə xərcləri ilə bağlı qeyd olunmalıdır ki, MPM-in 107,115, 119.1 və 220.5-ci maddələrinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir və işə baxılması ilə əlaqədar məsrəflərə tərəflərin xəbərdar edilməsi və məhkəməyə çağırılmaları ilə əlaqədar xərclər, həmçinin məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər daxildir. Məhkəmə xərcləri işdə iştirak edən şəxsin bununla bağlı tələbinin və ya vəsatətinin olub-olmamasından asılı olmayaraq tələbin təmin olunan hissəsinə mütənasib olaraq tərəflər arasında bölüşdürülməlidir. Qanunun mənasına görə məhkəmə xərcinin həll edilməsi barədə məsələ hətta iddiaçı tərəfindən iddia tələbinin bir hissəsi kimi ifadə edilsə belə, prosessual qanunvericiliyə əsasən məhkəmənin xidməti vəzifəsinə görə həll edilməli olan məsələ olduğundan iddia tələbinin tərkibinə daxil olmur.

23. Mülki iş üzrə iddiaçı və cavabdehlərə məhkəmə iclasının vaxtı barədə xəbərdar edilmələri ilə bağlı xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli sifarişli poçt göndərişləri göndərilmişdir ki, həmin göndərişlərin dəyəri 7.2 manat təşkil edir. 7.2 manatdan ibarət həmin məhkəmə xərci Cavabdeh tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir.

24. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh 1399 manat əsas, ödənilmiş 33.99 manat dövlət rüsumu, 0,40 qəpik xidmət haqqı, 4.40 qəpik məktub pulu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 7.2 (7 manat 20 qəpik) manatdan ibarət məhkəmə xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Gülsaba Ağayeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar