Məhkəmə qərarları › İş №e-2(036)-2891/2025

İmişli Rayon Məhkəməsi Qərardad — İş №e-2(036)-2891/2025

10.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № e-2(036)-2891/2025 10.09.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Ağakişiyeva Lətafət Almazxan qızı, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh və Zamin qarşı pul tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək müəyyən etdim: İddiaçı MMC ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh və Zamin arasında bağlanmış 00329639 saylı, xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə nisyə satılmış mallara görə yaranmış qalıq borc 277.0 AZN, gecikdirilmiş hər günə görə hesablanmış 27.0 AZN faiz olmaqla ümumilikdə 304.0 AZN məbləğindəki pul vəsaitini və iddianın qaldırılması üçün ödənilmiş 30.40 AZN, cavabdehlərdən tutularaq İddiaçı MMCyə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizənin yolverilməzliyinə görə onun icraata qəbul olunmasından imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.1 və 284- 4.1.3-cü maddələrinə əsasən, verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. İddiaçı MMC ərizə ilə məhkəməyə müraciət edərək, tələbinin əsası kimi xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə istinad etmişdir. Həmin müqavilənin surətindən görünür ki, müqavilənin başlıq hissəsində satıcı qismində X1 qeyd edilmiş, müqavilənin sonunda isə satıcı qismində kimin çıxış etdiyi göstərilməmiş və müqavilə satıcı bölməsində səlahiyyətli şəxs tərəfindən imzalanmamışdır. Nurlan Məmmədov satış operatoru qismində qeyd edilsə də, kimi təmsil etdiyi müqavilə ilə müəyyən olunmur. İddia ərizəsinə bank satış qaimələri əlavə edilmiş, həmin qaimələrdə isə satıcı qrafasında “Evol İmişl T.M” göstərilmişdir. İddia ərizəsinə əlavə edilmiş sənədlərdə İddiaçı MMC ilə cavabdehlər Cavabdeh və Zamin arasında bağlanmış müqavilə yoxdur. Digər tərəfdən xx.xx.2023-cü il tarixli kassa mədaxil orderində Cavabdeh tərəfindən mədaxil edilmiş məbləğin Ferrum adına mədaxil edildiyi görsənir. Səbəb kimi isə reqres sənədinin sistemə işlənmədiyi qeyd edilmişdir. Tələb hüququnun reqres qaydasında keçməsi isə iş materialları ilə müəyyən olunmur. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı tələbinin əsasını təşkil edən sənədləri və tələb hüququ reqres qaydasında keçmişdirsə, buna dair sənədləri təqdim etmədiyindən, ərizənin icraata qəbul olunmasından imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.2-ci maddəsinə əsasən, bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Həmin Məcəllənin 284-4.3-cü maddəsinə əsasən, ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizənin qəbulundan imtina edilməli və ərizəçiyə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.3--cü maddəsinin tələbləri izah olunmalıdır. Azərbaycan Respublikası MPM-in 284-1, 284-4, 267-268-ci maddələrini rəhbər tutaraq qərara aldım: İddiaçı MMC-nin Cavabdeh və Zamin qarşı pul tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsinin qəbul olunmasından imtina edilsin. İddiaçıya izah olunsun ki, ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Qərardaddan şikayət verilə bilməz. Hakim Lətafət Ağakişiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar