Məhkəmə qərarları › İş №e-2(036)-293/2024

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(036)-293/2024

15.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-293/2024 15.01.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi hakim Qənbərov Ülvi Oktay oğlu iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı pul tələbi barədə iddia qaldıraraq xeyrinə xx.xx.2022ci il tarixli, 03563193 saylı alqı-satqı müqaviləsi üzrə 316.75 manat əsas borc, 31.25 manat cərimə borcu, xx.xx.2022-ci il tarixli, ******* saylı alqı-satqı müqaviləsi üzrə 66.62 manat əsas borc, 6.38 manat cərimə borcu, xx.xx.2022-ci il tarixli, 02671826 saylı alqısatqı müqaviləsi üzrə 115.54 manat əsas borc, 11.46 manat cərimə borcu və xx.xx.2022-ci il tarixli, 03251930 saylı alqı-satqı müqaviləsi üzrə 335.93 manat əsas borc, 33.07 manat cərimə borcu və 30 manat dövlət rüsumu tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli, 03563193 nömrəli Müqavilənin surətinə əsasən Cavabdeh həmin tarixdə "xxxx" MMC-dən 725.04 manat dəyərində “X1 11” markalı telefon nisyə almışdır. İşdən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli, 03563193 nömrəli Müqavilə üzrə aldığı əşyaların dəyərini qismən ödəyərək 316.75 manat borclu qalmış və hesabına 31.25 manat cərimə hesablanmışdır. İşdə olan xx.xx.2022-ci il tarixli, ******* nömrəli Müqavilənin surətinə əsasən Cavabdeh həmin tarixdə "xxxx" MMC-dən 131.94 manat dəyərində “Mİ Redmi Airdots 3” qulaqlıq nisyə almışdır. İşdən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli, ******* nömrəli Müqavilə üzrə aldığı əşyaların dəyərini qismən ödəyərək 66.62 manat borclu qalmış və hesabına 6.38 manat cərimə hesablanmışdır. İşdə olan xx.xx.2022-ci il tarixli, 02671826 nömrəli Müqavilənin surətinə əsasən Cavabdeh həmin tarixdə "xxxx" MMC-dən 208.98 manat dəyərində “LG” qulaqlıq nisyə almışdır. İşdən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli, 02671826 nömrəli Müqavilə üzrə aldığı əşyaların dəyərini qismən ödəyərək 115.54 manat borclu qalmış və hesabına 11.46 manat cərimə hesablanmışdır. İşdə olan xx.xx.2022-ci il tarixli, 03251930 nömrəli Müqavilənin surətinə əsasən Cavabdeh həmin tarixdə "xxxx" MMC-dən 604.98 manat dəyərində “X1 11” markalı telefon nisyə almışdır. İşdən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli, 03251930 nömrəli Müqavilə üzrə aldığı əşyaların dəyərini qismən ödəyərək 335.93 manat borclu qalmış və hesabına 33.07 manat cərimə hesablanmışdır. AR Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə,..... həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə, və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, "xxxx" MMC-nin xeyrinə Cavabdeh xx.xx.2022-ci il tarixli, 03563193 saylı alqı-satqı müqaviləsi üzrə 316.75 manat əsas borc, 31.25 manat cərimə borcu, xx.xx.2022-ci il tarixli, ******* saylı alqı-satqı müqaviləsi üzrə 66.62 manat əsas borc, 6.38 manat cərimə borcu, xx.xx.2022-ci il tarixli, 02671826 saylı alqı-satqı müqaviləsi üzrə 115.54 manat əsas borc, 11.46 manat cərimə borcu, xx.xx.2022-ci il tarixli, 03251930 saylı alqı-satqı müqaviləsi üzrə 335.93 manat əsas borc, 33.07 manat cərimə borcu və dövlət rüsumuna görə 30 manat tutulmalıdır. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216, 220, 227,233,357 və 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli, 03563193 saylı alqı-satqı müqaviləsi üzrə 316.75 (üç yüz on altı manat yetmiş beş qəpik) manat əsas borc, 31.25 (otuz bir manat iyirmi beş qəpik) manat cərimə borcu, xx.xx.2022-ci il tarixli, ******* saylı alqı-satqı müqaviləsi üzrə 66.62 (altmış altı manat altmış iki qəpik) manat əsas borc, 6.38 (altı manat otuz səkkiz qəpik) manat cərimə borcu, xx.xx.2022-ci il tarixli, 02671826 saylı alqı-satqı müqaviləsi üzrə 115.54 (bir yüz on beş manat əlli dörd qəpik) manat əsas borc, 11.46 (on bir manat qırx altı qəpik) manat cərimə borcu, xx.xx.2022-ci il tarixli, 03251930 saylı alqı-satqı müqaviləsi üzrə 335.93 (üç yüz otuz beş manat doxsan üç qəpik) manat əsas borc, 33.07 (otuz üç manat yeddi qəpik) manat cərimə borcu və dövlət rüsumuna görə 30 (otuz) manat pul alınıb iddiaçı "xxxx" MMC-nin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar