Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-2966/2025 13.11.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 qızının katibliyi, İddiaçı (İddiaçı MMC) Cavabdeh qarşı «borc» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı «borc» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən, robot tozsoran roborock s8 maxv ultra, qızıl zəmanət ultra 3 il xidməti üçün 2853 (iki min səkkiz yüz əlli üç) manat ödənilməmiş hissə, 285,30 (iki yüz səksən beş manat, otuz qəpik) manat dəbbə. xx.xx.2025-cü il, tarixli müqaviləyə əsasən, lg tv, zəmanət + 1 il xidməti üçün 1529,04 (min beş yüz iyirmi doqquz manat, dörd qəpik) manat ödənilməmiş hissə, 152,90 (yüz əlli iki manat, doxsan qəpik) manat dəbbə, xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən, imei kodu **********10555 honor x8b markalı telefon, qızıl zəmanət ultra2 il xidməti, paket xl xidməti üçün 588,89 (beş yüz səksən səkkiz manat, səksən doqquz qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum 23.6 (iyirmi üç manat, altımış qəpik) manat, 58,89 (əlli səkkiz manat, səksən doqquz qəpik) manat dəbbə ümumilikdə 5491,62 manat borc, 74,92 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2025-cü il, xx.xx.2025-cü il, xx.xx.2025-cü il tarixli müqavilələrə əsasən, robot tozsoran roborock s8 maxv ultra, qızıl zəmanət ultra 3 il xidməti, lg tv, zəmanət + 1 il xidməti, imei kodu **********10555 honor x8b markalı telefon, qızıl zəmanət ultra2 il xidməti, paket xl xidməti almış və nəticədə 5491,62 (beşmin dörd yüz doxsan bir manat, 62 qəpik) manat borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 295.17 manat təşkil edir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, belə hesab edir ki, iddia əsaslı olduğuna görə qismən təmin edilməlidir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 3003 (üç min üç) manat (18 ay x 158,5 manat + 150 manat ilkin ödəniş) olan robot tozsoran roborock s8 maxv ultra, qızıl zəmanət ultra3 il xidməti üçün ümumilikdə, 3138,30 (üç min yüz otuz səkkiz manat, otuz qəpik) manat olmaqla ondan, 2853 (iki min səkkiz yüz əlli üç) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 285,30 (iki yüz səksən beş manat, otuz qəpik) manat dəbbə. xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1639,04 (min altı yüz otuz doqquz manat, 04 qəpik) manat (12 ay x 127,42 manat + 110 manat ilkin ödəniş) olan lg tv, zəmanət + 1 il xidməti üçün ümumilikdə, 1681,94 (min altı yüz səksən bir manat, 94 qəpik) manat olmaqla ondan, 1529,04 (min beş yüz iyirmi doqquz manat, dörd qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 152,90 (yüz əlli iki manat, doxsan qəpik) manat dəbbə; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 624,06 (altı yüz iyirmi dörd manat, 06 qəpik) manat (18 ay x 34,67 manat + 0 manat ilkin ödəniş) olan imei kodu **********10555 honor x8b markalı telefon, qızıl zəmanət ultra 2 il xidməti, paket xl xidməti üçün ümumilikdə, 671,38 (altı yüz yetmiş bir manat, otuz səkkiz qəpik) manat olmaqla ondan, 588,89 (beş yüz səksən səkkiz manat, 89 qəpik) manat ödənilməmiş hissə, innovativ layihələr mərkəzinə ödənilmiş rüsum 23,6 (iyirmi üç manat, altımış qəpik) manat, müştəriyə güzəşt olunaraq 58,89 (əlli səkkiz manat, səksən doqquz qəpik) manat dəbbə pulu borcu yaranmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 631.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. (MM-631.4) Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. (MM-445) Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir Məhkəmə hesab edir ki, iddiaçı dəbbə pulunun ödənilməsini tələb etmək hüququna malikdir, əsas borc və dəbbə pulunun nisbəti nəzərə alınmaqla, xx.xx.2025-ci il tarixli alqısatqı müqaviləsi üzrə 142.65 manat və xx.xx.2025-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 76.45 manat və xx.xx.2025-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 29.44 manat məbləğində dəbbə pulunun tutulması ağlabatan və ədalətlidir. Həmin Məcəllənin 631.5-ci maddəsinə əsasən, alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Göstərilən normaları hazırki iş üzrə tətbiq edərək məhkəmə qeyd edir ki, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən, robot tozsoran roborock s8 maxv ultra, qızıl zəmanət ultra 3 il xidməti üçün 2853 (iki min səkkiz yüz əlli üç) manat ödənilməmiş hissə, 142.65 (yüz qırx iki manat altımış beş qəpik) manat dəbbə. xx.xx.2025-cü il, tarixli müqaviləyə əsasən, lg tv, zəmanət + 1 il xidməti üçün 1529,04 (min beş yüz iyirmi doqquz manat, dörd qəpik) manat ödənilməmiş hissə, 76.45 (yetmiş altı manat qırx beş qəpik) manat dəbbə; xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən, imei kodu **********10555 honor x8b markalı telefon, qızıl zəmanət Dövlət rüsumunun ödənilməsi haqqında məlumat Ərizəni imzalayan şəxs haqqında məlumat: ultra2 il xidməti, paket xl xidməti üçün 588,89 (beş yüz səksən səkkiz manat, səksən doqquz qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum 23.6 (iyirmi üç manat, altımış qəpik) manat, 29.44 (iyirmi doqquz manat qırx dörd qəpik) manat dəbbə ümumilikdə 5243.07 manat borc, 72.43 manat ödənilmiş dövlət rüsumunun ödənilməsini tələb etməsi tam əsaslıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarına əsasən: Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il tarixli Qərarına əsasən: Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən, robot tozsoran roborock s8 maxv ultra, qızıl zəmanət ultra 3 il xidməti üçün 2853 (iki min səkkiz yüz əlli üç) manat ödənilməmiş hissə, 142.65 (yüz qırx iki manat altımış beş qəpik) manat dəbbə pulu, xx.xx.2025-cü il, tarixli müqaviləyə əsasən, lg tv, zəmanət + 1 il xidməti üçün 1529,04 (min beş yüz iyirmi doqquz manat, dörd qəpik) manat ödənilməmiş hissə, 76.45 (yetmiş altı manat qırx beş qəpik) manat dəbbə pulu, xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən, imei kodu **********10555 honor x8b markalı telefon, qızıl zəmanət ultra2 il xidməti, paket xl xidməti üçün 588,89 (beş yüz səksən səkkiz manat, səksən doqquz qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum 23.6 (iyirmi üç manat, altımış qəpik) manat, 29.44 (iyirmi doqquz manat qırx dörd qəpik) manat dəbbə pulu ümumilikdə 5243.07 (beş min iki yüz qırx üç manat yeddi qəpik) manat borc, 72.43 (yetmiş iki manat qırx üç qəpik) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunduğundan iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş 74.92 manat dövlət rüsumunun 72.43 manatı Cavabdeh alınaraq İddiaçı MMC -yə ödənilməli, qalan 2.49 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı MMC-nin xeyrinə xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən, robot tozsoran roborock s8 maxv ultra, qızıl zəmanət ultra 3 il xidməti üçün 2853 (iki min səkkiz yüz əlli üç) manat ödənilməmiş hissə, 142.65 (yüz qırx iki manat altımış beş qəpik) manat dəbbə pulu, xx.xx.2025-cü il, tarixli müqaviləyə əsasən, lg tv, zəmanət + 1 il xidməti üçün 1529,04 (min beş yüz iyirmi doqquz manat, dörd qəpik) manat ödənilməmiş hissə, 76.45 (yetmiş altı manat qırx beş qəpik) manat dəbbə pulu, xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən, imei kodu **********10555 honor x8b markalı telefon, qızıl zəmanət ultra2 il xidməti, paket xl xidməti üçün 588,89 (beş yüz səksən səkkiz manat, səksən doqquz qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum 23.6 (iyirmi üç manat, altımış qəpik) manat, 29.44 (iyirmi doqquz manat qırx dörd qəpik) manat dəbbə pulu ümumilikdə 5243.07 (beş min iki yüz qırx üç manat yeddi qəpik) manat borc, 72.43 (yetmiş iki manat qırx üç qəpik) manat ödənilmiş dövlət rüsumu tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə (elektron məhkəmə sistemi vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Orxan Mahmud
Məhkəmə qərarları › İş №e-2(036)-2966/2025
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(036)-2966/2025
13.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver