Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-3005/2022 16.11.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Qəniyev Nurlan Mehman oğlunun katibliyi və İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı müqavilə üzrə öhdəliyin yerinə yetirilməməsi nəticəsində dəymiş maddi zərərin ödənilməsi tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı MMC Cavabdeh qarşı müqavilə üzrə öhdəliyin yerinə yetirilməməsi nəticəsində dəymiş maddi zərərin ödənilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edib xam pambığın alqı-satqısına dair tərəflər arasında bağlanmış 10 fevral 2021-ci il tarixli 21376364 saylı müqavilədən irəli gələn öhdəliyi qarşı tərəfin lazımi qaydada icra etməməsi səbəbindən ona dəymiş maddi zərərin ödənilməsi üçün xeyrinə 2732,87 manat əsas borc, 724,20 manat cərimə və ödənilmiş dövlət rüsumuna görə 54,60 manat olmaqla cəmi 3511,67 manat tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək təmin olunması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan "xxxx" MMC (Alıcı ), «MKT İmişli filialı» (Tədarükçü) və Cavabdeh (Təsərrüfat) arasında bağlanmış «xam pambığın alqı-satqısına dair» 10 fevral 2021-ci il tarixli 21376364 nömrəli müqavilənin 2.1.2 bəndinə əsasən tərəflər Təsərrüfata aid 5,1 ha torpaq sahəsində pambıq əkilməsi və əldə edilən məhsulun kondisiya çəkidə dəyəri ödənilməklə “Alıcının” mülkiyyətinə verilməsi barədə razılığa gəlmişlər. Həmin Müqavilənin 2.3.1-ci bəndinə əsasən “Alıcı” “Tədarükçü”nün vasitəsilə götürülən öhdəliklərin yerinə yetirilməsi üçün lazım olan mal-materialın və pul vəsaitinin “Tədarükçü”nün iştirakı ilə “Təsərrüfat”a verilməsini öhdəsinə götürür. İşdə olan "xxxx" MMC tərəfindən verilmiş 21376364 saylı müqavilə üzrə Hesabdan Çıxarışa əsasən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci ilədək olan dövrdə 5,1 ha ərazidə pambıq becərmək məqsədilə Fermer Cavabdeh 3875,54 manat avans ödənilmiş, 945,67 manat dəyərində xam pambıq alınmış və 197 manat nağd qaytarılma hesablanmışdır. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən müəyyən edilmişdir ki, fermer Cavabdeh 2021-ci ilin mövsüm müddətində olan "xxxx" MMC –nin sifarişi ilə ondan aldığı 3875,54 manat avans vəsaiti hesabına 5,1 ha sahədə pambıq becərilməsi üçün əkin aparmış və 945,67 manat dəyərində xam pambıq yığıb təhvil verərək 2732,87 manat borclu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar vu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 578.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsini pozaraq alıcıya müqavilədə müəyyənləşdirildiyindən az miqdarda əşya verdikdə, alıcı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, çatışmayan miqdarda əşya verilməsini tələb edə bilər və ya verilmiş əşyadan və onu ödəməkdən imtina edə bilər, əşya ödənilmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Cavabdeh 2732,87 manat və ödənilmiş dövlət rüsumuna görə 54,60 manat tutulub iddiaçı "xxxx" MMC-nin hesabına keçirilməli, iddia tələbi cəriməyə dair hissəsində isə hüquqi əsas olmadığından təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 2732,87 (iki min yeddi yüz otuz iki manat səksən yeddi qəpik) manat və ödənilmiş dövlət rüsumuna görə 54,60 (əlli dörd manat altmış qəpik) manat tutulub iddiaçı "xxxx" MMC-ə verilsin. Qətnamədən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №e-2(036)-3005/2022
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(036)-3005/2022
16.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver