Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № e-2(036)-3044/2023 14.11.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi X1, İddiaçı MMC-nin Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2022-ci il tarixli 1363 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə qalıq borc məbləğini mübahisələndirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. İddia ərizəsi və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edirəm ki, iddia ərizəsi mülki prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən verilmişdir. Belə ki, iddia ərizəsi natamam olaraq məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 149.2.2. İddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) ərizədə göstərilməlidir. Maddə 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; Maddə 149.2.5. Ərizəyə əlavə edilən sənədlərin siyahısı ərizədə göstərilməlidir. Maddə 152.1.1. İddia ərizəsi bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsi natamam olmaqla iddiaçının tələbləri, onun öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar göstərilməmiş və iddia ərizəsi tam tərtib olunmamışdır. Hesab edirəm ki, iddiaçı tərəfindən verilmiş ərizə qeyd olunan prosessual qanunvericiliyin tələblərinə riayət edilməməklə verildiyinə görə, onun məhkəmə icraatı mümkün deyildir və geri qaytarılmalıdır. Ona görə də, iddiaçıya izah edilməlidir ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Mülki-Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. İş materialları ilə müəyyən olur ki, İddiaçı MMC tərəfindən iddia tələbi üzrə xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzi əsasında X2 vasitəsilə İmişli Rayon Məhkəməsinin ünvanına 59.69 manat dövlət rüsumu ödənilmişdir. Qanunvericiliyin tələbinə görə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarıldığı üçün həmin rüsum iddiaçıya qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 266-268ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ : İddiaçı MMC-nin Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddia tələbi üzrə xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzi əsasında X2 vasitəsilə İmişli Rayon Məhkəməsinin ünvanına ödənilmiş 59.69 manat dövlət rüsumu Dövlət büdcəsindən İddiaçı MMC-yə qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində İmişli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Telman Quliyev
Məhkəmə qərarları › İş №e-2(036)-3044/2023
İmişli Rayon Məhkəməsi Qərardad — İş №e-2(036)-3044/2023
14.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver