Məhkəmə qərarları › İş №e-2(036)-3065/2023

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(036)-3065/2023

20.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-3065/2023 20.12.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlu, iddiaçı «X1 Kompleksi» MMC-nin Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «X1 Kompleksi» MMC Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edib iddiaçı «X1 Kompleksi» MMC-nin xeyrinə Cavabdeh 623 manat əsas borc, 124 manat cərimə borcu və ödənilmiş dövlət rüsumuna görə 30 manat tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan «X1 Kompleksi» MMC ( Alıcı) və Cavabdeh ( Fermer) arasında «X1 Kompleksi» MMC –nin İmişli pambıq istehsalı və tədarükü məntəqəsinin ( Tədarükçü) iştirakı ilə bağlanmış 05 mart 2021-ci il tarixli 244 saylı xam pambığın alqı-satqısına dair müqaviləsinə əsasən “Fermer” ona məxsus olan 3.30 ha torpaq sahəsində pambıq əkməyi və əldə edilən yüksək keyfiyyətli məhsulu müəyyən edilmiş qiymətə “Alıcı”ya təhvil verməyi, “Alıcı” isə “Fermer”in istehsal etdiyi xam pambığı qəbul edib dəyərini müəyyən edilmiş qiymətlə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.1.7-ci bəndinə əsasən “Alıcı”ya məxsus texnikalarla görülmüş şum, mala, disk, arx, kultivasiya, dərmanlama və s. göstərilin xidmətlərin, toxumluq çiyidin, zəhərli kimyəvi preparatların, gübrənin dəyərini, həmçinin nağdsız qaydada götürülən vəsaitin məbləğini “Fermer” istehsal etdiyi xam pambıqla nəzərdə tutulmuş müddətdə ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.3.1-ci maddəsinə əsasən fermerə verilən avans vəsaitlərinin (nağdsız qaydada ödəmələr və sair aqrotexniki xidmətlər) təminatını və tədarük edilən xam pambığın dəyərinin ödənilməsini “Tədarükçü” vasitəsilə həyata keçirir. İşdə olan xx.xx.2021-ci il tarixli Üzləşmə aktının surətinə əsasən «X1 Kompleksi» MMC və Cavabdeh arasında bağlanmış 05 mart 2021-ci il tarixli 244 saylı xam pambığın alqı-satqısına dair müqavilə üzrə fermerə 2673.04 manat avans verilməsi və 623.56 manat borcun olması Cavabdeh tərəfindən təsdiq olunmuşdur. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən müəyyən edilmişdir ki, fermer Cavabdeh 2021-ci ilin mövsüm müddətində “X1 Kompleksi” MMC sifarişi ilə cəmiyyətdən aldığı 2673.04 manat avans vəsaiti hesabına 3.30 ha sahədə pambıq becərilməsi üçün əkin aparmış və nəzərdə tutulmuş miqdarda xam pambıq təhvil verməyərək 623 manat borclu qalmışdır. AR Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar vu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 578.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsini pozaraq alıcıya müqavilədə müəyyənləşdirildiyindən az miqdarda əşya verdikdə, alıcı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, çatışmayan miqdarda əşya verilməsini tələb edə bilər və ya verilmiş əşyadan və onu ödəməkdən imtina edə bilər, əşya ödənilmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Cavabdeh iddiaçı «X1 Kompleksi» MMC-nin xeyrinə 623 manat əsas borc, ödənilmiş dövlət rüsumuna görə 30 manat tutulmalı, cərimə borcu isə əsas borca mütənasib olaraq azaldılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 623 (altı yüz iyirmi üç) manat, 10 (on) manat cərimə borcu və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat tutulub iddiaçı «X1 Kompleksi» MMC-nin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar