Məhkəmə qərarları › İş №e-2(036)-3123/2025

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(036)-3123/2025

28.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-3123/2025 28.01.2026 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Ağakişiyeva Lətafət Almazxan qızının sədrliyi, Məhkəmə iclas katibi X3 qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı lizinq müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC Cavabdeh qarşı lizinq müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 01 fevral 2023-cü il tarixli MAS- 5685 saylı “Daxili lizinq” müqaviləsi üzrə 06 fevral 2025-ci il tarixə 8870.05 manat əsas borc və ödənilmiş 108.71 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə X1 arasında bağlanmış 01 fevral 2023-cü il tarixli MAS-5685 saylı “Daxili lizinq” müqaviləsinə əsasən 2023-cü il buraxılışlı, “Khazar LD” minik markalı, **-AL-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən lizinq alan illik 18 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 467.06 manat, ümumilikdə isə 25619 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 25619 manatın 19100 manatı əsas məbləğ təşkil edir. 11 oktyabr 2024-ci il tarixdə X1, Cavabdeh və İddiaçı MMC arasında MAS-5685 saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsi bağlanmış və 01 fevral 2023-cü il tarixli MAS-5685 saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri Cavabdeh öz üzərinə götürmüşdür. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş hal-hazırda BDYPİ-nin “Siqnal” İdarəsinin duracağında saxlanılan İddiaçı MMC-nin mülkiyyətində olan, “Khazar LD” minik markalı, **-AL-*** dövlət qeydiyyat nişanlı avtomobil 06 fevral 2025-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində tam yararsız vəziyyətə düşmüşdür. İddiaçı MMC sonradan iddia tələbini dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, cavabdeh tərəfindən xx.xx.2026-cı il tarixdə 2000 manat məbləğində lizinq ödənişi həyata keçirilməsinə baxmayaraq, cavabdehlə razılıq əldə olunmadığı üçün borcun yenidən hesablandığını və Cavabdeh 01 fevral 2023-cü il tarixli MAS-5685 saylı “Daxili lizinq” müqaviləsi üzrə 6870.05 manat əsas borcun və ödənilmiş 108.71 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: İddiaçı tərəfindən məhkəməyə ərizə təqdim edilərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: İddiaçı MMC ilə X1 arasında bağlanmış 01 fevral 2023-cü il tarixli MAS-5685 saylı “Daxili lizinq” müqaviləsindən görünür ki, 2023-cü il buraxılışlı, “Khazar LD” minik markalı, **-AL-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən lizinq alan illik 18 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 467.06 manat, ümumilikdə isə 25619 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. 11 oktyabr 2024-cü il tarixdə X1, Cavabdeh və İddiaçı MMC arasında MAS-5685 saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsi bağlanmış və 01 fevral 2023-cü il tarixli MAS- 5685 saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri Cavabdeh öz üzərinə götürmüşdür.. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh “Khazar LD” markalı, **-AL-*** dövlət qeydiyyat nişanlı avtomobili saz vəziyyətdə təhvil vermişdir. “X4” MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Xəzər avtomobillərinin rəsmi servisi tərəfindən DYP-nin duracağında ümumi texniki baxış zamanı müəyyən olunmuşdur ki, “Khazar LD” markalı, **-AL-*** dövlət qeydiyyat nişanlı avtomobil tam yararsız vəziyyətdədir. İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, 06 fevral 2025-ci il tarixdə 9355.52 manat əsas, 14.98 manat gecikdirilmiş mükafat, ümumilikdə 9370.50 manat məbləğində borcu yaranmışdır. Lizinq obyekti olan “Khazar LD” minik markalı, **-AL-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol-nəqliyyat hadisəsi baş verdikdən sonra Cavabdeh 17 aprel 2025-ci il tarixdə 500 manat məbləğində ödəniş etmiş, ödənişin 485.02 manatı əsas məbləğdən, 14.98 manat mükafat məbləğindən silinmişdir. Bununla da MAS-5685 nömrəli daxili lizinq müqaviləsi üzrə ümumilikdə borcu 8870.50 manat təşkil edir. İddiaçı Cavabdeh ünvanladığı bildirişdən görünür ki, Cavabdeh borcun ödənilməsi ilə bağlı təkliflər edilmiş, borcun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Maddə 748-1.12. Lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır: 748-1.12.4. lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə. Maddə 748-2.1. Lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. Maddə 748-7.1. Lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, İddiaçı MMC ilə X1 arasında bağlanmış 01 fevral 2023-cü il tarixli MAS- 5685 saylı “Daxili lizinq” müqaviləsinə əsasən 2023-cü il buraxılışlı, “Khazar LD” minik markalı, **-AL-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən lizinq alan illik 18 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 467.06 manat, ümumilikdə isə 25619 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 25619 manatın 19100 manatı əsas məbləğ təşkil edir. 11 oktyabr 2024-ci il tarixdə X1, Cavabdeh və İddiaçı MMC arasında MAS-5685 saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsi bağlanmış və 01 fevral 2023-cü il tarixli MAS-5685 saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri Cavabdeh öz üzərinə götürmüşdür. Tərəflər arasında daxili lizinq müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin lizinq alan müqavilə üzrə lizinq şirkətinin müəyyən etdiyi aylıq ödənişləri vaxtlı-vaxtında lazımınca ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Mülki Məcəllənin 750-ci maddəsinə əsasən lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçıMMC-nin mülkiyyətində olan “Khazar LX” minik markalı **-AL-*** dövlət qeydiyyat nişanlı avtomobil baş vermiş holnəqliyyat hadisəsi nəticəsində yararsız vəziyyətə düşdüyündən müvəqqəti duracağa yerləşdirilmişdir. Cavabdeh 01 fevral 2023-cü il tarixli MAS-5685 saylı “Daxili lizinq” müqaviləsi üzrə 06 fevral 2025-ci il tarixə 8870.05 manat əsas borcu vardır. xx.xx.2026-cı il tarixdə cavabdeh tərəfindən 2000 manat məbləğində ödəniş olmuş və cavabdehin 6870 manat borcu qalmışdır. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı MMC ilə Cavabdeh arasında daxili lizinq müqaviləsi bağlanmasına baxmayaraq cavabdeh üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən və bununla da onun əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi müəyyən edildiyindən Cavabdeh 01 fevral 2023-cü il tarixli MAS-5685 saylı “Daxili lizinq” müqaviləsinə əsasən 6870 manat gecikdirilmiş əsas borc tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Məhkəmə xərcləri: Məhkəmə xərcləri ilə bağlı qeyd olunmalıdır ki, MPM-in 107,115, 119.1 və 220.5-ci maddələrinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir və işə baxılması ilə əlaqədar məsrəflərə tərəflərin xəbərdar edilməsi və məhkəməyə çağırılmaları ilə əlaqədar xərclər, həmçinin məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər daxildir. Məhkəmə xərcləri işdə iştirak edən şəxsin bununla bağlı tələbinin və ya vəsatətinin olub-olmamasından asılı olmayaraq tələbin təmin olunan hissəsinə mütənasib olaraq tərəflər arasında bölüşdürülməlidir. Qanunun mənasına görə məhkəmə xərcinin həll edilməsi barədə məsələ hətta iddiaçı tərəfindən iddia tələbinin bir hissəsi kimi ifadə edilsə belə, prosessual qanunvericiliyə əsasən məhkəmənin xidməti vəzifəsinə görə həll edilməli olan məsələ olduğundan iddia tələbinin tərkibinə daxil olmur. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin edildiyindən, iş üzrə ödənilmiş 108,71 məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 6870.05 (altı min səkkiz yüz yetmiş manat beş qəpik) manat əsas borc və ödənilmiş 108.71 (yüz səkkiz manat yetmiş bir qəpik) manat dövlət rüsumunun əvəzi İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Lətafət Ağakişiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar