Məhkəmə qərarları › İş №e-2(036)-3266/2022

İmişli Rayon Məhkəməsi Qərardad — İş №e-2(036)-3266/2022

27.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № e-2(036)-3266/2022 27.10.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Hacıyev Qurban Hamid oğlu İddiaçı Cavabdeh qarşı “borc tələbi barədə” iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, M ü ə y y ə n e t d i m: İddiaçı Cavabdeh qarşı “borc tələbi barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək tərəflər arasında razılıq əldə edildiyindən ərizənin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.9-cu maddəsinin tələbinə görə bu iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 263-264 və 267-268-ci maddələri rəhbər tutaraq Qərarverdim: İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı qaytarılsın. Qərərdaddan təqdim edildiyi və ya alındıqdan sonra 10 gün müddətində İmişli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim : Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar