Məhkəmə qərarları › İş №e-2(036)-3462/2025

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(036)-3462/2025

19.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-3462/2025 19.12.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Mahmud Orxan Əlövsət oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı «borc» tələbinə dair ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “borc” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən soyuducu Hoffmann üçün 1859.63 (bir min səkkiz yüz əlli doqquz manat, altmış üç qəpik) manat ödənilməmiş hissə,185,96 (yüz səksən beş manat,doxsan altı qəpik) manat cərimə; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən,İmei kodu **********94584 İphone 13 markalı telefon üçün 1352.16 (bir min üç yüz əlli iki manat,on altı qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.60 (iyirmi üç manat,altmış qəpik) manat rüsum, 135.22 (yüz otuz beş manat, iyirmi iki qəpik) manat cərimə, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, qazan dəsti Deluca üçün 330 (üç yüz otuz) manat ödənilməmiş hissə, 33 (otuz üç) manat cərimə; xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən, tozsoran samsung üçün 205,92 (iki yüz beş manat, doxsan iki qəpik) manat ödənilməmiş hissə, 20,59 (iyirmi manat, əlli doqquz qəpik) manat cərimə ümumilikdə 4146,08 (dörd min yüz qırx altı manat, səkkiz qəpik) manat borc, 61,47 (altmış bir manat, qırx yeddi qəpik) manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1969.02 (min doqquz yüz altmış doqquz manat, iki qəpik) manat (18 ay x 109,39 manat + 0 manat ilkin ödəniş) olan soyuducu hoffmann üçün ümumilikdə, 2045,59 (iki min qırx beş manat, əlli doqquz qəpik) manat olmaqla ondan, 1859,63 (min səkkiz yüz əlli doqquz manat, altmış üç qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 185,96 (yüz səksən beş manat, doxsan altı qəpik) manat cərimə. xx.xx.2025--cü il, tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 1352,16 (min üç yüz əlli iki manat, on altı qəpik) manat (18 ay x 75,12 manat + 0 manat ilkin ödəniş) olan İmei kodu **********94584 İphone 13 markalı telefon üçün ümumilikdə, 1510,98 (min beş yüz on manat, doxsan səkkiz qəpik) manat olmaqla ondan 1352,16 (min üç yüz əlli iki manat, on altı qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, altmış qəpik) manat rüsum, müştəriyə güzəşt olunaraq 135,22 (yüz otuz beş manat, iyirmi iki qəpik) manat cərimə; xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı 330 (üç yüz otuz) manat (12 ay x 27.5 manat + 0 manat ilkin ödəniş) olan qazan dəsti deluca üçün ümumilikdə, 363 (üç yüz altmış üç) manat olmaqla ondan, 330 (üç yüz otuz) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 33 (otuz üç) manat cərimə xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 535,92 (beş yüz otuz beş manat, doxsan iki qəpik) manat (12 ay x 44,66 manat + 0 manat ilkin ödəniş) olan qazan dəsti Deluca, tozsoran samsung üçün ümumilikdə, 226,51 (iki yüz iyirmi altı manat, əlli bir qəpik) manat olmaqla ondan, 205,92 (iki yüz beş manat, doxsan iki qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 20,59 (iyirmi manat, əlli doqquz qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdeh xx.xx.2025-ci il tarixli müqaviləsinə əsasən qazan dəsti Delucadan xx.xx.2025-ci il tarixində imtina etmiş və məhsul 330 manat qiymətləndirilərək, borcundan silinmişdir. Cavabdehin xx.xx.2025--ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 0 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 330 manat, ümumilikdə, 330 manat təşkil edir. Cavabdehin digər müqvilələr üzrə cəmi ödədiyi məbləğ 109,39 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2025-cü il, xx.xx.2025--cü il, xx.xx.2025-cü il, xx.xx.2025-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2025-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. İddiaçının tələbinin əsaslandırdığı və əmlakın dəyərini sübut edən sənədlər- tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.1-ci maddəsinə əsasən, pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən edilir. Belə olan halda, məhkəmə iddia ərizəsi üzrə tələb olunan məbləğin beş min manatdan az olduğunu nəzərə alaraq, hazırki mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş üzrə cavabdeh qanunvericilikdə nəzərdə tutulmuş qaydada bildiriş göndərilsə də, o, əsaslandırılmış etirazını, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə ərizənin dəlillərini nəzərə alaraq iş üzrə təqdim olunmuş digər sübutları yoxlayıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 1969.02 (min doqquz yüz altmış doqquz manat, iki qəpik) manat (18 ay x 109,39 manat + 0 manat ilkin ödəniş) olan soyuducu hoffmann üçün ümumilikdə, 2045,59 (iki min qırx beş manat, əlli doqquz qəpik) manat olmaqla ondan, 1859,63 (min səkkiz yüz əlli doqquz manat, altmış üç qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 185,96 (yüz səksən beş manat, doxsan altı qəpik) manat cərimə. xx.xx.2025--cü il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1352,16 (min üç yüz əlli iki manat, on altı qəpik) manat (18 ay x 75,12 manat + 0 manat ilkin ödəniş) olan İmei kodu **********94584 İphone 13 markalı telefon üçün ümumilikdə, 1510,98 (min beş yüz on manat, doxsan səkkiz qəpik) manat olmaqla ondan 1352,16 (min üç yüz əlli iki manat, on altı qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, altmış qəpik) manat rüsum, müştəriyə güzəşt olunaraq 135,22 (yüz otuz beş manat, iyirmi iki qəpik) manat cərimə; xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı 330 (üç yüz otuz) manat (12 ay x 27.5 manat + 0 manat ilkin ödəniş) olan qazan dəsti deluca üçün ümumilikdə, 363 (üç yüz altmış üç) manat olmaqla ondan, 330 (üç yüz otuz) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 33 (otuz üç) manat cərimə xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 535,92 (beş yüz otuz beş manat, doxsan iki qəpik) manat (12 ay x 44,66 manat + 0 manat ilkin ödəniş) olan qazan dəsti Deluca, tozsoran samsung üçün ümumilikdə, 226,51 (iki yüz iyirmi altı manat, əlli bir qəpik) manat olmaqla ondan, 205,92 (iki yüz beş manat, doxsan iki qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 20,59 (iyirmi manat, əlli doqquz qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdeh xx.xx.2025-ci il tarixli müqaviləsinə əsasən qazan dəsti Delucadan xx.xx.2025-ci il tarixində imtina etmiş və məhsul 330 manat qiymətləndirilərək, borcundan silinmişdir. Cavabdehin xx.xx.2025--ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 0 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 330 manat, ümumilikdə, 330 manat təşkil edir. Cavabdehin digər müqvilələr üzrə cəmi ödədiyi məbləğ 109,39 manat təşkil edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 631.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. (MM-631.4) Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. (MM-445) Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir Məhkəmə hesab edir ki, iddiaçı dəbbə pulunun ödənilməsini tələb etmək hüququna malikdir, əsas borc və dəbbə pulunun nisbəti nəzərə alınmaqla, xx.xx.2025-ci il tarixli alqısatqı müqaviləsi üzrə 92.98 manat, xx.xx.2025-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 67.60 manat, xx.xx.2025-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 16.50 və xx.xx.2025-ci il tarixli alqısatqı müqaviləsi üzrə 10.29 manat məbləğində dəbbə pulunun tutulması ağlabatan və ədalətlidir. Həmin Məcəllənin 631.5-ci maddəsinə əsasən, alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Göstərilən normaları hazırki iş üzrə tətbiq edərək məhkəmə qeyd edir ki, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən soyuducu Hoffmann üçün 1859.63 (bir min səkkiz yüz əlli doqquz manat, altmış üç qəpik) manat ödənilməmiş hissə, 92.98 (doxsan iki manat, doxsan səkkiz qəpik) manat cərimə; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən,İmei kodu **********94584 İphone 13 markalı telefon üçün 1352.16 (bir min üç yüz əlli iki manat,on altı qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.60 (iyirmi üç manat,altmış qəpik) manat rüsum, 67.60 (altmış yeddi manat, altmış qəpik) manat cərimə, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, qazan dəsti Deluca üçün 330 (üç yüz otuz) manat ödənilməmiş hissə, 16.50 (on altı manat, əlli qəpik) manat cərimə; xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən, tozsoran samsung üçün 205,92 (iki yüz beş manat, doxsan iki qəpik) manat ödənilməmiş hissə, 10.29 (on manat, iyirmi doqquz qəpik) manat cərimə ümumilikdə 3958.68 (üç min doqquz yüz əlli səkkiz manat, altmış səkkiz qəpik) manat borcun ödənilməsini tələb etməsi tam əsaslıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarına əsasən: Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il tarixli Qərarına əsasən: Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən soyuducu Hoffmann üçün 1859.63 (bir min səkkiz yüz əlli doqquz manat, altmış üç qəpik) manat ödənilməmiş hissə, 92.98 (doxsan iki manat, doxsan səkkiz qəpik) manat cərimə; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən,İmei kodu **********94584 İphone 13 markalı telefon üçün 1352.16 (bir min üç yüz əlli iki manat,on altı qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.60 (iyirmi üç manat,altmış qəpik) manat rüsum, 67.60 (altmış yeddi manat, altmış qəpik) manat cərimə, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, qazan dəsti Deluca üçün 330 (üç yüz otuz) manat ödənilməmiş hissə, 16.50 (on altı manat, əlli qəpik) manat cərimə; xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən, tozsoran samsung üçün 205,92 (iki yüz beş manat, doxsan iki qəpik) manat ödənilməmiş hissə, 10.29 (on manat, iyirmi doqquz qəpik) manat cərimə ümumilikdə 3958.68 (üç min doqquz yüz əlli səkkiz manat, altmış səkkiz qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 59.58 (əlli doqquz manat, əlli səkkiz qəpik) manat ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Məhkəmə, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunduğundan iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş 61.47 manat dövlət rüsumunun 59.58 manatı Cavabdeh alınaraq İddiaçı MMC -yə ödənilməli, qalan 1.89 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən soyuducu Hoffmann üçün 1859.63 (bir min səkkiz yüz əlli doqquz manat, altmış üç qəpik) manat ödənilməmiş hissə, 92.98 (doxsan iki manat, doxsan səkkiz qəpik) manat cərimə; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən,İmei kodu **********94584 İphone 13 markalı telefon üçün 1352.16 (bir min üç yüz əlli iki manat,on altı qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.60 (iyirmi üç manat,altmış qəpik) manat rüsum, 67.60 (altmış yeddi manat, altmış qəpik) manat cərimə, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, qazan dəsti Deluca üçün 330 (üç yüz otuz) manat ödənilməmiş hissə, 16.50 (on altı manat, əlli qəpik) manat cərimə; xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən, tozsoran samsung üçün 205,92 (iki yüz beş manat, doxsan iki qəpik) manat ödənilməmiş hissə, 10.29 (on manat, iyirmi doqquz qəpik) manat cərimə ümumilikdə 3958.68 (üç min doqquz yüz əlli səkkiz manat, altmış səkkiz qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 59.58 (əlli doqquz manat, əlli səkkiz qəpik) manat ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 29.53-220, 222, 227, 284-1 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən soyuducu Hoffmann üçün 1859.63 (bir min səkkiz yüz əlli doqquz manat, altmış üç qəpik) manat ödənilməmiş hissə, 92.98 (doxsan iki manat, doxsan səkkiz qəpik) manat cərimə; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən,İmei kodu **********94584 İphone 13 markalı telefon üçün 1352.16 (bir min üç yüz əlli iki manat,on altı qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.60 (iyirmi üç manat,altmış qəpik) manat rüsum, 67.60 (altmış yeddi manat, altmış qəpik) manat cərimə, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, qazan dəsti Deluca üçün 330 (üç yüz otuz) manat ödənilməmiş hissə, 16.50 (on altı manat, əlli qəpik) manat cərimə; xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən, tozsoran samsung üçün 205,92 (iki yüz beş manat, doxsan iki qəpik) manat ödənilməmiş hissə, 10.29 (on manat, iyirmi doqquz qəpik) manat cərimə ümumilikdə 3958.68 (üç min doqquz yüz əlli səkkiz manat, altmış səkkiz qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 59.58 (əlli doqquz manat, əlli səkkiz qəpik) manat ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı MMCnin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar