Məhkəmə qərarları › İş №e-2(036)-350/2025

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(036)-350/2025

13.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-350/2025 13.01.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Mahmud Orxan Əlövsət oğlu, İddiaçı (bundan sonra- İddiaçı MMC) Cavabdeh qarşı «borc» tələbinə dair ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “borc” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********85479 “Samsung Galaxy S23 FE” markalı telefon üçün 1199 (bir min yüz doxsan doqquz) manat ödənilməmiş hissə, 119 (bir yüz on doqquz) manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, “Samsung” soyuducu üçün 1048.93 (bir min qırx səkkiz manat doxsan üç qəpik) manat ödənilməmiş hissə, 104.07 (bir yüz dörd manat yeddi qəpik) manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, LG kondisioner üçün 1036.51 (bir min otuz altı manat əlli bir qəpik) manat ödənilməmiş hissə, 103.49 (bir yüz üç manat qırx doqquz qəpik) manat cərimə və xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, “Samsung” paltaryuyan üçün 309.83 (üç yüz doqquz manat səksən üç qəpik) manat ödənilməmiş hissə, 30.17 (otuz manat on yeddi qəpik) manat cərimə olmaqla, ümumilikdə 3951 (üç min doqquz yüz əlli bir) manat borcun və 59.51 (əlli doqquz manat əlli bir qəpik) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli müqavilələrə əsasən, cavabdeh İmei kod **********85479 “Samsung Galaxy S23 FE” markalı telefon, “Samsung” soyuducu, LG kondisioner, “Samsung” paltaryuyan almış və nəticədə 3951 (üç min doqquz yüz əlli bir) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1350 (bir min üç yüz əlli) manat (18 ay x 75 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********85479 “Samsung Galaxy S23 FE” markalı telefon üçün ümumilikdə, 1318 (bir min üç yüz on səkkiz) manat olmaqla ondan, 1199 (bir min yüz doxsan doqquz) manat ödənilməmiş hissə, 119 (yüz on doqquz) manat cərimə; xx.xx.2023-cü il, tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2380.68 (iki min üç yüz səksən manat altmış səkkiz qəpik) manat (18 ay x 132.68 manat + 0 manat ilkin ödəniş) olan “Samsung” soyuducu üçün ümumilikdə, 1153 (bir min yüz əlli üç) manat olmaqla ondan, 1048.93 (bir min qırx səkkiz manat doxsan üç qəpik) manat ödənilməmiş hissə, 104.07 (bir yüz dörd manat yeddi qəpik) manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 3119.94 (üç min yüz on doqquz manat doxsan dörd qəpik) manat (18 ay x 173.33 manat + 0 manat ilkin ödəniş) olan LG kondisioner üçün ümumilikdə, 1140 (bir min yüz qırx) manat olmaqla ondan, 1036.51 (bir min otuz altı manat əlli bir qəpik) manat ödənilməmiş hissə, 103.49 (yüz üç manat qırx doqquz qəpik) manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1123.02 (bir min yüz iyirmi üç manat iki qəpik) manat (18 ay x 62.39 manat + 0 manat ilkin ödəniş) olan “Samsung” paltaryuyan üçün ümumilikdə, 340 (üç yüz qırx) manat olmaqla ondan, 309.83 (üç yüz doqquz manat səksən üç qəpik) manat ödənilməmiş hissə, 30.17 (otuz manat on yeddi qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 4379.37 manat təşkil edir. Cavabdehlə iddiaçı arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli Müqavilələrin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulları tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə iddiaçı arasında olan telefon danışığı, həmçinin xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. İddiaçının tələbinin əsaslandırdığı və əmlakın dəyərini sübut edən sənədlər- tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhviltəslim aktı və ödəniş cədvəlindən ibarətdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.1-ci maddəsinə əsasən, pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən edilir. Belə olan halda, məhkəmə iddia ərizəsi üzrə tələb olunan məbləğin beş min manatdan az olduğunu nəzərə alaraq, hazırki mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş üzrə cavabdeh qanunvericilikdə nəzərdə tutulmuş qaydada bildiriş göndərilsə də, o, əsaslandırılmış etirazını, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə ərizənin dəlillərini nəzərə alaraq iş üzrə təqdim olunmuş digər sübutları yoxlayıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli müqavilələrə əsasən, cavabdeh İmei kod **********85479 “Samsung Galaxy S23 FE” markalı telefon, “Samsung” soyuducu, LG kondisioner, “Samsung” paltaryuyan almış və nəticədə 3951 (üç min doqquz yüz əlli bir) manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1350 (bir min üç yüz əlli) manat (18 ay x 75 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********85479 “Samsung Galaxy S23 FE” markalı telefon üçün ümumilikdə, 1318 (bir min üç yüz on səkkiz) manat olmaqla ondan, 1199 (bir min yüz doxsan doqquz) manat ödənilməmiş hissə, 119 (yüz on doqquz) manat cərimə; xx.xx.2023-cü il, tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2380.68 (iki min üç yüz səksən manat altmış səkkiz qəpik) manat (18 ay x 132.68 manat + 0 manat ilkin ödəniş) olan “Samsung” soyuducu üçün ümumilikdə, 1153 (bir min yüz əlli üç) manat olmaqla ondan, 1048.93 (bir min qırx səkkiz manat doxsan üç qəpik) manat ödənilməmiş hissə, 104.07 (bir yüz dörd manat yeddi qəpik) manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 3119.94 (üç min yüz on doqquz manat doxsan dörd qəpik) manat (18 ay x 173.33 manat + 0 manat ilkin ödəniş) olan LG kondisioner üçün ümumilikdə, 1140 (bir min yüz qırx) manat olmaqla ondan, 1036.51 (bir min otuz altı manat əlli bir qəpik) manat ödənilməmiş hissə, 103.49 (yüz üç manat qırx doqquz qəpik) manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1123.02 (bir min yüz iyirmi üç manat iki qəpik) manat (18 ay x 62.39 manat + 0 manat ilkin ödəniş) olan “Samsung” paltaryuyan üçün ümumilikdə, 340 (üç yüz qırx) manat olmaqla ondan, 309.83 (üç yüz doqquz manat səksən üç qəpik) manat ödənilməmiş hissə, 30.17 (otuz manat on yeddi qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 4379.37 manat təşkil edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 631.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. (MM-631.4) Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. (MM-445) Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir Məhkəmə hesab edir ki, iddiaçı dəbbə pulunun ödənilməsini tələb etmək hüququna malikdir, əsas borc və dəbbə pulunun nisbəti nəzərə alınmaqla, xx.xx.2024-cü il tarixli alqısatqı müqaviləsi üzrə 59.95 manat, xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 52.45 manat, xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 51.80 manat və xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 15.50 manat məbləğində dəbbə pulunun tutulması ağlabatan və ədalətlidir. Həmin Məcəllənin 631.5-ci maddəsinə əsasən, alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Göstərilən normaları hazırki iş üzrə tətbiq edərək məhkəmə qeyd edir ki, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********85479 “Samsung Galaxy S23 FE” markalı telefon üçün 1199 (bir min yüz doxsan doqquz) manat ödənilməmiş hissə, 59.95 (əlli doqquz manat doxsan beş qəpik) manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, “Samsung” soyuducu üçün 1048.93 (bir min qırx səkkiz manat doxsan üç qəpik) manat ödənilməmiş hissə, 52.45 (əlli iki manat qırx beş qəpik) manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, LG kondisioner üçün 1036.51 (bir min otuz altı manat əlli bir qəpik) manat ödənilməmiş hissə, 51.80 (əlli bir manat səksən qəpik) manat cərimə və xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, “Samsung” paltaryuyan üçün 309.83 (üç yüz doqquz manat səksən üç qəpik) manat ödənilməmiş hissə, 15.50 (on beş manat əlli qəpik) manat borcu olmaqla, ümumilikdə 3773.97 (üç min yeddi yüz yetmiş üç manat doxsan yeddi qəpik) manat borcun ödənilməsini tələb etməsi tam əsaslıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarına əsasən: Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il tarixli Qərarına əsasən: Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********85479 “Samsung Galaxy S23 FE” markalı telefon üçün 1199 (bir min yüz doxsan doqquz) manat ödənilməmiş hissə, 59.95 (əlli doqquz manat doxsan beş qəpik) manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, “Samsung” soyuducu üçün 1048.93 (bir min qırx səkkiz manat doxsan üç qəpik) manat ödənilməmiş hissə, 52.45 (əlli iki manat qırx beş qəpik) manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, LG kondisioner üçün 1036.51 (bir min otuz altı manat əlli bir qəpik) manat ödənilməmiş hissə, 51.80 (əlli bir manat səksən qəpik) manat cərimə və xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, “Samsung” paltaryuyan üçün 309.83 (üç yüz doqquz manat səksən üç qəpik) manat ödənilməmiş hissə, 15.50 (on beş manat əlli qəpik) manat borcu olmaqla, ümumilikdə 3773.97 (üç min yeddi yüz yetmiş üç manat doxsan yeddi qəpik) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 57.74 (əlli yeddi manat yetmiş dörd qəpik) manat Cavabdeh tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 222, 227, 284-1 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********85479 “Samsung Galaxy S23 FE” markalı telefon üçün 1199 (bir min yüz doxsan doqquz) manat ödənilməmiş hissə, 59.95 (əlli doqquz manat doxsan beş qəpik) manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, “Samsung” soyuducu üçün 1048.93 (bir min qırx səkkiz manat doxsan üç qəpik) manat ödənilməmiş hissə, 52.45 (əlli iki manat qırx beş qəpik) manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, LG kondisioner üçün 1036.51 (bir min otuz altı manat əlli bir qəpik) manat ödənilməmiş hissə, 51.80 (əlli bir manat səksən qəpik) manat cərimə və xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, “Samsung” paltaryuyan üçün 309.83 (üç yüz doqquz manat səksən üç qəpik) manat ödənilməmiş hissə, 15.50 (on beş manat əlli qəpik) manat borcu olmaqla, ümumilikdə 3773.97 (üç min yeddi yüz yetmiş üç manat doxsan yeddi qəpik) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 57.74 (əlli yeddi manat yetmiş dörd qəpik) manat Cavabdeh tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar