Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-3615/2022 21.12.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlu, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “alqısatqı müqaviləsi üzrə borc tələbi barədə” kiçik iddiasına dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2021-ci il tarixli, 23241700 saylı alqı-satqı müqaviləsi üzrə 1490,5 manat əsas borc, 149,5 manat cərimə borcu, xx.xx.2021-ci il tarixli, 22455287 saylı alqı-satqı müqaviləsi üzrə 846,8 manat əsas borc, 84,2 manat cərimə borcu, xx.xx.2021-ci il tarixli, 24002758 saylı alqı-satqı müqaviləsi üzrə 750 manat əsas borc, 75 manat cərimə borcu,xx.xx.2021ci il tarixli, 030768 saylı alqı-satqı müqaviləsi üzrə 639,48 manat əsas borc, 63,52 manat cərimə borcu, xx.xx.2021-ci il tarixli, 23157027 saylı alqı-satqı müqaviləsi üzrə 344 manat əsas borc, 34 manat cərimə borcu, xx.xx.2021-ci il tarixli, 24029563 saylı alqı-satqı müqaviləsi üzrə 178 manat əsas borc, 17 manat cərimə borcu, xx.xx.2021-ci il tarixli, 23156710 saylı alqı-satqı müqaviləsi üzrə 120 manat əsas borc, 12 manat cərimə borcu, olmaqla, ümumilikdə, 4804 manat məbləğində borcun və 30 manat məbləğində dövlət rüsumunun tutulub "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin araşdırılan hallarından müəyyən olunur ki, Cavabdeh iddiaçı "xxxx" MMC ilə aralarında bağlanmış xx.xx.2021-ci il tarixli, 23241700 saylı, xx.xx.2021-ci il tarixli, 22455287 saylı, xx.xx.2021-ci il tarixli, 24002758 saylı, xx.xx.2021-ci il tarixli, 030768 saylı, xx.xx.2021-ci il tarixli, 23157027 saylı, xx.xx.2021-ci il tarixli, 24029563 saylı və xx.xx.2021-ci il tarixli, 23156710 saylı alqı-satqı müqavilələri üzrə öhdəliklərini lazımi qaydada icra etməmiş, hazırda onun iddiaçının qarşısında, ümumilikdə, 4804 manat məbləğində icra edilməmiş borc öhdəlikləri vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 567-ci maddəsinə görə alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə hesab edir ki, dəbbə pulunun miqdarı tənasübsüz surətdə yüksəkdir, ona görə də dəbbə pulu (cərimə) azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 222, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli, 23241700 saylı alqı-satqı müqaviləsi üzrə 1490,5 manat əsas borc, 20 manat cərimə borcu, xx.xx.2021-ci il tarixli, 22455287 saylı alqı-satqı müqaviləsi üzrə 846,8 manat əsas borc, 10 manat cərimə borcu, xx.xx.2021-ci il tarixli, 24002758 saylı alqı-satqı müqaviləsi üzrə 750 manat əsas borc, 10 manat cərimə borcu, xx.xx.2021-ci il tarixli, 030768 saylı alqı-satqı müqaviləsi üzrə 639,48 manat əsas borc, 10 manat cərimə borcu, xx.xx.2021-ci il tarixli, 23157027 saylı alqı-satqı müqaviləsi üzrə 344 manat əsas borc, 5 manat cərimə borcu, xx.xx.2021-ci il tarixli, 24029563 saylı alqı-satqı müqaviləsi üzrə 178 manat əsas borc, 5 manat cərimə borcu, xx.xx.2021-ci il tarixli, 23156710 saylı alqı-satqı müqaviləsi üzrə 120 manat əsas borc, 5 manat cərimə borcu və 68,04 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə, 4501,82 (dörd min beş yüz bir manat, səksən iki qəpik) manat pul tutulub "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №e-2(036)-3615/2022
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(036)-3615/2022
21.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver