Məhkəmə qərarları › İş №e-2(036)-438/2025

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(036)-438/2025

11.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-438/2025 11.02.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şiralıyeva Günel Mirzə qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Məhdud Məsuliyyətli Cəmı̇ yyətinin Cavabdeh qarşı "borc" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Təsviri hissə: İddiaçı Məhdud Məsuliyyətli Cəmı̇ yyəti ċavabdeh Cavabdeh qarşı "borc" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli MSK5802282 saylı borc müqaviləsi üzrə 513 (beş yüz on üç) manat əsas borcun, 100 (bir yüz) manat cərimə borcunun, xx.xx.2020-ci il tarixli, MSK5802974 saylı müqavilə üzrə 272 (iki yüz yetmiş iki) manat əsas borcun, 100 (bir yüz) manat cərimə borcunun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli MSK5802282 saylı borc müqaviləsinə əsasən, cavabdeh aldığı 919 manat məbləğində məişət avadanlığına görə 64 manat ilkin ödəniş etmiş qalıq məbləği 15 ay müddətində hər ay 57 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 513 manat əsas borcu qalmışdır. Qeyd edilən borc müqaviləsinə əsasən cavabdeh müqavilə müddəti bitdikdən sonra iddiaçıya qaytarılmayan məbləğ üçün əlavə olaraq hər gün üçün 1% miqdarında cərimə ödəməyi öhdəsinə götürmüşdür. Belə ki, cavabdehin iddiaçıya əsas borcdan əlavə olaraq 6309 (altmış üç min doqquz) manat cərimə borcu yaranmışdır (513 manat x 1230 gün x 1%=6309 manat). İddiaçı cərimə borcunu cavabdehdən cəmi 100 (yüz) manat məbləğində tələb edir. Bundan başqa İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixli, MSK5802974 saylı borc müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, cavabdeh aldığı 449 manat məbləğində məişət avadanlığına görə 41 manat ilkin ödəniş etmiş qalıq məbləği 12 ay müddətində hər ay 34 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 272 manat əsas borcu qalmışdır. Qeyd edilən borc müqaviləsinə əsasən cavabdeh müqavilə müddəti bitdikdən sonra iddiaçıya qaytarılmayan məbləğ üçün əlavə olaraq hər gün üçün 1% miqdarında cərimə ödəməyi öhdəsinə götürmüşdür. Belə ki, cavabdehin iddiaçıya əsas borcdan əlavə olaraq 2284 (iki min iki yüz səksən dörd) manat cərimə borcu yaranmışdır (272 manat x 840 gün x 1%=2284 manat). İddiaçı cərimə borcunu cavabdehdən cəmi 100 (yüz) manat məbləğində tələb edir. Ona görə də, Cavabdeh xx.xx.2019-cu il tarixli MSK5802282 saylı borc müqaviləsi üzrə 513 (beş yüz on üç) manat əsas borc, 100 (bir yüz) manat cərimə borcu, xx.xx.2020-ci il tarixli, MSK5802974 saylı müqavilə üzrə 272 (iki yüz yetmiş iki) manat əsas borc, 100 (bir yüz) manat cərimə borcu və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi, 1015 manat pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılması zəruridir. Müqavilədə tərəflər arasında yaranmış mübahisənin pretenziya qaydasında həll olunmağı nəzərdə tutulmadığından cavabdeh tərəfə pretenziya məktubu göndərilməmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq iddianı müdafiə etdiklərini və İddiaçı ASC-nin nümayəndəsinin iştirakı olmadan işə baxaraq, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında göstərmişdir ki, xx.xx.2019cu il tarixli MSK5802282 saylı müqavilə üzrə borc məbləğini tam şəkildə ödəmişdir. Digər müqavilə üzrə borcu qalmışdır. Onu da yaxın vaxtlarda ödəyəcəkdir. Odur ki, iddianın qismən təmin olunmasını xahiş edir. Məhkəmə cavabdehi dinləyib, iş materiallarını araşdırıb, belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli MSK5802282 saylı borc müqaviləsindən görünür ki, cavabdeh aldığı 919 manat məbləğində məişət avadanlığına görə 64 manat ilkin ödəniş etmiş qalıq məbləği 15 ay müddətində hər ay 57 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, MSK5802974 saylı borc müqaviləsindən görünür ki, cavabdeh aldığı 449 manat məbləğində məişət avadanlığına görə 41 manat ilkin ödəniş etmiş qalıq məbləği 12 ay müddətində hər ay 34 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı ASC-yə xx.xx.2019-cu il tarixli MSK5802282 saylı borc müqaviləsi üzrə 513 manat əsas, xx.xx.2020-ci il tarixli, MSK5802974 saylı borc müqaviləsi üzrə 272 manat əsas borcu yaranmışdır. İddiaçı ASC tərəfindən təsdiq olunmuş ödəniş cədvəlindən görünür ki, xx.xx.2019-cu il tarixli MSK5802282 saylı borc müqaviləsi üzrə ödənişlər tam şəkildə ödənilmişdir. Əsaslandırıcı hissə: İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli MSK5802282 saylı borc müqaviləsinə əsasən, cavabdeh aldığı 919 manat məbləğində məişət avadanlığına görə 64 manat ilkin ödəniş etmiş qalıq məbləği 15 ay müddətində hər ay 57 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 513 manat əsas borcu qalmışdır. Məhkəmə araşdırması zamanı həmin borcun ödənildiyi müəyyən edilmişdir. Bundan başqa, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixli, MSK5802974 saylı borc müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, cavabdeh aldığı 449 manat məbləğində məişət avadanlığına görə 41 manat ilkin ödəniş etmiş qalıq məbləği 12 ay müddətində hər ay 34 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 272 manat əsas borcu qalmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. (MM-600.4) Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. (MM-445) Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən, alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir Məhkəmə hesab edir ki, iddiaçı dəbbə pulunun ödənilməsini tələb etmək hüququna malikdir, əsas borc və dəbbə pulunun nisbəti nəzərə alınmaqla, xx.xx.2020-ci il tarixli, MSK5802974 saylı müqavilə üzrə 13.60 manat məbləğində dəbbə pulunun tutulması ağlabatan və ədalətlidir. Göründüyü kimi, iddiaçı tərəfindən təsdiq olunan ödəniş cədvəli ilə müəyyən olunur ki, xx.xx.2019-cu il tarixli MSK5802282 saylı borc müqaviləsi tam şəkildə ödənmişdir. Ona görə də, iddiaçının həmin məbləği və onun əsasında hesablanmış cərimə borcunu tələb etməkdə haqlı deyil. Lakin, Cavabdeh xx.xx.2020-ci il tarixli, MSK5802974 saylı borc müqaviləsi üzrə üzərinə götürülmüş öhdəlikləri icra etmədiyinə görə, yəni müqavilə şərtlərinə əsasən ödənişləri vaxtında aparmadığı üçün öhdəliyin icrasını gecikdirmişdir və bu səbəbdən İddiaçı MMC qarşısında məsuliyyət-cavabdehlik daşıyır. Belə olan halda İddiaçı MMC-nin məhkəmə qaydasında Cavabdeh xx.xx.2020-ci il tarixli, MSK5802974 saylı borc müqaviləsinə əsasən 272 manat əsas, 13,60 manat cərimə borcu olmaqla, cəmi 285.60 borcun ödənilməsini tələb etməsi tam əsaslıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarına əsasən: Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il tarixli Qərarına əsasən: Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı MMC-nin xeyrinə xx.xx.2020-ci il tarixli, MSK5802974 saylı borc müqaviləsinə əsasən 272 manat əsas, 13,60 manat cərimə borcu olmaqla, cəmi 285.60 (iki yüz səksən beş manat altmış qəpik) manat borc və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat pul tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə (elektron məhkəmə sistemi vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar