Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № e-2(036)-558/2025 22.01.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Ağakişiyeva Lətafət Almazxan qızının sədrliyi İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq, müəyyən etdi MÜƏYYƏN ETDİ: İddiaçı ABC Telecom” MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən İmei kod **********71914 “SAMSUNG GALAXY” markalı telefon üçün 100.70 manat ödənilməmiş hissə, 30.21 manat cərimə, ümumlikdə 130.91 manat borc və 30 manat dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İmişli Rayon Məhkəməsinin e-2(036)-2971/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddiaçı ABC Telecom” MMC xx.xx.2025-ci il tarixdə iddia ərizəsinin geri qaytarılmasına dair ərizə təqdim edərək, işin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının iddia ərizəsinin geri qaytarılmasına dair ərizəsini və işdə olan sənədləri nəzərdən keçirib hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinin tələbinə uyğun olaraq iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 259.0.11, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı ABC Telecom” MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İmişli Rayon Məhkəməsinə xx.xx.2024-cü il tarixli, 70296507 nömrəli qəbz əsasında “Epul” onlayn ödəniş sistemi vasitəsilə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu İmişli rayonu üzrə Maliyyə İdarəsi tərəfindən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********) geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində elektron kabinet vasitəsilə MPM-in 2 saylı əlavəsinə uyğun olaraq İmişli Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Lətafət Ağakişiyeva
Məhkəmə qərarları › İş №e-2(036)-558/2025
İmişli Rayon Məhkəməsi Qərardad — İş №e-2(036)-558/2025
22.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver