Məhkəmə qərarları › İş №e-2(036)-604/2025

İmişli Rayon Məhkəməsi Qərardad — İş №e-2(036)-604/2025

05.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № e-2(036)-604/2025 05.03.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şiralıyeva Günel Mirzə qızının katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra- "xxxx" MMC) Cavabdeh qarşı "borc" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə İmişli Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Tapdıqov Yusı̇ f Fı̇ zuli oğlundan xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 1642 (bir min altı yüz qırx iki) manat borcun və 37 (otuz yeddi) manat dövlət rüsumunun tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC-yə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb təqdim etmədən məhkəmənin xx.xx.2025-ci il və xx.xx.2025-ci tarixlərə təyin edilmiş iclaslarına gəlməmişlər. Bundan başqa, iddiaçı işə onların iştirakları olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Tapdıqov Yusı̇ f Fı̇ zuli oğlu ərizənin baxılmamış saxlanılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Beləliklə, məhkəmə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəmə iclasına gəlmədiyindən belə hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Həmin Məcəllənin 260.1 və 260.6-cı maddələrinə görə iddianın baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır və həmin qərardaddan şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı "borc" tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq İmişli Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar