Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-606/2023 17.02.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə mülki işə İmişli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları
1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edib, Cavabdeh iddiaçının xeyrinə xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 1000 manat əsas borc və 300 manat cərimə borcunun, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 3080 manat əsas borc, 924 manat cərimə borcunun, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 1735.1 manat əsas borc və 335.90 manat cərimə borcunun və ödənilmiş 93.75 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. "xxxx" MMC və Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 21090742 nömrəli alqı-satqı müqaviləsinə əsasən sonuncu 4547 manat məbləğində “İPHONE 11 PRO MAX” markalı mobil telefon almışdır.
3. "xxxx" MMC və Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 22436050 nömrəli alqı-satqı müqaviləsinə əsasən sonuncu 5043 manat məbləğində “İPHONE 12 PRO MAX” markalı mobil telefon almışdır.
4. "xxxx" MMC və Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 23156864 nömrəli alqı-satqı müqaviləsinə əsasən sonuncu 2171.10 manat məbləğində “MİTSUBİSHİ” markalı kondisioner almışdır.
5. xx.xx.2020-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan “Əşyaların təhvil-təslim aktı”ndan görünür ki, cavabdeh əldə etdiyi məhsulları tam və qüsursuz şəkildə təhvil almışdır.
6. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir.
7. İş materialları ilə müəyyən olur ki, cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il traixli müqaviləyə əsasən alqı-satqı qiyməti 4547 manat (18 ay x 250 manat+47 manat ilkin ödəniş) olan “İPHONE 11 PRO MAX” markalı mobil telefon üçün ümumilikdə 1300 manat borc yaranmışdır ki, ondan 1000 manat borcun ödənilməmiş hissəsi, 300 manat cərimə pulu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 5043 manat (18 ay x 280 manat+3 manat ilkin ödəniş) olan “İPHONE 12 PRO MAX” markalı mobil telefon üçün ümumilikdə 4004 manat borc yaranmışdır ki, ondan 3080 manat borcun ödənilməmiş hissəsi, 924 manat cərimə pulu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən alqısatqı qiyməti 2171.10 manat (24 ay x 86.80 manat + 87.90 manat ilkin ödəniş) olan “MİTSUBİSHİ” markalı kondisioner üçün ümumilikdə 2071 manat borc yaranmışdır ki, ondan 1735.10 manat borcun ödənilməmiş hissəsi, 335.90 manat isə cərimə təşkil edir.
8. İddiaçı tərəfindən göndərilmiş xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, cavabdehin üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu rəsmi qaydada bildirilsə də, sonuncu müqavilə ilə təsbit olunmuş öhdəliklərini icra etməmişdir.
9. Tələbin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər, tərəflər arasında bağlanılmış müqavilə, onun əlavəsi, bildiriş, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. İddia ərizəsinə qarşı tərəfin etirazının dəlilləri
10. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları
11. İddiaçı tərəf teleqrama ilə məhkəməyə müraciət edərək işə onların nümayəndəsinin iştirakı olmadan baxılıb, qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada cavabdehə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir.
13. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
14. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
15. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
16. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
17. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
18. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
19. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir
20. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
21. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
22. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
23. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Prosessual Məcəllə
24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
27. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
28. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
29. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi
30. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia ərizəsi qismən təmin olunmalıdır.
31. Belə ki, iş materialları ilə müəyyən olur ki, cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il traixli müqaviləyə əsasən alqı-satqı qiyməti 4547 manat (18 ay x 250 manat+47 manat ilkin ödəniş) olan “İPHONE 11 PRO MAX” markalı mobil telefon üçün ümumilikdə 1300 manat borc yaranmışdır ki, ondan 1000 manat borcun ödənilməmiş hissəsi, 300 manat cərimə pulu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 5043 manat (18 ay x 280 manat+3 manat ilkin ödəniş) olan “İPHONE 12 PRO MAX” markalı mobil telefon üçün ümumilikdə 4004 manat borc yaranmışdır ki, ondan 3080 manat borcun ödənilməmiş hissəsi, 924 manat cərimə pulu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən alqısatqı qiyməti 2171.10 manat (24 ay x 86.80 manat + 87.90 manat ilkin ödəniş) olan “MİTSUBİSHİ” markalı kondisioner üçün ümumilikdə 2071 manat borc yaranmışdır ki, ondan 1735.10 manat borcun ödənilməmiş hissəsi, 335.90 manat isə cərimə təşkil edir.
32. Nəticədə kredit müqaviləsinə əsasən cavabdehin bank qarşısında öhdəliyi yaranmış, cavabdeh tərəf öz üzərinə götürmüş olduğu öhdəliyi icra etməmiş və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıyır.
33. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyi üçün iddiaçı müqavilə üzrə borcun tutulması tələbi ilə çıxış etməkdə haqlı olmuşdur.
34. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.
35. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
36. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
37. xx.xx.2020-ci il tarixli, 21090742 nömrəli alqı-satqı müqaviləsi üzrə tələb edilən 300 manat dəbbə pulu məbləğinin azaldılaraq 50 manat, xx.xx.2021-ci il tarixli, 22436050 nömrəli alqı-satqı müqaviləsi üzrə tələb edilən 924 manat dəbbə pulu məbləğinin azaldılaraq 100 manat və xx.xx.2021-ci il tarixli, 23156864 nömrəli alqı-satqı müqaviləsi üzrə tələb edilən 335.90 manat dəbbə pulu məbləğinin azaldılaraq 50 manat müəyyən edilməsi daha qanuni və ədalətlidir.
38. Nəzərə almaq lazımdır ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
39. Mülki Prosessual Məcəlləyə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
40. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
41. Qərarın 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir.
42. Qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
43. Beləliklə, məhkəmə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandıraraq hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, Cavabdeh xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 1000 manat əsas borc və 50 manat cərimə borcu, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 3080 manat əsas borc, 100 manat cərimə borcu və xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 1735.1 manat əsas borc, 50 manat cərimə borcu olmaqla, ümumilikdə 6.015,10 manat məbləğində borc tutulub İddiaçı MMC-nin xeyrinə ödənilməlidir.
44. İddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 93.75 manat dövlət rüsumu ödənilmişdir.
45. İddia tələbi qismən təmin olunduğuna görə ödənilmiş 93.75 manat rüsumunun 76,46 manat hissəsi Cavabdeh alınıb İddiaçı MMC-nin xeyrinə ödənilməli, 17.29 manat hissəsi isə İddiaçı MMC-nin özünə aid edilməlidir.
46. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin olunsun. Cavabdeh xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 1000 manat əsas borc və 50 manat cərimə borcu, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 3080 manat əsas borc və 100 manat cərimə borcu, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 1735.1 manat əsas borc və 50 manat cərimə borcu olmaqla, ümumilikdə 6.015,10 manat məbləğində borc tutulub İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 93.75 manat dövlət rüsumunun 76,46 manat hissəsi Cavabdeh alınıb, İddiaçı MMC-nin xeyrinə ödənilsin və 17.29 manat hissəsi İddiaçı MMC-nin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Telman Quliyev.