Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-612/2023 13.02.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlu İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı (VÖEN:**********) Cavabdeh qarşı pul tələbi barədə iddia qaldıraraq xeyrinə 350.00 manat əsas borc, 2.20 manat poçt xərci və ödənilmiş dövlət rüsumuna görə 30.40 manat tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan xx.xx.2019-cu il tarixli Borc müqaviləsinə əsasən Cavabdeh həmin tarixdə İddiaçı 979.00 manat dəyərində məişət avadanlığı nisyə almış və 115 manat ilkin ödəniş etdikdən sonra qalan 979.00 manatı hər ay 72 manat ödəməklə 12 ay müddətində ödəyib qurtarması barədə öhdəlik götürmüşdür. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən xx.xx.2019-cu il tarixli Borc müqaviləsi üzrə öhdəliyin borc alan tərəfindən tamamilə icra olunması müəyyən edilməmişdir. AR Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə,..... həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər.Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə, və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Cavabdeh 350.00 manat əsas borc, 2.20 manat poçt xərci və ödənilmiş dövlət rüsumuna görə 30.40 manat pul alınıb İddiaçı hesabına keçirilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216, 220, 227,233,357 və 360-cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 350.00 (üç yüz əlli) manat əsas borc, 2.20 (iki manat iyirmi qəpik) manat poçt xərci və ödənilmiş dövlət rüsumuna görə 30.40 (otuz manat qırx qəpik) manat pul alınıb İddiaçı (VÖEN:**********) hesabına keçirilsin. Qətnamədən 1 (bir) ay müddətində İmişli rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №e-2(036)-612/2023
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(036)-612/2023
13.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver