Məhkəmə qərarları › İş №e-2(036)-656/2023

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(036)-656/2023

13.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-656/2023 13.02.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi hakim Qənbərov Ülvi Oktay oğlu iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı pul tələbi barədə iddia qaldıraraq xeyrinə nisyə satılmış Samsung Galaxy A12-yə görə 590.40 manat əsas borc, 59.60 manat cərimə, Xıaomı Redmı 10 telefon, Aıwa qulaqlığa görə 898.92 manat əsas borc, 89.08 manat cərimə və 36.38 manat dövlət rüsumu, cəmi 1674.38 manat tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli ******* nömrəli Müqavilənin surətinə əsasən Cavabdeh həmin tarixdə "xxxx" MMC-dən 590.40 manat dəyərində Samsung Galaxy A12 nisyə almışdır. İşdən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli ******* nömrəli Müqavilə üzrə aldığı əşyaların dəyərini qismən ödəyərək 590.40 manat borclu qalmış və hesabına 59.60 manat cərimə hesablanmışdır. İşdə olan xx.xx.2022-ci il tarixli ******* nömrəli Müqavilənin surətinə əsasən Cavabdeh həmin tarixdə "xxxx" MMC-dən 898.92 manat dəyərində Xıaomı Redmı 10 telefon, Aıwa qulaqlıq nisyə almışdır. İşdən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli ******* nömrəli Müqavilə üzrə aldığı əşyanın dəyərini qismən ödəyərək 898.92 manat borclu qalmış və hesabına 89.08 manat cərimə hesablanmışdır. AR Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə,..... həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə, və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, "xxxx" MMC-nin xeyrinə Cavabdeh xx.xx.2022-ci il tarixli ******* nömrəli Müqaviləyə əsasən 590.40 manat əsas borc, 59.60 manat cərimə, xx.xx.2022-ci il tarixli ******* nömrəli Müqaviləyə əsasən 898.92 manat əsas borc, 89.08 manat cərimə və dövlət rüsumuna görə 36.38 manat tutulmalıdır. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216, 220, 227,233,357 və 360-cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli ******* nömrəli Müqaviləyə əsasən 590.40 (beş yüz doxsan manat qırx qəpik) manat əsas borc, 59.60 (əlli doqquz manat altmış qəpik) manat cərimə, xx.xx.2022-ci il tarixli ******* nömrəli Müqaviləyə əsasən 898.92 (səkkiz yüz doxsan səkkiz manat, doxsan iki qəpik) manat əsas borc, 89.08 (səksən doqquz manat səkkiz qəpik) manat cərimə və dövlət rüsumuna görə 36.38 (otuz altı manat otuz səkkiz qəpik) manat pul alınıb iddiaçı "xxxx" MMC-nin hesabına keçirilsin. Qətnamədən 1 (bir) ay müddətində İmişli rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar