Məhkəmə qərarları › İş №e-2(036)-683/2024

İmişli Rayon Məhkəməsi Qərardad — İş №e-2(036)-683/2024

16.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № e-2(036)-683/2024 16.02.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi X2, İddiaçı “X3 Kompleksi” MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq MÜƏYYƏN ETDİM: İddiaçı “X3 Kompleksi” MMC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdeh X1 əsas borca görə 10800 manat, hesablanmış cərimə borcuna görə 2160 manat və ödənilmiş dövlət rüsumuna görə 129 manat olmaqla, cəmi 13089 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. İddia ərizəsi və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edirəm ki, iddia ərizəsi mülki prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən verilmişdir. Belə ki, iddiaçı “X3 Kompleksi” MMC hazırkı iddia tələbi üzrə iddia icraatı qaydasında məhkəməyə müraciət etməli olduğu halda, kiçik mübahisələr üzrə iddia ərizəsi ilə sadələçdirilmiş icraat qaydasında müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Maddə 284-4.1. 2. Məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından verilmiş tələb bu Məcəllənin 284-1-ci maddəsinə uyğun deyildirsə imtina edir. Maddə 284-4.2. Bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Maddə 284-4.3. Ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Hesab edirəm ki, iddiaçı tərəfindən verilmiş iddia ərizəsi qeyd olunan prosessual qanunvericiliyin tələblərinə riayət edilməməklə verildiyinə görə, iddia ərizəsini qəbul etməkdən imtina edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı “X3 Kompleksi” MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsini qəbul etməkdən imtina edilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar