Məhkəmə qərarları › İş №e-2(036)-710/2024

İmişli Rayon Məhkəməsi Qərardad — İş №e-2(036)-710/2024

27.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № e-2(036)-710/2024 27.03.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlu, iddiaçı «X2 Kompleksi» MMC-nin Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «X2 Kompleksi» MMC Cavabdeh qarşı pul tələbi barədə iddia qaldıraraq xam pambığın alqı-satqısına dair tərəflər arasında bağlanmış 22 dekabr 2021-ci il tarixli 130 saylı müqavilədən irəli gələn öhdəliyi qarşı tərəfin lazımi qaydada icra etməməsi səbəbindən ona dəymiş maddi zərərin ödənilməsi üçün xeyrinə 1116 manat əsas borc, 223 manat cərimə və ödənilmiş dövlət rüsumuna görə 34 manat tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı «X2 Kompleksi» MMC-nin rəhbəri X1 iddia tələbindən tam həcmdə imtina etməsi barədə ərizə verib mübahisənin məhkəmədənkənar qaydada öz aralarında həll edildiyini göstərmiş və işin icraatına xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul edilmişsə iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə hesab edir ki, tərəflər mübahisəni məhkəmədənkənar qaydada öz aralarında həll etdiyindən iddiaçı «X2 Kompleksi» MMC-nin iddia tələbindən imtinası qəbul edilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 263,264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı «X2 Kompleksi» MMC-nin Cavabdeh qarşı pul tələbi barədə iddia tələbindən imtinası qəbul edilsin və iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 /on / gün müddətində İmişli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar