Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-714/2024 27.03.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi hakim Qənbərov Ülvi Oktay oğlu İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı pul tələbi barədə iddia qaldıraraq xeyrinə xx.xx.2021-ci il tarixli MSK6142043 nömrəli müqavilə üzrə 516 manat əsas borc, 100 manat faiz borcu, xx.xx.2021-ci il tarixli MSK6142943 nömrəli müqavilə üzrə 1128 manat əsas borc, 300 manat faiz borcu, xx.xx.2022-ci il tarixli MSK6143821 nömrəli müqavilə üzrə 1701 manat əsas borc və 58 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli MSK6142043 nömrəli Müqavilənin surətinə əsasən Cavabdeh həmin tarixdə İddiaçı MMC-dən 1629 manat dəyərində nisyə mal almışdır. İşdən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli MSK6142043 nömrəli Müqavilə üzrə aldığı əşyaların dəyərini qismən ödəyərək 516 manat borclu qalmış və hesabına 100 manat faiz hesablanmışdır. İşdə olan xx.xx.2021-ci il tarixli MSK6142943 nömrəli Müqavilənin surətinə əsasən Cavabdeh həmin tarixdə İddiaçı MMC-dən 1729 manat dəyərində nisyə mal almışdır. İşdən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli MSK6142943 nömrəli Müqavilə üzrə aldığı əşyanın dəyərini qismən ödəyərək 1128 manat borclu qalmış və hesabına 300 manat faiz hesablanmışdır. İşdə olan xx.xx.2022-ci il tarixli MSK6143821 nömrəli Müqavilənin surətinə əsasən Cavabdeh həmin tarixdə İddiaçı MMC-dən 1859 manat dəyərində nisyə mal almışdır. İşdən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli MSK6143821 nömrəli Müqavilə üzrə aldığı əşyanın dəyərini qismən ödəyərək 1701 manat borclu qalmışdır. AR Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə,..... həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə, və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, İddiaçı MMC-nin xeyrinə Cavabdeh xx.xx.2021-ci il tarixli MSK6142043 nömrəli müqavilə üzrə 516 manat əsas borc, xx.xx.2021-ci il tarixli MSK6142943 nömrəli müqavilə üzrə 1128 manat əsas borc, xx.xx.2022-ci il tarixli MSK6143821 nömrəli müqavilə üzrə 1701 manat əsas borc, və ödənilmiş dövlət rüsumuna görə 58 manat tutulmalıdır. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216, 220, 227,233,357 və 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli MSK6142043 nömrəli müqavilə üzrə 516 (beş yüz on altı) manat əsas borc, xx.xx.2021-ci il tarixli MSK6142943 nömrəli müqavilə üzrə 1128 (bir min yüz iyirmi səkkiz) manat əsas borc, xx.xx.2022-ci il tarixli MSK6143821 nömrəli müqavilə üzrə 1701 (bir min yeddi yüz bir) manat əsas borc və dövlət rüsumuna görə 58 (əlli səkkiz) manat pul alınıb İddiaçı MMC-nin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim:Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №e-2(036)-714/2024
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(036)-714/2024
27.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver