Məhkəmə qərarları › İş №e-2(036)-730/2025

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(036)-730/2025

18.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-730/2025 18.03.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əlizadə Qənimət Tərlan oğlunun katibliyi ilə, İddiaçı (İddiaçı MMC) Cavabdeh qarşı «borc» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı «borc» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli 03085360 saylı müqaviləyə əsasən, İmei kod **********48177 “İphone 14 pro max” markalı telefon və Apple adapter üçün 60.80 (altmış manat səksən qəpik) manat ödənilməmiş hissə, 18.24 (on səkkiz manat iyirmi dörd qəpik) manat cərimə, xx.xx.2023-cü il tarixli 03085458 saylı müqaviləyə əsasən, İmei kod **********38542 “İphone 15 pro” markalı telefon üçün 5573.20 (beş min beş yüz yetmiş üç manat, iyirmi qəpik) manat ödənilməmiş hissə, 1671.96 (bir min altı yüz yetmiş bir manat, doxsan altı qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 7324.20 (yeddi min üç yüz iyirmi dörd manat iyirmi qəpik) manat borcun və 93.25 (doxsan üç manat iyirmi beş qəpik) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il və xx.xx.2023-ci il tarixli müqavilələrə əsasən, İmei kod **********48177 “İphone 14 pro max” markalı telefon, Apple adapter və İmei kod **********38542 “İphone 15 pro” markalı telefon almış və nəticədə 7324.20 (yeddi min üç yüz iyirmi dörd manat, iyirmi qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 4552.92 (dörd min beş yüz əlli iki manat, doxsan iki qəpik) manat (18 ay x 252.94 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********48177 “İphone 14 pro max” markalı telefon, Apple adapter üçün ümumilikdə, 79.04 (yetmiş doqquz manat, dörd qəpik) manat olmaqla ondan, 60.80 (altmış manat, səksən qəpik) manat ödənilməmiş hissə, 18.24 (on səkkiz manat, iyirmi dörd qəpik) manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 5709 (beş min yeddi yüz doqquz) manat (18 ay x 315.5 manat + 30 manat ilkin ödəniş) olan İmei kod **********38542 “İphone 15 pro” markalı telefon üçün ümumilikdə, 7245.16 (yeddi min iki yüz qırx beş manat, on altı qəpik) manat olmaqla ondan, 5573.20 (beş min beş yüz yetmiş üç manat, iyirmi qəpik) manat ödənilməmiş hissə, 1671.96 (bir min altı yüz yetmiş bir manat, doxsan altı qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, xx.xx.2023-cü il tarixində İmei kod **********48177 “İphone 14 pro max” markalı telefon və zəmanət + 3 il xidmətindən imtina etmiş və məhsul 4484,04 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin xx.xx.2023-cü il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 8.08 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 4484.04 manat, digər müqavilə üzrə ödənilən məbləğ 135.8 manat təşkil edir. Cavabdehlə iddiaçı arasında bağlanmış xx.xx.2023-cü il və xx.xx.2023-ci il tarixli Müqavilələrin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə iddiaçı arasında olan telefon danışığı, həmçinin xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. İddiaçının tələbinin əsaslandırdığı və əmlakın dəyərini sübut edən sənədlər- tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhviltəslim aktı və ödəniş cədvəlindən ibarətdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, belə hesab edir ki, iddia əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 03085360 saylı müqaviləyə əsasən, cavabdeh ümumi dəyəri 4552.98 (dörd min beş yüz əlli iki manat, doxsan səkkiz qəpik) manat olan İmei kod **********48177 “İphone 14 pro max” markalı telefon və Apple adapter üçün 0 manat ilkin ödəniş etmiş, qalıq 4552.98 manat məbləği 18 ay müddətində hər ay 252.94 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür.Bundan başqa xx.xx.2023-cü il tarixli 03085458 saylı müqaviləyə əsasən, cavabdeh ümumi dəyəri 5708.94 (beş min yeddi yüz səkkiz manat doxsan dörd qəpik) manat olan İmei kod **********38542 “İphone 15 pro” markalı telefon üçün 30 manat ilkin ödəniş etmiş, qalıq 5678.94 manat məbləği 18 ay müddətində hər ay 315.50 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, xx.xx.2023-cü il tarixində İmei kod **********48177 “İphone 14 pro max” markalı telefon və zəmanət + 3 il xidmətindən imtina etmiş və məhsul 4484.04 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin xx.xx.2023-cü il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 8.08 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 4484.04 manat, digər müqavilə üzrə ödənilən məbləğ 135.8 manat təşkil edir. Cavabdehlə iddiaçı arasında bağlanmış xx.xx.2023-cü il və xx.xx.2023-ci il tarixli Müqavilələrin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. İddiaçı öz öhdəliklərini tam şəkildə yerinə yetirsə də, cavabdeh öhdəliklərini yerinə yetirməmişdir. Cavabdehlə iddiaçı arasında olan telefon danışığı, həmçinin xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 631.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. (MM-631.4) Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. (MM-445) Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir Məhkəmə hesab edir ki, iddiaçı dəbbə pulunun ödənilməsini tələb etmək hüququna malikdir, əsas borc və dəbbə pulunun nisbəti nəzərə alınmaqla, xx.xx.2023-cü il tarixli 03085360 saylı alqı-satqı müqaviləsi üzrə 3.04 manat və xx.xx.2023-cü il tarixli 03085458 saylı alqı-satqı müqaviləsi üzrə 278.66 manat məbləğində dəbbə pulunun tutulması ağlabatan və ədalətlidir. Həmin Məcəllənin 631.5-ci maddəsinə əsasən, alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Göstərilən normaları hazırki iş üzrə tətbiq edərək məhkəmə qeyd edir ki, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli 03085360 saylı müqaviləyə əsasən, İmei kod **********48177 “İphone 14 pro max” markalı telefon və Apple adapter üçün 60.80 (altmış manat səksən qəpik) manat ödənilməmiş hissə, 3.04 (üç manat dörd qəpik) manat cərimə, xx.xx.2023-cü il tarixli 03085458 saylı müqaviləyə əsasən, İmei kod **********38542 “İphone 15 pro” markalı telefon üçün 5573.20 (beş min beş yüz yetmiş üç manat, iyirmi qəpik) manat ödənilməmiş hissə, 278.66 (iki yüz yetmiş səkkiz manat altmış altı qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 5915.70 (beş min doqquz yüz on beş manat yetmiş qəpik) manat borcun ödənilməsini tələb etməsi tam əsaslıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarına əsasən: Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il tarixli Qərarına əsasən: Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2023-cü il tarixli 03085360 saylı müqaviləyə əsasən, İmei kod **********48177 “İphone 14 pro max” markalı telefon və Apple adapter üçün 60.80 (altmış manat səksən qəpik) manat ödənilməmiş hissə, 3.04 (üç manat dörd qəpik) manat cərimə, xx.xx.2023-cü il tarixli 03085458 saylı müqaviləyə əsasən, İmei kod **********38542 “İphone 15 pro” markalı telefon üçün 5573.20 (beş min beş yüz yetmiş üç manat, iyirmi qəpik) manat ödənilməmiş hissə, 278.66 (iki yüz yetmiş səkkiz manat altmış altı qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 5915.70 (beş min doqquz yüz on beş manat yetmiş qəpik) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunduğundan iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş 93.25 manat dövlət rüsumunun 79.16 manatı Cavabdeh alınaraq İddiaçı MMC -yə ödənilməli, qalan 14.09 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı MMC-nin xeyrinə xx.xx.2023-cü il tarixli 03085360 saylı müqaviləyə əsasən, İmei kod **********48177 “İphone 14 pro max” markalı telefon və Apple adapter üçün 60.80 (altmış manat səksən qəpik) manat ödənilməmiş hissə, 3.04 (üç manat dörd qəpik) manat cərimə, xx.xx.2023-cü il tarixli 03085458 saylı müqaviləyə əsasən, İmei kod **********38542 “İphone 15 pro” markalı telefon üçün 5573.20 (beş min beş yüz yetmiş üç manat, iyirmi qəpik) manat ödənilməmiş hissə, 278.66 (iki yüz yetmiş səkkiz manat altmış altı qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 5915.70 (beş min doqquz yüz on beş manat yetmiş qəpik) manat məbləğində borc və 79.16 (yetmiş doqquz manat on altı qəpik) manat ödənilmiş dövlət rüsumu tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə (elektron məhkəmə sistemi vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar