Məhkəmə qərarları › İş №e-2(036)-731/2023

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(036)-731/2023

20.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-731/2023 20.02.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi hakim Qənbərov Ülvi Oktay oğlu iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı pul tələbi barədə iddia qaldıraraq xeyrinə nisyə satılmış CİVİL Beşik, Matrasa görə 494.00 manat əsas borc, 49.00 manat cərimə, Kenwood Mikser, Bosch Çaynik, Filter üçün Katric, Dafi su Filə görə 354.00 manat əsas borc, 35.00 manat cərimə, Bosch Tozsorana görə 181.00 manat əsas borc, 18.00 manat cərimə, X1 görə 40.00 manat əsas borc, 4.00 manat cərimə, Panasonic Fen, Braun Blender, Philips Fenə görə 28.00 manat əsas borc, 2.00 manat cərimə və 32.05 manat dövlət rüsumu, cəmi 1237.05 manat tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli 23067965 nömrəli Müqavilənin surətinə əsasən Cavabdeh həmin tarixdə "xxxx" MMC-dən 741.60 manat dəyərində CİVİL Beşik, Matras nisyə almışdır. İşdən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli 23067965 nömrəli Müqavilə üzrə aldığı əşyaların dəyərini qismən ödəyərək 494.00 manat borclu qalmış və hesabına 49.00 manat cərimə hesablanmışdır. İşdə olan xx.xx.2021-ci il tarixli ******* nömrəli Müqavilənin surətinə əsasən Cavabdeh həmin tarixdə "xxxx" MMC-dən 425.88 manat dəyərində Kenwood Mikser, Bosch Çaynik, Filter üçün Katric, Dafi su Fil nisyə almışdır. İşdən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli ******* nömrəli Müqavilə üzrə aldığı əşyanın dəyərini qismən ödəyərək 354.00 manat borclu qalmış və hesabına 35.00 manat cərimə hesablanmışdır. İşdə olan xx.xx.2021-ci il tarixli 22411916 nömrəli Müqavilənin surətinə əsasən Cavabdeh həmin tarixdə "xxxx" MMC-dən 397.00 manat dəyərində Bosch Tozsoran nisyə almışdır. İşdən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli 22411916 nömrəli Müqavilə üzrə aldığı əşyanın dəyərini qismən ödəyərək 181.00 manat borclu qalmış və hesabına 18.00 manat cərimə hesablanmışdır. İşdə olan xx.xx.2021-ci il tarixli ******* nömrəli Müqavilənin surətinə əsasən Cavabdeh həmin tarixdə "xxxx" MMC-dən 119.99 manat dəyərində X2 nisyə almışdır. İşdən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli ******* nömrəli Müqavilə üzrə aldığı əşyanın dəyərini qismən ödəyərək 40.00 manat borclu qalmış və hesabına 4.00 manat cərimə hesablanmışdır. İşdə olan xx.xx.2021-ci il tarixli 22242995 nömrəli Müqavilənin surətinə əsasən Cavabdeh həmin tarixdə "xxxx" MMC-dən 354.00 manat dəyərində Panasonic Fen, Braun Blender, Philips Fen nisyə almışdır. İşdən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli 22242995 nömrəli Müqavilə üzrə aldığı əşyanın dəyərini qismən ödəyərək 28.00 manat borclu qalmış və hesabına 2.00 manat cərimə hesablanmışdır. AR Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə,..... həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə, və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, "xxxx" MMC-nin xeyrinə Cavabdeh xx.xx.2021-ci il tarixli 23067965 nömrəli Müqaviləyə əsasən 494.00 manat əsas borc, 49.00 manat cərimə, xx.xx.2021-ci il tarixli ******* nömrəli Müqaviləyə əsasən 354.00 manat əsas borc, 35.00 manat cərimə, xx.xx.2021-ci il tarixli 22411916 nömrəli Müqaviləyə əsasən 181.00 manat əsas borc, 18.00 manat cərimə, xx.xx.2021-ci il tarixli ******* nömrəli Müqaviləyə əsasən 40.00 manat əsas borc, 4.00 manat cərimə, xx.xx.2021-ci il tarixli 22242995 nömrəli Müqaviləyə əsasən 28.00 manat əsas borc, 2.00 manat cərimə və dövlət rüsumuna görə 32.05 manat tutulmalıdır. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216, 220, 227,233,357 və 360-cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli 23067965 nömrəli Müqaviləyə əsasən 494.00 (dörd yüz doxsan dörd) manat əsas borc, 49.00 (qırx doqquz) manat cərimə, xx.xx.2021-ci il tarixli ******* nömrəli Müqaviləyə əsasən 354.00 (üç yüz əlli dörd) manat əsas borc, 35.00 (otuz beş) manat cərimə, xx.xx.2021-ci il tarixli 22411916 nömrəli Müqaviləyə əsasən 181.00 (yüz səksən bir) manat əsas borc, 18.00 (on səkkiz) manat cərimə, xx.xx.2021-ci il tarixli ******* nömrəli Müqaviləyə əsasən 40.00 (qırx) manat əsas borc, 4.00 (dörd) manat cərimə, xx.xx.2021-ci il tarixli 22242995 nömrəli Müqaviləyə əsasən 28.00 (iyirmi səkkiz) manat əsas borc, 2.00 (iki) manat cərimə və dövlət rüsumuna görə 32.05 (otuz iki manat beş qəpik) manat pul alınıb iddiaçı "xxxx" MMC-nin hesabına keçirilsin. Qətnamədən 1 (bir) ay müddətində İmişli rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakimi: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar