Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-777/2023 24.05.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Əsədli Xuraman Emin qızının katibliyi ilə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbi barədə iddia qaldıraraq xx.xx.2019-cu il tarixdə, saat 21-00 radələrində Cavabdeh idarə etdiyi «QAZ- 33021» markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin İmişli şəhəri ərazisində X3 idarə etdiyi «VAZ 21063» markalı **-BX-*** dövlət nömrə nişanlı avtomobillə toqquşması nəticəsində zərərçəkmiş şəxsə dəymiş maddi zərərə görə 1700,0 manat, sərnişin X1 dəymiş zərərə görə 1500,0 manat, X3 ölümü ilə bağlı 5000,0 manat məbləğində sığorta ödənişi həyata keçirildiyini göstərərək həmin məbləğin və 102,0 manat dövlət rüsumunun tutulub cəmiyyətin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan İcbari sığorta müqaviləsinə dair məlumata əsasən sığortaçı "xxxx" ASC xx.xx.2019-xx.xx.2020 sığorta müddətində «QAZ-33021» markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə törədilən yol nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin əmlakına dəymiş zərərə görə 5000,0 manat, sağlamlığa vurulan zərərə görə 5000,0 manat məbləğində sığorta təminatı vermişdir. İşdə olan İmişli rayon Məhkəməsinin 14 iyul 2020-ci il tarixli 1(036)033/2020 saylı hökmünün surətinə əsasən Cavabdeh xx.xx.2019-cu il tarixdə, saat 21-00 radələrində İmişli şəhəri, H.Əliyev prospekti ilə İmişli şəhəri, Muğan küçəsi istiqamətində hərəkətdə olarkən X3 idarə etdiyi «VAZ 21063» markalı **-BX-*** dövlət nömrə nişanlı avtomobillə toqquşma nəticəsində sürücü X3 ölümünə və sərnişin X1 az ağır zərər vurmaya səbəb olan yol nəqliyyat hadisəsini törətməkdə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb edilmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli 2582 nömrəli Sığorta Aktının surətinə əsasən PAZ ********** nömrəli Sığorta müqaviləsi ilə xx.xx.2019-xx.xx.2020 sığorta müddətində sığortaçı "xxxx" ASC-də sığortalanmış «QAZ-33021» markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin xx.xx.2019-cu il tarixdə İmişli şəhəri, H.Əliyev prospektində «VAZ 21063» markalı **-BX-*** dövlət nömrə nişanlı avtomobillə toqquşması nəticəsində baş vermiş sığorta hadisəsində «VAZ 21063» markalı **-BX-*** dövlət nömrə nişanlı avtomobilin sərnişini X4 az ağır dərəcəli bədən xəsarətləri alması ilə əlaqədar sağlamlığına dəymiş zərər 1500,0 manat məbləğində müəyyən olunmuş, sığorta ödənişi 1500,0 manat təşkil etmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli, **********2 saylı Ödəniş tarşırığının surətinə əsasən "xxxx" ASC xx.xx.2020-ci il tarixli 2582 nömrəli Sığorta Aktına əsasən X2 1500,0 manat ödənmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli 2581 nömrəli Sığorta Aktının surətinə əsasən PAZ ********** nömrəli Sığorta müqaviləsi ilə xx.xx.2019-xx.xx.2020 sığorta müddətində sığortaçı "xxxx" ASC-də sığortalanmış «QAZ-33021» markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin xx.xx.2019-cu il tarixdə İmişli şəhəri, H.Əliyev prospektində «VAZ 21063» markalı **-BX-*** dövlət nömrə nişanlı avtomobillə toqquşması nəticəsində baş vermiş sığorta hadisəsində həmin avtomobilin sürücüsü X3 ölümü ilə əlaqədar dəymiş zərər 5000,0 manat müəyyən edilmiş, sığorta ödənişi 5000,0 manat təşkil etmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli, **********6 saylı Ödəniş tarşırığının surətinə əsasən "xxxx" ASC xx.xx.2020-ci il tarixli 2581 nömrəli Sığorta Aktına əsasən X2 5000,0 manat ödənmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli 2579 nömrəli Sığorta Aktının surətinə əsasən PAZ ********** nömrəli Sığorta müqaviləsi ilə xx.xx.2019-xx.xx.2020 sığorta müddətində sığortaçı "xxxx" ASC-də sığortalanmış «QAZ-33021» markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin xx.xx.2019-cu il tarixdə İmişli şəhəri, H.Əliyev prospektində «VAZ 21063» markalı **-BX-*** dövlət nömrə nişanlı avtomobillə toqquşması nəticəsində baş vermiş sığorta hadisəsində «VAZ 21063» markalı **-BX-*** dövlət nömrə nişanlı avtomobilin zədələnməsi ilə əlaqədar dəymiş zərər 1700,0 manat müəyyən edilmiş, sığorta ödənişi 1700,0 manat təşkil etmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli **********7 nömrəli Ödəniş tarşırığının surətinə əsasən "xxxx" ASC xx.xx.2020-ci il tarixli 2579 nömrəli Sığorta Aktına əsasən X2 1700,0 manat ödəmişdir. «İcbari sığortalar haqqında» AR Qanununun 6.2-ci maddəsinə əsasən mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. Həmin Qanunun 13.1-ci maddəsinə əsasən icbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun xüsusi hissəsində nəzərdə tutulmuş hadisələr və hallardır. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün mülki məsuliyyətin icbari sığortasında müvafiq sığorta şəhadətnaməsində göstərilən əmlakın (binanın, tikilinin, avtonəqliyyat vasitəsinin,.... və s.) sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və ( və ya) əmlakına vurulmuş zərərin ödənilməsi üçün sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır. Həmin Qqanunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. AR Mülki Məcəlləsinin 923-cü maddəsinə əsasən mülki məsuliyyətin sığortası müqaviləsinə görə sığortaçı sığortalını sığorta dövründə əmələ gəlmiş məsuliyyətlə əlaqədar üçüncü şəxs qarşısında ona həvalə edilən öhdəlikdən azad etməlidir. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi ( iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Cavabdeh cəmi 8200,0 manat sığorta ödənişi və ödənilmiş dövlət rüsumuna görə 102,0 manat alınıb iddiaçı "xxxx" ASC-yə verilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia tələbi təmin olunsun. Cavabdeh cəmi 8200,0 (səkkiz min iki yüz) manat və ödənilmiş dövlət rüsumuna görə 102,0 (bir yüz iki) manat alınıb iddiaçı "xxxx" ASC–nin hesabına keçirilsin. Qətnamədən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №e-2(036)-777/2023
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(036)-777/2023
24.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver