Məhkəmə qərarları › İş №e-2(036)-794/2023

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(036)-794/2023

15.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-794/2023 15.03.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, Cavabdeh1 nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “su yolunun açılması” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 35789,84 ABŞ dolları əsas borcun, 19082,81 ABŞ dolları lizinq mükafatının, 1348 ABŞ dolları sığorta haqqının, 9316,53 ABŞ dolları dəbbə pulu, cəmi 65537,18 ABŞ dolları borcun və 402 manat məbləğində dövlət rüsumunun tutulub "xxxx" Lizinq Şirkəti QSC-nin hüquqi varisi İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Lizinq Şirkəti QSC ilə Cavabdeh1arasında bağlanmış xx.xx.2014-cü il tarixli 2242T/14/S saylı X3 Müqaviləsinə əsasən "xxxx" Lizinq Şirkəti QSC təsviri bu müqavilədə göstərilən XCMG ZL50 markalı frontal yükləyiciniöz mülkiyyətinə əldə edərək, onu lizinq alanın istifadəsinə vermişdir. Bununla da, Cavabdeh1 öz növbəsində 54709,33 ABŞ dolları məbləğində borcu illik 21% olmaqla, 3 6 ay müddətində "xxxx" Lizinq Şirkəti QSC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. Eyni zamanda X3 müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Cavabdeh2 ilə aralarında bağlanmış zaminlik müqaviləsinə əsasən zamin lizinq alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. xx.xx.2014-cü il tarixli təhvil-təslim aktı ilə lizinq obyekti olan XCMG ZL50 markalı frontal yükləyicini Cavabdeh1 təhvil verilmişdir. Cavabdehlər Lizinq Müqaviləsinə 1 saylı Əlavədə (lizinq ödənişləri qrafiki) göstərildiyi kimi, mütəmadi olaraq hər ay ödəniş etməli olduğu halda, müqavilənin bu şərtini pozaraq ödəniş cədvəli üzrə dövri оlaraq ödəməli оlduğu məbləği ödəməmiş və bununla da öhdəliyini vaxtında və lazımi qaydada icra еtməmişdir. Bundan sonra xx.xx.2016-ci il tarixdə lizinq obyekti"xxxx" Lizinq Şirkəti QSC-yə təhvil verilmişdir. Nəticədə cavabdehlərin X3 Müqaviləsi üzrə lizinq obyekti təhvil verilən tarixə kimi öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyinə görə xx.xx.2016-cı il tarixə 35789,84 ABŞ dolları əsas məbləğ, 19082,81 ABŞ dollarılizinq mükafatı, 1348 ABŞ dolları sığorta, 9316,53 ABŞ dolları dəbbə, cəmi 65537,18 ABŞ dolları borcu yaranmışdır. Cavabdehlər öhdəliklərini tam və vaxtında yerinə yetirmədiyi üçün şirkət tərəfindən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, yaranmış borcunu ödəməmişdir. İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə elektron qaydada məhkəməyə ərizə təqdim edərək mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmaqla iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili X2 iddianı qəbul etməyərək izahatında göstərdi ki, hazırkı iş üzrə eyni tərələr arasında eyni predmet barəsində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur. Ona görə də hesab edir ki, işə təkrar baxıla bilməz. Odur ki, iddianın rədd edilməsini xahiş edir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin vəkilini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarından görünür ki, tərəflər arasında eyni əsaslarla, eyni predmet barəsində İmişli Rayon Məhkəməsinin 19 avqust 2015-ci il tarixli, 2(036)-2330/2015 saylı qətnaməsi mövcuddur və həmin qətnamə qanuni qüvvəyə mindiyindən icra vərəqəsi verilmişdir. Göründüyü kimi tərəflər arasında mübahisə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə həll edilmişdir, ona görə də həmin mübahisə məhkəmə qaydasında yenidən mübahisələndirilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə görə maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2016-cı il tarixli Qərarına əsasən Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.3-cü maddəsinə görə qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar