Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-834/2024 18.04.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi hakim Qənbərov Ülvi Oktay oğlu İddiaçı (VÖEN:**********) Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (VÖEN:**********) Cavabdeh qarşı pul tələbi barədə iddia qaldıraraq xeyrinə xx.xx.2019-cu il tarixli ******* saylı müqavilə üzrə 667 manat əsas borc, 201 manat cərimə, xx.xx.2019-cu il tarixli ******* saylı müqavilə üzrə 148 manat əsas borc, 44 manat cərimə və 31 manat dövlət rüsumu tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan xx.xx.2019-cu il tarixli ******* nömrəli Müqavilənin surətinə əsasən Cavabdeh həmin tarixdə İddiaçı ümumi dəyəri, 768 manat olan “Samsung Galaxy A30” markalı telefon, qulaqlıq və “USB” kabel nisyə almışdır. İşdən görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli ******* nömrəli Müqavilə üzrə aldığı əşyaların dəyərini qismən ödəyərək 667 manat borclu qalmış və hesabına 201 manat cərimə hesablanmışdır. İşdə olan xx.xx.2019-cu il tarixli ******* nömrəli Müqavilənin surətinə əsasən Cavabdeh həmin tarixdə İddiaçı dəyəri 225 manat dəyərində “Riffel” ətçəkən nisyə almışdır. İşdən görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli ******* nömrəli Müqavilə üzrə aldığı əşyanın dəyərini qismən ödəyərək 148 manat borclu qalmış və hesabına 44 manat cərimə hesablanmışdır. AR Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə,..... həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər.Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə, və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, İddiaçı xeyrinə Cavabdeh xx.xx.2019-cu il tarixli ******* saylı müqavilə üzrə 667 manat əsas borc, 20 manat cərimə, xx.xx.2019-cu il tarixli ******* saylı müqavilə üzrə 148 manat əsas borc, 5 manat cərimə və dövlət rüsumuna görə 31 manat tutulmalıdır. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216, 220, 227,233,357 və 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli ******* saylı müqavilə üzrə 667 (altı yüz altmış yeddi) manat əsas borc, 20 (iyirmi) manat cərimə, xx.xx.2019-cu il tarixli ******* saylı müqavilə üzrə 148 (bir yüz qırx səkkiz) manat əsas borc, 5 (beş) manat cərimə və dövlət rüsumuna görə 31 (otuz bir) manat pul alınıb İddiaçı (VÖEN:**********) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №e-2(036)-834/2024
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(036)-834/2024
18.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver