Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № e-2(036)-837/2023 23.02.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ X1 Osman oğlunun sədrliyi, İddiaçı MMC-nin Cavabdeh qarşı alqı-satqı müqaviləsinə əsasən borcun tutulması tələbinə kiçik iddiaıara dair mülki işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə İmişli Rayon Məhkəməsinə müraciət edib, Cavabdeh xx.xx.2021-ci il tarixli, ********* saylı “Müddətli (Nisyə) alqı-satqı müqaviləsi” üzrə xx.xx.2022-ci il tarixinə yaranmış 964.90 manat əsas borc, 144.70 manat cərimə olmaqla, cəmi 1109.60 manat məbləğində borcun və 31.10 manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə xx.xx.2023-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edib, cavabdehlə aralarında qarşılıqlı razılıq əldə olunduğundan mülki iş üzrə iddia ərizəsinin baxılmamış saxlanmasını və iddia ərizəsini ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanılır. Məhkəmə hesab edir ki, ərizə qanuni və əsaslı olduğu üçün təmin edilərək iddia ərizəsi baxılmamış saxlanılmalı və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Mülki-Prosessual Məcəllənin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. İş materialları ilə müəyyən olur ki, iddiaçı İrşad Electronics” MMC tərəfindən iddia tələbi üzrə xx.xx.2023-cü il tarixli, ********** nömrəli qəbz əsasında "xxxx" ASC vasitəsilə İmişli Rayon Məhkəməsinin ünvanına 31.10 manat dövlət rüsumu ödənilmişdir. Qanunvericiliyin tələbinə görə iddia ərizəsi baxılmamış saxlanıldığı üçün həmin rüsum iddiaçıya qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : İddiaçı MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaşıya geri qaytarılsın. İddia tələbi üzrə xx.xx.2023-cü il tarixli, ********** nömrəli qəbz əsasında "xxxx" ASC vasitəsilə İmişli Rayon Məhkəməsinin ünvanına ödənilmiş 31.10 (otuz bir, on) manat dövlət rüsumu Dövlət büdcəsindən İddiaçı MMC-yə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Telman Quliyev.
Məhkəmə qərarları › İş №e-2(036)-837/2023
İmişli Rayon Məhkəməsi Qərardad — İş №e-2(036)-837/2023
23.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver