Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-898/2023 06.03.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi hakim Qənbərov Ülvi Oktay oğlu iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı pul tələbi barədə iddia qaldıraraq xeyrinə nisyə satılmış Samsung Galaxy A21s-yə görə 26.60 manat əsas borc, 2.4 manat cərimə, Xıaomı Redmı 9 telefon görə 98.00 manat əsas borc, 9.00 manat cərimə və 30 manat dövlət rüsumu, cəmi 166 manat tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli 22394597 nömrəli Müqavilənin surətinə əsasən Cavabdeh həmin tarixdə "xxxx" MMC-dən 608.80 manat dəyərində Samsung Galaxy A21s nisyə almışdır. İşdən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli 22394597 nömrəli Müqavilə üzrə aldığı əşyaların dəyərini qismən ödəyərək 26.60 manat borclu qalmış və hesabına 2.4 manat cərimə hesablanmışdır. İşdə olan xx.xx.2021-ci il tarixli 22182664 nömrəli Müqavilənin surətinə əsasən Cavabdeh həmin tarixdə "xxxx" MMC-dən 383.40 manat dəyərində Xıaomı Redmı 9 telefon nisyə almışdır. İşdən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli 22182664 nömrəli Müqavilə üzrə aldığı əşyanın dəyərini qismən ödəyərək 98.00 manat borclu qalmış və hesabına 9.00 manat cərimə hesablanmışdır. AR Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə,..... həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə, və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, "xxxx" MMC-nin xeyrinə Cavabdeh xx.xx.2021-ci il tarixli 22394597 nömrəli Müqaviləyə əsasən 26.60 manat əsas borc, 2.4 manat cərimə, xx.xx.2021-ci il tarixli 22182664 nömrəli Müqaviləyə əsasən 98.00 manat əsas borc, 9.00 manat cərimə və dövlət rüsumuna görə 30 manat tutulmalıdır. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216, 220, 227,233,357 və 360-cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli 22394597 nömrəli Müqaviləyə əsasən 26.60 (iyirmi altı manat altmış qəpik) manat əsas borc, 2.4 (iki manat qırx qəpik) manat cərimə, xx.xx.2021-ci il tarixli 22182664 nömrəli Müqaviləyə əsasən 98.00 (doxsan səkkiz) manat əsas borc, 9.00 (doqquz) manat cərimə və dövlət rüsumuna görə 30 (otuz) manat pul alınıb iddiaçı "xxxx" MMC-nin hesabına keçirilsin. Qətnamədən 1 (bir) ay müddətində İmişli rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №e-2(036)-898/2023
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(036)-898/2023
06.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver