Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-957/2024 29.04.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə borcun tutulması tələbinə kiçik iddialara dair mülki işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ:
1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edib, Cavabdeh xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən paltaryuyan Toshiba üçün 980 manat ödənilməmiş hissə və 98 manat cərimə borcunun, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən İmei kod **********95259 Samsung Galaxy A10S markalı telefon, Samsung Case, Samsung şüşə plyonka üçün 352 manat ödənilməmiş hissə, 35 manat cərimə borcunun,xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən İmei kod **********11679 Samsung Galaxy A10S markalı telefon üçün 291.70 manat ödənilməmiş hissə, 29.30 manat cərimə pulu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən İmei kod **********91580 Samsung Galaxy A10S markalı telefon üçün 228.86 manat ödənilməmiş hissə, 22.14 manat cərimə pulu olmaqla, cəmi 2037 manat məbləğində borc və 40.37 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. "xxxx" MMC və Cavabdeh arasında bağlanmış xx.xx.2021 -ci il tarixli alqı-satqı müqaviləsinə əsasən alqı-satqı qiyməti 1080 manat olan, Paltaryuyan Toshiba üçün ödəniş cədvəli üzrə 18 ay müddətinə hər ay 60 manat, ümumilikdə 1080 manat olmaqla, ondan 980 manat ödənilməmiş hissəsi, 98 manat cərimə borcu yaranmışdır.
3. "xxxx" MMC və Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən alqı-satqı qiyməti 385 manat olan, İmei kod **********95259 Samsung Galaxy A10S markalı telefon, Samsung Case, Samsung şüşə plyonka üçün ödəniş cədvəli üzrə 12 ay müddətinə hər ay 32 manat, ümumilikdə 385 manat olmaqla, ondan 352 manat ödənilməmiş hissəsi, 35 manat cərimə borcu yaranmışdır.
4. "xxxx" MMC və Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən alqı-satqı qiyməti 350.40 manat olan, İmei kod **********11679 Samsung Galaxy A10S markalı telefon üçün ödəniş cədvəli üzrə 12 ay müddətinə hər ay 29.20 manat, ümumilikdə 350.4 manat olmaqla, ondan 291.70 manat ödənilməmiş hissəsi, 29.30 manat cərimə borcu yaranmışdır.
5. "xxxx" MMC və Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən alqı-satqı qiyməti 392.40 manat olan, İmei kod **********91580 Samsung Galaxy A10S markalı telefon üçün ödəniş cədvəli üzrə 12 ay müddətinə hər ay 32.70 manat, ümumilikdə 392.40 manat olmaqla, ondan 228.86 manat ödənilməmiş hissəsi, 22.14 manat cərimə borcu yaranmışdır.
6. xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli və xx.xx.2020-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan “Əşyaların təhvil-təslim aktı”ndan görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır.
7. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir.
8. İş materialları ilə müəyyən olur ki, cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə ümumilikdə 2037 manat məbləğində borcu qalmışdır.
9. İddiaçı tərəfindən göndərilmiş xəbərdarlıq məktubunda mübahisənin məhkəmədənkənar həll olunması, cavabdehin üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu rəsmi qaydada bildirilsə də, sonuncu müqavilə ilə təsbit olunmuş öhdəliklərini icra etməmişdir.
10. Tələbin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər, tərəflər arasında bağlanılmış müqavilə, onun əlavəsi, bildiriş, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir.
11. İddia ərizəsinin verilməsi üçün 40.37 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi
12. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
13. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
14. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
15. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
16. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
17. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir
18. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
19. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
20. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
24. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
25. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
26. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
27. Maddə 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir.
28. Cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz və ona əlavə olunmuş sənədlər məhkəməyə göndərilməmişdir.
29. İş materialları ilə müəyyən olur ki, nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdehin Cəmiyyət qarşısında öhdəliyi yaranmış, cavabdeh tərəf öz üzərinə götürmüş olduğu öhdəliyi icra etməmiş və o bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıyır.
30. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
31. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
32. Ona görə də, məhkəmə xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən cərimə məbləğinin 30 manat, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 10 manat, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 10 manat və xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 10 manat müəyyən edilməsini daha məqsədəmüvafiq və ədalətli hesab edir.
33. Cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz və ona əlavə olunmuş sənədlər məhkəməyə göndərilməmişdir.
34. Məhkəmə tədqiq olunmuş sübutlara yuxarıda qeyd olunan hüquq normalarına əsasən qiymət verərək hesab edir ki, iddia qismən təmin edilərək Cavabdeh xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Paltaryuyan Toshiba üçün 980 manat ödənilməmiş hissə və 30 manat cərimə borcu, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən İmei kod **********95259 Samsung Galaxy A10S markalı telefon, Samsung Case, Samsung şüşə plyonka üçün 352 manat ödənilməmiş hissə, 10 manat cərimə borcu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən İmei kod **********11679 Samsung Galaxy A10S markalı telefon üçün 291.70 manat ödənilməmiş hissə, 10 manat cərimə pulu, xx.xx.2020ci il tarixli müqaviləyə əsasən İmei kod **********91580 Samsung Galaxy A10S markalı telefon üçün 228.86 manat ödənilməmiş hissə, 10 manat cərimə pulu və 40.37 manat dövlət rüsumu tutulub İddiaçı MMC-nin xeyrinə ödənilməlidir.
35. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddiaçı MMC-nin Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Paltaryuyan Toshiba üçün 980 manat ödənilməmiş hissə və 30 manat cərimə borcu, xx.xx.2021-ci il tarixli alqısatqı müqaviləsinə əsasən İmei kod **********95259 Samsung Galaxy A10S markalı telefon, Samsung Case, Samsung şüşə plyonka üçün 352 manat ödənilməmiş hissə, 10 manat cərimə borcu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən İmei kod **********11679 Samsung Galaxy A10S markalı telefon üçün 291.70 manat ödənilməmiş hissə, 10 manat cərimə pulu , xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən İmei kod **********91580 Samsung Galaxy A10S markalı telefon üçün 228.86 manat ödənilməmiş hissə, 10 manat cərimə pulu və 40.37 manat dövlət rüsumu tutulub İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir
Hakim: Telman Quliyev