Məhkəmə qərarları › İş №e-2(036)-962/2024

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(036)-962/2024

01.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-962/2024 01.05.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi hakim Qənbərov Ülvi Oktay oğlu iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı pul tələbi barədə iddia qaldıraraq xeyrinə xx.xx.2022ci il tarixli 02992720 saylı müqavilə üzrə 110.07 manat əsas borc, 11.93 manat cərimə, xx.xx.2023-cü il tarixli 03483715 saylı müqavilə üzrə 312.66 manat əsas borc, 31.34 manat cərimə və 30 manat dövlət rüsumu tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli 02992720 nömrəli Müqavilənin surətinə əsasən Cavabdeh həmin tarixdə "xxxx" MMC-dən 528.12 manat “Xiaomi Redmi 10A” markalı telefon nisyə almışdır. İşdən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli 02992720 nömrəli Müqavilə üzrə aldığı əşyaların dəyərini qismən ödəyərək 110.07 manat borclu qalmış və hesabına 11.93 manat cərimə hesablanmışdır. İşdə olan xx.xx.2023-cü il tarixli 03483715 nömrəli Müqavilənin surətinə əsasən Cavabdeh həmin tarixdə "xxxx" MMC-dən 522 manat dəyərində “Xiaomi Redmi 10A” markalı telefon və 2 ədəd “şəffaf vinil” nisyə almışdır. İşdən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli 03483715 nömrəli Müqavilə üzrə aldığı əşyanın dəyərini qismən ödəyərək 312.66 manat borclu qalmış və hesabına 31.34 manat cərimə hesablanmışdır. AR Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə,..... həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə, və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, "xxxx" MMC-nin xeyrinə Cavabdeh xx.xx.2022-ci il tarixli 02992720 nömrəli Müqaviləyə əsasən 110.07 manat əsas borc, 11.93 manat cərimə, xx.xx.2023-cü il tarixli 03483715 nömrəli Müqaviləyə əsasən 312.66 manat əsas borc, 31.34 manat cərimə və dövlət rüsumuna görə 30 manat tutulmalıdır. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216, 77.4, 7.67,233,357 və 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli 02992720 nömrəli Müqaviləyə əsasən 110.07 (bir yüz on manat yeddi qəpik) manat əsas borc, 11.93 (on bir manat doxsan üç qəpik) manat cərimə, xx.xx.2023-cü il tarixli 03483715 nömrəli Müqaviləyə əsasən 312.66 (üç yüz on iki manat altmış altı qəpik) manat əsas borc, 31.34 (otuz bir manat otuz dörd qəpik) manat cərimə və dövlət rüsumuna görə 30 (otuz) manat pul alınıb iddiaçı "xxxx" MMC-nin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar