Məhkəmə qərarları › İş №e-2(036)-983/2022

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(036)-983/2022

28.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-983/2022 28.03.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi hakim Qənbərov Ülvi Oktay oğlu iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı pul tələbi barədə iddia qaldıraraq xeyrinə nisyə satılmış Samsung LED TV markalı telefona görə 501.00 manat əsas borc, 50.00 manat cərimə, Samsung WW65K52E69SDLP markalı paltaryuyana və Samsung RT43K6000S8/WT soyuducuya görə 1444.00 manat əsas borc, 144.00 manat cərimə və 41.39 manat dövlət rüsumu, cəmi 2180.39 manat tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan 19.02.2020-ci il tarixli 20115279 nömrəli Müqavilənin surətinə əsasən Cavabdeh həmin tarixdə "xxxx" MMC-dən 1656.00 manat dəyərində Samsung LED UE50RU7200UXRU markalı TV nisyə almışdır. İşdən görünür ki, Cavabdeh 19.02.2020-ci il tarixli 20115279 nömrəli Müqavilə üzrə aldığı əşyaların dəyərini qismən ödəyərək 501.00 manat borclu qalmış və hesabına 50.00 manat cərimə hesablanmışdır. İşdə olan 10.03.2020-ci il tarixli 20165761 nömrəli Müqavilənin surətinə əsasən Cavabdeh həmin tarixdə "xxxx" MMC-dən 2450.40 manat dəyərində Samsung WW65K52E69SDLP markalı paltaryuyan və Samsung RT43K6000S8/WT markalı soyuducu nisyə almışdır. İşdən görünür ki, Cavabdeh 10.03.2020-ci il tarixli 20165761 nömrəli Müqavilə üzrə aldığı əşyanın dəyərini qismən ödəyərək 1444.00 manat borclu qalmış və hesabına 144.00 manat cərimə hesablanmışdır. AR Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə,..... həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə, və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, "xxxx" MMC-nin xeyrinə Cavabdeh 19.02.2020-ci il tarixli 20115279 nömrəli Müqaviləyə əsasən 501.00 manat əsas borc, 50.00 manat cərimə, 10.03.2020-ci il tarixli 20165761 nömrəli Müqaviləyə əsasən 1444.00 manat əsas borc, 144.00 manat cərimə və dövlət rüsumuna görə 41.39 manat tutulmalıdır. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216, 220, 227,233,357 və 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 19.02.2020-ci il tarixli 20115279 nömrəli Müqaviləyə əsasən 501.00 (beş yüz bir) manat əsas borc, 50.00 (əlli) manat cərimə, 10.03.2020-ci il tarixli 20165761 nömrəli Müqaviləyə əsasən 1444.00 (min dörd yüz qırx dörd) manat əsas borc, 144.00 (yüz qırx dörd) manat cərimə və dövlət rüsumuna görə 41.39 (qırx bir manat otuz doqquz qəpik) manat pul alınıb iddiaçı "xxxx" MMC-nin hesabına keçirilsin. Qətnamədən 1 (bir) ay müddətində İmişli rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar