Məhkəmə qərarları › İş №e-2(037)-1002/2024

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-1002/2024

28.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-1002/2024 28.10.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı lizinq müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki işə 28 oktyabr 2024-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) 11 oktyabr 2021-ci il tarixli MAS-4511 saylı “Daxili lizinq” müqaviləsi üzrə 6571,71 manat əsas, 181,52 manat gecikdirilmiş mükafat, 8,14 manat dəbbə pulu, ümumilikdə 6761,37 manat borc və 87,62 manat ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə X2 arasında bağlanmış 11 oktyabr 2021-ci il tarixli MAS-4511 saylı “Daxili lizinq” müqaviləsinə əsasən 2021-ci il buraxılışlı, “Khazar LX” markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı, qara rəngli avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən lizinq alan illik 24,5 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 389,61 manat, ümumilikdə isə 21802 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 21802 manatın 14950 manatı əsas məbləğ təşkil edir. 16 sentyabr 2022-ci il tarixdə X2, X6 və İddiaçı MMC arasında MAS- 4511 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 11 oktyabr 2021-ci il tarixli MAS-4511 saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri Elşən Həsənov öz üzərinə götürmüşdür. 11 aprel 2023-cü il tarixdə X6, Cavabdeh və İddiaçı MMC arasında MAS- 4511 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 11 oktyabr 2021-ci il tarixli MAS-4511 saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri Elşən Həsənov öz üzərinə götürmüşdür. İddiaçı MMC-nin mülkiyyətində olan X3 müvəqqəti istifadəsinə verilmiş “Khazar LX” markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobil 22 fevral 2024-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində yararsız vəziyətə düşmüş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobil tam yararsız vəziyyətə düşmüşdür. “Daxili Lizinq” müqaviləsinin 5.4-cü bəndinə əsasən lizinq obyekti məhv olduqda, həmçinin onun zədələnməsi nəticəsində bərpası mümkün olmayan vəziyyətə düşdükdə, lizinq müqaviləsi üzrə ödənilməmiş əsas borcu tamamilə, mükafat məbləği və cərməni isə məhv olma anına ödəməli və ya öz hesabına istifadəsinə verilmiş lizinq obyektinə analoji olan əmlakı əldə etmək və lizinq verənin mülkiyyətinə rəsmiləşdirməyi dərhal həyata keçirməlidir. X3 “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektin tam yararsız vəziyyətə düşdüyü 22 fevral 2024-cü il tarixə borcu əsas məbləğ üzrə 6571,71 manat və gecikdirilmiş mükafat məbləği üzrə 181,52 manat, həmin günə hesablanmış 8,14 manat dəbbə pulu, ümumilikdə 6761,37 manat təşkil edir. “Daxili lizinq” müqaviləsi və “Ödəniş cədvəli”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxdında və lazımı qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Cavabdehdən 11 oktyabr 2021-ci il tarixli MAS-4511 saylı “Daxili lizinq” müqaviləsi üzrə 6571,71 manat əsas, 181,52 manat gecikdirilmiş mükafat, 8,14 manat dəbbə pulu, ümumilikdə 6761,37 manat borc və 87,62 manat ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ərizə göndərərək işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılaraq idda tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikrini bildirməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını qərara almışdır. İş materiallarında olan: 11 oktyabr 2021-ci il tarixdə verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 2021-ci il buraxılışlı, “Khazar LX” markalı, **-PE- *** dövlət qeydiyyat nişanlı, qara rəngli avtomobil İddiaçı MMC-nin mülkiyyətindədir. 11 oktyabr 2021-ci il tarixli MAS-4511 saylı “Daxili lizinq” müqaviləsinin surətindən görünür ki, İddiaçı MMC ilə X2 arasında bağlanmış 11 oktyabr 2021-ci il tarixli MAS-4511 saylı “Daxili lizinq” müqaviləsinə əsasən 2021-ci il buraxılışlı, “Khazar LX” markalı, **-PE- *** dövlət qeydiyyat nişanlı, qara rəngli avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. 11 oktyabr 2021-ci il tarixli MAS-4511 saylı “Daxili lizinq” müqaviləsinə 3 saylı əlavənin surətindən görünür ki, “Daxili lizinq” müqaviləsinin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (əlavə N3) əsasən X2 illik 24,5% dərəcəsi ilə 48 ay müddətinə hər ay 389,61 manat olmaqla, 14950 manat əsas və 6852 manat mükafat olmaqla, cəmi 21802 manat məbləğini iddiaçının hesabına ödəməyi öhdəsinə götürmüşdür. 11 oktyabr 2021-ci il tarixli “Təhvil-Təslim” aktının surətindən görünür ki, 2021-ci il buraxılışlı, “Khazar LX” markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı, qara rəngli avtomobil 11 oktyabr 2021-ci il tarixli təhvil-təslim aktına əsasən X7 tərəfindən İddiaçı MMC və X1 təhvil verilmişdir. 16 sentyabr 2022-ci il tarixli MAS-4511 saylı öhdəliklərin ötürülməsi müqaviləsinin surətindən görünür ki, X2, X6 və İddiaçı MMC arasında MAS-4511 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 11 oktyabr 2021-ci il tarixli MAS-4511 saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri Elşən Həsənov öz üzərinə götürmüşdür. 16 sentyabr 2022-ci il tarixli “Təhvil-Təslim” aktının surətindən görünür ki, İddiaçı MMC-nin mülkiyyətində olan 2021-ci il buraxılışlı, “Khazar LX” markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı, qara rəngli avtomobil 16 sentyabr 2022-ci il tarixli təhvil-təslim aktına əsasən X2 tərəfindən X4 təhvil verilmişdir. 11 aprel 2023-cü il tarixli MAS-4511 saylı öhdəliklərin ötürülməsi müqaviləsinin surətindən görünür ki, X6, Cavabdeh və İddiaçı MMC arasında MAS-4511 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 11 oktyabr 2021-ci il tarixli MAS-4511 saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri Elşən Həsənov öz üzərinə götürmüşdür. 11 aprel 2023-cü il tarixli “Təhvil-Təslim” aktının surətindən görünür ki, İddiaçı MMCnin mülkiyyətində olan 2021-ci il buraxılışlı, “Khazar LX” markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı, qara rəngli avtomobil 11 aprel 2023-cü il tarixli təhvil-təslim aktına əsasən X6 tərəfindən Cavabdeh təhvil verilmişdir. “Khazar Service” Mərkəzinin 17 may 2024-cü il tarixli 1812/829 nömrəli aktından görünür ki, “Khazar LX” markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobilin tam yararsız vəziyyətdə olduğu müəyyən edilmişdir. 06 iyun 2024-cü il tarixli 1381 nömrəli xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabdeh “Daxili lizinq” müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmədiyi üçün borcun könüllü olaraq ödənilməsi ondan tələb edilmiş, “Daxili lizinq” müqaviləsi üzrə öhdəliyi və maddi məsuliyyəti barədə cavabdehə xəbərdarlıq edilmiş, əks halda “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi və borcun məcburi qaydada qaytarılması üçün məhkəməyə müraciət ediləcəyi ona izah edilmişdir. 18 iyul 2024-cü il tarixli 1662 nömrəli arayışın surətindən görünür ki, Cavabdeh 11 oktyabr 2021-ci il tarixli MAS-4511 saylı “Daxili Lizinq” müqaviləsi üzrə 22 fevral 2024-cü il tarixə 6571,71 manat əsas, 181,52 manat mükafat və 8,14 manat cərimə, cəmi 6761,37 manat borcu qalmışdır. 12 iyul 2024-ci il tarixli ********** nömrəli qəbzin surətindən görünür ki, iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün 87,62 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, 11 oktyabr 2021-ci il tarixdə verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən 2021-ci il buraxılışlı, “Khazar LX” markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı, qara rəngli avtomobil İddiaçı MMC-nin mülkiyyətindədir. 11 oktyabr 2021-ci il tarixli MAS-4511 saylı “Daxili lizinq” müqaviləsinə əsasən İddiaçı MMC ilə X2 arasında bağlanmış 11 oktyabr 2021-ci il tarixli MAS-4511 saylı “Daxili lizinq” müqaviləsinə əsasən 2021-ci il buraxılışlı, “Khazar LX” markalı, **-PE- *** dövlət qeydiyyat nişanlı, qara rəngli avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. 11 oktyabr 2021-ci il tarixli MAS-4511 saylı “Daxili lizinq” müqaviləsinə 3 saylı əlavə üzrə “Daxili lizinq” müqaviləsinin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (əlavə N3) əsasən X2 illik 24,5% dərəcəsi ilə 48 ay müddətinə hər ay 389,61 manat olmaqla, 14950 manat əsas və 6852 manat mükafat olmaqla, cəmi 21802 manat məbləğini iddiaçının hesabına ödəməyi öhdəsinə götürmüşdür. 2021-ci il buraxılışlı, “Khazar LX” markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı, qara rəngli avtomobil 11 oktyabr 2021-ci il tarixli təhvil-təslim aktına əsasən X7 tərəfindən İddiaçı MMC və X1 təhvil verilmişdir. 16 sentyabr 2022-ci il tarixli MAS-4511 saylı öhdəliklərin ötürülməsi müqaviləsinə əsasən X2, X6 və İddiaçı MMC arasında MAS-4511 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 11 oktyabr 2021-ci il tarixli MAS-4511 saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri Elşən Həsənov öz üzərinə götürmüşdür. İddiaçı MMC-nin mülkiyyətində olan 2021-ci il buraxılışlı, “Khazar LX” markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı, qara rəngli avtomobil 16 sentyabr 2022-ci il tarixli təhvil-təslim aktına əsasən X2 tərəfindən X4 təhvil verilmişdir. 11 aprel 2023-cü il tarixli MAS-4511 saylı öhdəliklərin ötürülməsi müqaviləsinə əsasən X6, Cavabdeh və İddiaçı MMC arasında MAS-4511 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 11 oktyabr 2021-ci il tarixli MAS-4511 saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri Elşən Həsənov öz üzərinə götürmüşdür. İddiaçı MMC-nin mülkiyyətində olan 2021-ci il buraxılışlı, “Khazar LX” markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı, qara rəngli avtomobil 11 aprel 2023-cü il tarixli təhvil-təslim aktına əsasən X6 tərəfindən Cavabdeh təhvil verilmişdir. “Khazar Service” Mərkəzinin 17 may 2024-cü il tarixli 1812/829 nömrəli aktı üzrə “Khazar LX” markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobilin tam yararsız vəziyyətdə olduğu müəyyən edilmişdir. 06 iyun 2024-cü il tarixli 1381 nömrəli xəbərdarlıq məktubuna əsasən cavabdeh “Daxili lizinq” müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmədiyi üçün borcun könüllü olaraq ödənilməsi ondan tələb edilmiş, “Daxili lizinq” müqaviləsi üzrə öhdəliyi və maddi məsuliyyəti barədə cavabdehə xəbərdarlıq edilmiş, əks halda “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi və borcun məcburi qaydada qaytarılması üçün məhkəməyə müraciət ediləcəyi ona izah edilmişdir. 18 iyul 2024-cü il tarixli 1662 nömrəli arayış üzrə cavabdehin 11 oktyabr 2021-ci il tarixli MAS-4511 saylı “Daxili Lizinq” müqaviləsi üzrə 22 fevral 2024-cü il tarixə 6571,71 manat əsas, 181,52 manat mükafat və 8,14 manat cərimə, cəmi 6761,37 manat borcu qalmışdır. 12 iyul 2024-ci il tarixli ********** nömrəli qəbzə əsasən iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün 87,62 manat dövlət rüsumu ödəmişdir. İddiaçı cavabdehdən 11 oktyabr 2021-ci il tarixli MAS- 4511 saylı “Daxili lizinq” müqaviləsi üzrə 6571,71 manat əsas, 181,52 manat gecikdirilmiş mükafat, 8,14 manat dəbbə pulu, ümumilikdə 6761,37 manat borc və 87,62 manat ödənilmiş dövlət rüsumunun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikrini bildirməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748-1.5-ci maddəsinə əsasən lizinq müqaviləsi qanuni qüvvəyə mindikdə lizinq alanın (müvafiq olaraq lizinq verənin lizinq verəndən (müvafiq olaraq lizinq alandan) lizinq müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsini tələb etmək və onların yerinə yetirilmədiyi təqdirdə lizinq obyektinin qəbuluna hazırlıq zamanı vurulmuş zərərin, əgər bu hazırlıq üçün bilavasitə xərc çəkilibsə, lizinq verən (müvafiq olaraq lizinq alan) tərəfindən ödənilməsini məhkəmə yolu ilə tələb etmək hüququ vardır. 748-1.9-cu maddəsinə əsasən lizinq alan lizinq obyektini qaytarmayıbsa və ya vaxtında qaytarmayıbsa, lizinq verənin gecikmə vaxtı üçün ödəniş tələb etmək hüququ vardır. 748-7.1-ci maddəsinə əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. 750-ci maddəsinə əsasən lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanuna əsasən məhkəməyə verilən iddia ərizəsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. Qeyd olunan maddi hüquq normalarının tələblərinə və şərh olunan əsaslara görə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 11 oktyabr 2021-ci il tarixli MAS-4511 saylı “Daxili lizinq” müqaviləsi üzrə 6571,71 manat əsas, 181,52 manat gecikdirilmiş mükafat, 8,14 manat dəbbə pulu və 87,62 manat ödənilmiş dövlət rüsumu cəmi 6848 (altı min səkkiz yüz qırx səkkiz) manat 99 (doxsan doqquz) qəpik tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 11 oktyabr 2021-ci il tarixli MAS-4511 saylı “Daxili lizinq” müqaviləsi üzrə 6571,71 manat əsas, 181,52 manat gecikdirilmiş mükafat, 8,14 manat dəbbə pulu və 87,62 manat ödənilmiş dövlət rüsumu - cəmi 6848 (altı min səkkiz yüz qırx səkkiz) manat 99 (doxsan doqquz) qəpik tutularaq İddiaçı xeyrinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar