Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-1003/2024 23.08.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Hüseynov İlqar Vidayət oğlu İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 28 dekabr 2023-cü il tarixli müqaviləyə əsasən İmei kod **********37580 SAMSUNG GALAXY S23 markalı telefon, SAMSUNG CHARGER üçün 3011.94 manat ödənilməmiş hissə, 301.06 manat cərimə, ümumilikdə 3313 manat borc və 53.13 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən işə sadələşdirilmiş icraat qaydasında baxılması qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 28 dekabr 2023cü il tarixli müqaviləyə əsasən, cavabdeh İmei kod **********37580 SAMSUNG GALAXY S23 markalı telefon, SAMSUNG CHARGElR almış və nəticədə 3313 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 3011.94 manat (yəni 18 ay x 167.33 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********37580 SAMSUNG GALAXY S23 markalı telefon, SAMSUNG CHARGER üçün ümumilikdə 3313 manat olmaqla ondan, 3011.94 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 301.06 manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi 0 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. İddiaçı ilə cavabdeh arasında bağlanılmış 28 dekabr 2023-cü il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. İddiaçı ilə cavabdehlə arasında olan telefon danışığı, həmçinin göndərilən 12 iyun 2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ona görə də iddiaçı məhkəməyə müraciət edərək Cavabdeh 28 dekabr 2023-cü il tarixli müqavilə üzrə 3011.94 manat ödənilməmiş hissə, 301.06 manat cərimə, ümumilikdə 3313 manat borc və 53.13 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş 22 iyul 2024-cü il tarixdə göndərilmişdir. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı hər hansı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - 28 dekabr 2023-cü il tarixli 04025569 nömrəli müqavilədən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə 3011.94 manat dəyərində İmei kod **********37580 SAMSUNG GALAXY S23 markalı telefon, SAMSUNG CHARGER satılmışdır. - 12 iyun 2024-cü il tarixli xəbərdarlığın surətindən görünür ki, cavabdehdən 28 dekabr 2023-cü il tarixli müqavilə üzrə aldığı əşyanın tam dəyərininin məbləğinin ödənilməsi tələb olunmuş, əks halda aidiyyatı üzrə dövlət qurumuna müraciət olunacağı barədə xəbərdar edilmişdir. - 28 iyun 2024-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdeh 28 dekabr 2023-cü il tarixli müqavilə üzrə 3011.94 manat borc məbləğindən 0 manat ödəniş etmiş, 3011.94 manat ödənilməmiş hissə, 301.06 manat cərimə - cəmi 3313 manat borcu qalmışdır. - İddia ərizəsindən görünür ki, iddiaçı tərəfindən 05 iyul 2024-cü il tarixdə 53,13 manat (qəbzin nömrəsi **********) dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış 28 dekabr 2023-cü il tarixli 04025569 nömrəli müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə cəmi 3011.94 manat dəyərində İmei kod **********37580 SAMSUNG GALAXY S23 markalı telefon, SAMSUNG CHARGER satılmışdır. Cavabdeh aldığı malın dəyərindən 0 manat ödəniş etmişdir. Cavabdehin 28 dekabr 2023-cü il tarixli 04025569 nömrəli müqavilə üzrə 3011.94 manat borcu ödənilməmiş qalmış, həmin borca 301.06 manat cərimə hesablanmışdır. İddiaçı tərəfindən cavabdehə borc məbləğinin ödənilməsi ilə bağlı xəbərdarlıq göndərilsə də borc məbləği ödənilməmişdir. İddiaçı cəmi 3313 manat borcu və ödənilmiş 53.13 manat məbləğində dövlət rüsumunu cavabdehdən tələb edir. Cavabdeh iddiaçının tələbinə dair münasibət bildirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 28 dekabr 2023-cü il tarixli 04025569 nömrəli müqavilə üzrə 3011.94 manat ödənilməmiş hissə, 301.06 manat cərimə və 53.13 manat ödənilmiş dövlət rüsumu, cəmi 3366.13 manat məbləği alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməlidir. Qeyd olanlara əsasən və MPM-in 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 28 dekabr 2023-cü il tarixli 04025569 nömrəli müqavilə üzrə 3011.94 manat ödənilməmiş hissə, 301.06 manat cərimə və 53.13 manat ödənilmiş dövlət rüsumu, cəmi 3366 (üç min üç yüz altmış altı) manat 13 (on üç) qəpik borc məbləği alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə elektron qaydada Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №e-2(037)-1003/2024
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-1003/2024
23.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver