Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-102/2025 07.01.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Hüseynov İlqar Vidayət oğlu İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə müraciət edərək cavabdehdən 05 iyun 2020-ci il tarixli LLK5666767 saylı borc müqaviləsi üzrə 344 manat əsas, 30 iyun 2020-ci il tarixli LLK5666829 saylı borc müqaviləsi üzrə 313 manat əsas, 24 avqust 2020-ci il tarixli LLK5904008 saylı borc müqaviləsi üzrə 270 manat əsas, 24 sentyabr 2020-ci il tarixli LLK5904102 saylı borc müqaviləsi üzrə 466 manat əsas borc və 34 manat ödənilmiş dövlət rüsumu – cəmi 1427 (bir min dörd yüz iyirmi yeddi) manat pulun alınaraq iddiaçı "xxxx" MMC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəflər arasında bağlanmış 05 iyun 2020-ci il tarixli borc müqaviləsinə əsasən 12 ay müddətinə 684 manat dəyərində, 30 iyun 2020-ci il tarixli borc müqaviləsinə əsasən 12 ay müddətinə 489 manat dəyərində, 24 avqust 2022-ci il tarixli borc müqaviləsinə əsasən 12 ay müddətinə 349 manat dəyərində, 24 sentyabr 2020-ci il tarixli borc müqaviləsinə əsasən 12 ay müddətinə 724 manat dəyərində məişət avadanlıqları almışdır. Müqavilələr üzrə ödəniş etdikdən sonra cavabdehin 05 iyun 2020-ci il tarixli LLK5666767 saylı borc müqaviləsi üzrə 344 manat əsas, 30 iyun 2020-ci il tarixli LLK5666829 saylı borc müqaviləsi üzrə 313 manat əsas, 24 avqust 2020-ci il tarixli LLK5904008 saylı borc müqaviləsi üzrə 270 manat əsas, 24 sentyabr 2020-ci il tarixli LLK5904102 saylı borc müqaviləsi üzrə 466 manat əsas borcu qalmışdır. Müqavilələrdə tərəflər arasında yaranmış mübahisənin pretenziya qaydasında həll olunmağı nəzərdə tutulmadığından cavabdehə pretenziya məktubu göndərilməmişdir. İddiaçı cavabdehdən 05 iyun 2020-ci il tarixli borc müqaviləsi üzrə 344 manat əsas, 30 iyun 2020-ci il tarixli borc müqaviləsi üzrə 313 manat əsas, 24 avqust 2020-ci il tarixli borc müqaviləsi üzrə 270 manat əsas, 24 sentyabr 2020-ci il tarixli borc müqaviləsi üzrə 466 manat borc və 34 manat ödənilmiş dövlət rüsumu – cəmi 1427 (bir min dörd yüz iyirmi yeddi) manat məbləğinin alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş 02 dekabr 2024-cü il tarixdə göndərilmişdir. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı hər hansı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - 05 iyun 2020-ci il tarixli LLK5666767 nömrəli borc müqaviləsinin surətindən görünür ki, iddiaçı tərəfindən cavabdehə 684 manat dəyərində məişət avadanlığı satılmışdır. Cavabdeh müqavilə üzrə 24 manat ilkin ödəniş etmiş, qalan 660 manat məbləğini 12 ay müddətinə aylıq 55 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. -30 iyun 2020-ci il tarixli LLK5666829 nömrəli borc müqaviləsinin surətindən görünür ki, iddiaçı tərəfindən cavabdehə 489 manat dəyərində məişət avadanlığı satılmışdır. Cavabdeh müqavilə üzrə 33 manat ilkin ödəniş etmiş, qalan 456 manat məbləğini 12 ay müddətinə aylıq 38 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. -24 avqust 2020-ci il tarixli LLK5904008 nömrəli borc müqaviləsinin surətindən görünür ki, iddiaçı tərəfindən cavabdehə 349 manat dəyərində məişət avadanlığı satılmışdır. Cavabdeh müqavilə üzrə 25 manat ilkin ödəniş etmiş, qalan 324 manat məbləğini 12 ay müddətinə aylıq 27 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. -24 sentyabr 2020-ci il tarixli LLK5904102 nömrəli borc müqaviləsinin surətindən görünür ki, iddiaçı tərəfindən cavabdehə 724 manat dəyərində məişət avadanlığı satılmışdır. Cavabdeh müqavilə üzrə 52 manat ilkin ödəniş etmiş, qalan 672 manat məbləğini 12 ay müddətinə aylıq 56 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. -10 dekabr 2023-cü il tarixli 5734 nömrəli maliyyə arayışından görünür ki, cavabdehin 05 iyun 2020-ci il tarixli LLK5666767 saylı borc müqaviləsi üzrə 344 manat əsas, 30 iyun 2020-ci il tarixli LLK5666829 saylı borc müqaviləsi üzrə 313 manat əsas, 24 avqust 2020-ci il tarixli LLK5904008 saylı borc müqaviləsi üzrə 270 manat əsas, 24 sentyabr 2020-ci il tarixli LLK5904102 saylı borc müqaviləsi üzrə 466 manat əsas, cəmi 1393 manat borcu vardır. -27 noyabr 2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 34 (otuz dörd) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı tərəfindən cavabdehə tərəflər arasında bağlanmış 05 iyun 2020-ci il tarixli LLK5666767 nömrəli borc müqaviləsinə əsasən 684 manat dəyərində məişət avadanlığı satılmış, cavabdeh müqavilə üzrə 24 manat ilkin ödəniş etmiş, qalan 660 manat məbləğini 12 ay müddətinə aylıq 55 manat, 30 iyun 2020-ci il tarixli LLK5666829 nömrəli borc müqaviləsinə əsasən 489 manat dəyərində məişət avadanlığı satılmış, cavabdeh müqavilə üzrə 33 manat ilkin ödəniş etmiş, qalan 456 manat məbləğini 12 ay müddətinə aylıq 38 manat, 24 avqust 2020-ci il tarixli LLK5904008 nömrəli borc müqaviləsinə əsasən 349 manat dəyərində məişət avadanlığı satılmış, cavabdeh müqavilə üzrə 25 manat ilkin ödəniş etmiş, qalan 324 manat məbləğini 12 ay müddətinə aylıq 27 manat və 24 sentyabr 2020-ci il tarixli LLK5904102 nömrəli borc müqaviləsinə əsasən 724 manat dəyərində məişət avadanlığı satılmış, cavabdeh müqavilə üzrə 52 manat ilkin ödəniş etmiş, qalan 672 manat məbləğini 12 ay müddətinə aylıq 56 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilələr üzrə borc məbləğinin tam şəkildə ödənilməsini təmin etməmişdir. Müqavilələrdə tərəflər arasında yaranmış mübahisənin pretenziya qaydasında həll olunmağı nəzərdə tutulmadığından cavabdehə pretenziya məktubu göndərilməmişdir. İddiaçı cavabdehdən 05 iyun 2020-ci il tarixli LLK5666767 saylı borc müqaviləsi üzrə 344 manat əsas, 30 iyun 2020-ci il tarixli LLK5666829 saylı borc müqaviləsi üzrə 313 manat əsas, 24 avqust 2020-ci il tarixli LLK5904008 saylı borc müqaviləsi üzrə 270 manat əsas, 24 sentyabr 2020-ci il tarixli LLK5904102 saylı borc müqaviləsi üzrə 466 manat əsas borc və 34 manat ödənilmiş dövlət rüsumu – cəmi 1427 (bir min dörd yüz iyirmi yeddi) manat məbləğinin alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh iddiaçının tələbinə dair hər hansı etirazını, dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 05 iyun 2020-ci il tarixli LLK5666767 saylı borc müqaviləsi üzrə 344 manat əsas, 30 iyun 2020-ci il tarixli LLK5666829 saylı borc müqaviləsi üzrə 313 manat əsas, 24 avqust 2020-ci il tarixli LLK5904008 saylı borc müqaviləsi üzrə 270 manat əsas, 24 sentyabr 2020-ci il tarixli LLK5904102 saylı borc müqaviləsi üzrə 466 manat əsas borc və 34 manat ödənilmiş dövlət rüsumu – cəmi 1427 (bir min dörd yüz iyirmi yeddi) manat pul məbləği alınaraq İddiaçı hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 05 iyun 2020-ci il tarixli LLK5666767 saylı borc müqaviləsi üzrə 344 manat əsas, 30 iyun 2020-ci il tarixli LLK5666829 saylı borc müqaviləsi üzrə 313 manat əsas, 24 avqust 2020-ci il tarixli LLK5904008 saylı borc müqaviləsi üzrə 270 manat əsas, 24 sentyabr 2020-ci il tarixli LLK5904102 saylı borc müqaviləsi üzrə 466 manat əsas borc və 34 manat ödənilmiş dövlət rüsumu – cəmi 1427 (bir min dörd yüz iyirmi yeddi) manat pul məbləğinin alınaraq İddiaçı hesabına ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №e-2(037)-102/2025
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-102/2025
07.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver