Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-1024/2022 29.08.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi, X1 kаtibliyi ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki işə 29 avqust 2022-ci il tarixdə İsmayıllı Rayon Məhkəməsinin inzibati binasında sadələşdirilmiş icraat qaydasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra iddiaçı) müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) BGT000043 saylı 15 oktyabr 2021-ci il tarixli Nisyə Alqı-satqı müqaviləsi üzrə 224 manat borc, 33,6 manat cərimə, 30 manat dövlət rüsumu və 0,4 manat xidmət haqqı məbləğinin alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən işə sadələşdirilmiş icraat qaydasında baxılması qərara alınmışdır. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri 27 iyul 2022-ci il tarixdə cavabdehə rəsmi qaydada göndərilməklə bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə təqdim etməsi izah olunmuşdur. Eyni zamanda, cavabdehə bildirilmişdir ki, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan işə sadələşdirilmiş icraat qaydasında baxılacaq və həmin işin həllinə dair qətnamə çıxarılacaqdır. Cavabdeh iddia ərizəsi və ona əlavə olunmuş sənədləri 31 iyul 2022-ci il tarixdə almış, iddiaçının tələbinə dair hər hansı etirazını, dəlilini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, fiziki şəxs X3 ilə cavabdeh arasında bağlanmış BGT000043 saylı 15 oktyabr 2021-ci il tarixli Nisyə Alqı-satqı müqaviləsinə əsasən cavabdeh 345 manat dəyərində mal almış, aldığı malın dəyərini hər ay ödəniş etməklə 06 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı ilə X3 arasında imzalanan Faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan sazişə əsasən X2 cavabdehə qarşı olan 345 manat məbləğindəki tələb hüququ iddiaçıya keçmişdir. Tələb etmə hüququnun iddiaçıya keçməsi barədə cavabdehə müvafiq bildiriş təqdim edilmişdir. İddiaçı MMC 18 noyabr 2020-ci il tarixində təşkilatı hüquqi formasını dəyişərək QSC-yə çevrilmişdir. BGT000043 saylı Nisyə Alqı-satqı müqaviləsinin 2.4.4-cü maddəsinə əsasən mal alan borcu vaxtında ödəmədikdə satıcının xeyrinə hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 0,5% miqdarında dəbbə pulu ödəməlidir. Cavabdeh müqavilənin şərtini pozaraq ödənişləri vaxtında və lazımı qaydada icra etməmişdir. Cavabdehin 224 manat əsas borcu ödənilməmiş qalmışdır. Əsas borca 33,6 manat cərimə hesablanmışdır. Borcun ödənilməsi ilə bağlı cavabdehə bildiriş göndərilmiş, lakin borc məbləğinin ödənilməsi təmin olunmamışdır. Ona görə də cavabdehdən BGT000043 saylı 15 oktyabr 2021-ci il tarixli Nisyə Alqı-satqı müqaviləsi üzrə 224 manat borc, 33,6 manat cərimə, 30 manat dövlət rüsumu və 0,4 manat xidmət haqqı məbləğinin alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. 27 iyul 2021-ci il tarixli R-900/21 nömrəli faktorinq müqaviləsinin surətindən görünür ki, X3 ilə İddiaçı MMC arasında tələbin güzəşti barədə müqavilə imzalanmışdır. X3 ilə cavabdeh arasında bağlanmış BGT000043 saylı 15 oktyabr 2021-ci il tarixli Nisyə Alqı-satqı müqaviləsindən və müqaviləyə 1 nömrəli əlavədən görünür ki, X3 tərəfindən cavabdehə 345 manat dəyərində malı satılmış, cavabdeh malı qəbul etmiş, müqavilə ilə müəyyənləşdirilmiş 06 ay müddətində hər ay 57,5 manat ödəməyi öhdəsinə götürmüşdür. 15 oktyabr 2021-ci il tarixli təhvil-təslim aktının surətindən görünür ki, X3 tərəfindən 165 manat dəyərində bir cüt və 180 manat dəyərində bir cüt ayaqqabı cavabdehə təhvil verilmişdir. Bildirişin surətindən görünür ki, BGT000043 saylı 15 oktyabr 2021-ci il tarixli Nisyə Alqı-satqı müqaviləsindən irəli gələn pul tələbinin hamısı İddiaçı MMC-yə güzəşt edilmişdir. Cavabdeh bildirişlə tanış olmuş və imzalamışdır 18 noyabr 2020-ci il tarixli **********891500 nömrəli çıxarışın surətindən görünür ki, Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin adı dəyişdirilərək İddiaçı Qapalı Səhmdar Cəmiyyəti adlandırılmışdır. 29 iyun 2022-ci il tarixli hesabdan çıxarışın surətindən görünür ki, cavabdeh müqavilə üzrə 28 noyabr 2021-ci il tarixdə 61 manat, 25 dekabr 2021-ci il tarixdə 60 manat ödəniş etmiş, 224 manat əsas borcu ödənilməmiş qalmış, qalıq borca 33,6 manat cərimə hesablanmışdır. 29 iyun 2022-ci il tarixli maliyyə arayışınn surətindən görünür ki, cavabdehin BGT000043 saylı 15 oktyabr 2021-ci il tarixli Nisyə Alqı-satqı müqaviləsi üzrə 224 manat əsas, 33,6 manat cərimə - cəmi 257,6 manat borcu qalmışdır. 30 iyun 2022-ci il tarixli bildirişin surətindən görünür ki, cavabdehdən borc məbləğinin 03 iyul 2022-ci il tarixədək ödənilməsi tələb olunmuş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. 06 iyul 2022-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödənilmişdir. İş materialları ilə müəyyən edildi ki, X3 ilə cavabdeh arasında bağlanmış 15 oktyabr 2021-ci il tarixli BGT000043 saylı Nisyə Alqı-satqı müqaviləsinə əsasən cavabdehə hər ay 57,5 manat ödəniş etməklə 06 ay müddətinə 345 manat dəyərində nisyə mal satılmışdır. İddiaçı ilə X3 arasında imzalanan Faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan sazişə əsasən X2 cavabdehə qarşı olan 345 manat məbləğindəki tələb hüququ iddiaçıya keçmişdir. Tələb etmə hüququnun iddiaçıya keçməsi barədə cavabdehə müvafiq bildiriş təqdim edilmişdir. Müqavilənin 2.4.4-cü maddəsinə əsasən mal alan borcu vaxtında ödəmədikdə satıcının xeyrinə hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 0,5% miqdarında dəbbə pulu ödəməlidir. Xəbərdarlıq olunmasına baxmayaraq cavabdeh borc məbləğini ödəməmişdir. İddiaçı cavabdehdən 15 oktyabr 2021-ci il tarixli Nisyə Alqı-satqı müqaviləsi üzrə 224 manat borc, 33,6 manat cərimə, 30 manat dövlət rüsumu və 0,4 manat xidmət haqqı məbləğinin alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddiaçının tələbinə dair hər hansı etirazını, dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Qeyd olunanlara əsasən məhkəmə qərara gəlir ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq cavabdeh aldığı əşyanın dəyərini və ona hesablanmış cəriməni ödəməli olduğundan iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh BGT000043 saylı 15 oktyabr 2021-ci il tarixli Nisyə Alqı-satqı müqaviləsi üzrə 224 manat borc, 33,6 manat cərimə, 30 manat dövlət rüsumu və 0,4 manat xidmət haqqı – cəmi 288 (iki yüz səksən səkkiz) manat məbləği alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №e-2(037)-1024/2022
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-1024/2022
29.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver