Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-1037/2023 10.10.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 15 iyul 2021-ci il tarixli müqaviləyə əsasən İmei kodu **********53904 olan Samsung Galaxy A32 markalı telefon, Xiaomi M BLUETOOTH HEADSET markalı qulaqlıq üçün 150 manat ödənilməmiş hissə, 15 manat cərimə və 09 dekabr 2021-ci il tarixli müqaviləyə əsasən İmei kodu **********42056 olan Samsung Galaxy A32 markalı telefon üçün 33 manat ödənilməmiş hissə, 3 manat cərimə, ümumilikdə 201 manat borc və 30 manat dövlət rüsumunun alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 15 iyul 2021-ci il tarixli müqaviləyə əsasən cavabdeh alqı-satqı qiyməti 918 manat (18 ay + 51 manat + 0 manat ilkin ödəniş) olan İmei kodu **********53904 olan Samsung Galaxy A32 markalı telefon, Xiaomi M BLUETOOTH HEADSET markalı qulaqlıq almışdır. Bundan başqa tərəflər arasında bağlanmış 09 dekabr 2021-ci il tarixli müqaviləyə əsasən cavabdeh alqı-satqı qiyməti 429 manat (12 ay + 35,75 manat + 0 manat ilkin ödəniş) olan İmei kodu **********42056 olan Samsung Galaxy A32 markalı telefon almışdır. Cavabdeh hər iki müqavilə üzrə cəmi 1164 manat ödəniş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284- 5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş 07 avqust 2023-cü il tarixdə göndərilmişdir. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı hər hansı əsaslandırılmış etirazı məhkəməyə göndərməmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - 15 iyul 2021-ci il tarixli 23216894 nömrəli müqavilədən və ödəniş cədvəlindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə 18 ay müddətinə hər ay 51 manat olmaqla cəmi 918 manat dəyərində İmei kodu **********53904 olan Samsung Galaxy A32 markalı telefon, Xiaomi M BLUETOOTH HEADSET markalı qulaqlıq satılmışdır. - 09 dekabr 2021-ci il tarixli ******* nömrəli müqavilədən və ödəniş cədvəlindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə 12 ay müddətinə hər ay 35,75 manat olmaqla cəmi 428,99 manat dəyərində İmei kodu **********42056 olan Samsung Galaxy A32 markalı telefon satılmışdır. - 31 iyul 2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehdən 15 iyul 2021-ci il və 09 dekabr 2021-ci il tarixli müqavilələr üzrə aldığı əşyaların tam dəyərini və gecikmə günlərinə müvafiq olaraq hesablanmış peniya məbləğinin ödənilməsi tələb olunmuş, əks halda aidiyyatı üzrə dövlət qurumuna müraciət olunacağı barədə xəbərdar edilmişdir. - 24 avqust 2023-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdeh 15 iyul 2021-ci il tarixli müqavilə üzrə 918 manat borc məbləğindən 768 manat ödəniş etmiş, 150 manat ödənilməmiş hissə, 15 manat cərimə, 09 dekabr 2021-ci il tarixli müqavilə üzrə 429 manat borc məbləğindən 396 manat ödəniş etmiş, 33 manat ödənilməmiş hissə, 3 manat cərimə - hər iki müqavilə üzrə cəmi 201 manat borcu qalmışdır. - 26 avqust 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, cavabdehə tərəflər arasında bağlanmış 15 iyul 2021-ci il tarixli 23216894 nömrəli müqaviləyə əsasən 18 ay müddətinə hər ay 51 manat olmaqla cəmi 918 manat dəyərində İmei kodu **********53904 olan Samsung Galaxy A32 markalı telefon, Xiaomi M BLUETOOTH HEADSET markalı qulaqlıq, 09 dekabr 2021-ci il tarixli ******* nömrəli müqaviləyə əsasən 12 ay müddətinə hər ay 35,75 manat olmaqla cəmi 428,99 manat dəyərində İmei kodu **********42056 olan Samsung Galaxy A32 markalı telefon satılmışdır. Cavabdeh aldığı malların dəyərindən cəmi 1164 manat ödəniş etmişdir. Cavabdehin 15 iyul 2021-ci il tarixli müqavilə üzrə 150 manat borcu qalmış, həmin borca 15 manat cərimə, 09 dekabr 2021-ci il tarixli müqavilə üzrə 33 manat borcu qalmış, həmin borca 3 manat cərimə hesablanmışdır. Cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş və iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya cəmi 201 manat borcu yaranmışdır. İddiaçı cəmi 201 manat borcu və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunu cavabdehdən tələb edir. Cavabdeh iddiaçının tələbinə dair münasibət bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 325.1, 326.1, 425.1, 427.3, 442, 443.1, 448.1, 462.1, 465.2, 548.2 və 600.1-ci maddələrinin tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də alıcı-cavabdeh müqavilə üzrə satıcı-iddiaçı qarşısında öhdəlik götürdüyündən və alıcı-cavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış borc məbləğini və digər xərcləri ödəməlidir. MPM-in 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, 15 iyul 2021-ci il tarixli müqaviləyə əsasən İmei kodu **********53904 olan Samsung Galaxy A32 markalı telefon, Xiaomi M BLUETOOTH HEADSET markalı qulaqlıq üçün 150 manat ödənilməmiş hissə, 15 manat cərimə, 09 dekabr 2021-ci il tarixli müqaviləyə əsasən İmei kodu **********42056 olan Samsung Galaxy A32 markalı telefon üçün 33 manat ödənilməmiş hissə, 3 manat cərimə və 30 manat dövlət rüsumu, cəmi 231 (iki yüz otuz bir) manat məbləği Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Qeyd olanlara əsasən və MPM-in 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 15 iyul 2021-ci il tarixli müqaviləyə əsasən İmei kodu **********53904 olan Samsung Galaxy A32 markalı telefon, Xiaomi M BLUETOOTH HEADSET markalı qulaqlıq üçün 150 manat ödənilməmiş hissə, 15 manat cərimə, 09 dekabr 2021-ci il tarixli müqaviləyə əsasən İmei kodu **********42056 olan Samsung Galaxy A32 markalı telefon üçün 33 manat ödənilməmiş hissə, 3 manat cərimə və 30 manat dövlət rüsumu, cəmi 231 (iki yüz otuz bir) manat məbləği alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə elektron qaydada Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №e-2(037)-1037/2023
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-1037/2023
10.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver