Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-1038/2025 21.08.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Hüseynov İlqar Vidayət oğlu İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə müraciət edərək cavabdehdən 840 manat əsas borc və 30 manat dövlət rüsumu, cəmi 870 (səkkiz yüz yetmiş) manat məbləğinin alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 30 yanvar 2023cü il tarixli QQK6165874 saylı borc müqaviləsinə əsasən 12 ay müddətinə 785 manat və 24 may 2023-cü il tarixli QQK6224303 saylı borc müqaviləsinə əsasən 12 ay müddətinə 400 manat dəyərində məişət avadanlıqları almışdır. Müqavilələr üzrə ödəniş etdikdən sonra cavabdehin iddiaçıya QQK6165874 saylı borc müqaviləsi üzrə 480 manat və QQK6224303 saylı borc müqaviləsi üzrə 360 manat, ümumilikdə 840 manat əsas borcu qalmışdır. İddiaçı cavabdehdən borc müqavilələri üzrə cəmi 840 manat əsas borc və 30 manat ödənilmiş dövlət rüsumu - cəmi 870 (səkkiz yüz yetmiş) manat məbləğinin alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284- 5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş 11 iyul 2025-ci il tarixdə göndərilmişdir. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı hər hansı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - 30 yanvar 2023-cü il tarixli QQK6165874 nömrəli borc müqaviləsinin surətindən görünür ki, iddiaçı tərəfindən cavabdehə 785 manat dəyərində məişət avadanlığı satılmışdır. Cavabdeh müqavilə üzrə 65 manat ilkin ödəniş etmiş, qalan 720 manat məbləğini 12 ay müddətinə aylıq 60 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. - 30 yanvar 2023-cü il tarixli QQK6165874 nömrəli təhvil-təslim aktının surətindən görünür ki, cavabdeh QQK6165874 nömrəli borc müqaviləsi üzrə 2 ədəd Xiaomi Redmi 10C markalı telefonu təhvil almışdır. - 24 may 2023-cü il tarixli QQK6224303 nömrəli borc müqaviləsinin surətindən görünür ki, iddiaçı tərəfindən cavabdehə 400 manat dəyərində məişət avadanlığı satılmışdır. Cavabdeh müqavilə üzrə 40 manat ilkin ödəniş etmiş, qalan 360 manat məbləğini 12 ay müddətinə aylıq 30 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. - 24 may 2023-cü il tarixli QQK6224303 nömrəli təhvil-təslim aktının surətindən görünür ki, cavabdeh QQK6224303 nömrəli borc müqaviləsi üzrə 1 ədəd Samsung Galaxy A14 markalı telefonu təhvil almışdır. - 15 fevral 2024-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdehin 30 yanvar 2023-cü il tarixli QQK6165874 nömrəli borc müqaviləsi üzrə 480 manat, 24 may 2023-cü il tarixli QQK6224303 nömrəli borc müqaviləsi 360 manat – ümumilikdə 840 manat əsas (qalıq) borcu vardır. - 20 iyun 2025-ci il tarixli pretenziyanın surətindən görünür ki, cavabdehdən 30 yanvar 2023-cü il tarixli QQK6165874 saylı borc müqaviləsi üzrə 480 manat və 24 may 2023-cü il tarixli QQK6224303 saylı borc müqaviləsi üzrə 360 manat, ümumilikdə 840 manat borc məbləğinin üç iş günü müddətində ödənilməsi tələb olunmuş, əks halda məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. - 01 iyul 2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış 30 yanvar 2023-cü il tarixli QQK6165874 nömrəli borc müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 785 manat dəyərində məişət avadanlığı satılmış, cavabdeh müqavilə üzrə 65 manat ilkin ödəniş etmiş, qalan 720 manat məbləğini 12 ay müddətinə aylıq 60 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Bundan başqa tərəflər arasında bağlanılmış 24 may 2023-cü il tarixli QQK6224303 nömrəli borc müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 400 manat dəyərində məişət avadanlığı satılmış, cavabdeh müqavilə üzrə 40 manat ilkin ödəniş etmiş, qalan 360 manat məbləğini 12 ay müddətinə aylıq 30 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh müqavilələr üzrə borc məbləğlərinin tam şəkildə ödənilməsini təmin etməmişdir. İddiaçı cavabdehdən borc müqavilələri üzrə 840 manat əsas borc və 30 manat ödənilmiş dövlət rüsumu – cəmi 870 (səkkiz yüz yetmiş) manat məbləğinin alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh iddiaçının tələbinə dair hər hansı etirazını, dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi, cavabdeh borc müqavilələri üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilələr ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilələrin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh borc müqavilələri üzrə 840 manat əsas borc və 30 manat ödənilmiş dövlət rüsumu - cəmi 870 (səkkiz yüz yetmiş) manat pul məbləği alınaraq İddiaçı hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh borc müqavilələri üzrə 840 manat əsas borc və 30 manat ödənilmiş dövlət rüsumu - cəmi 870 (səkkiz yüz yetmiş) manat pul məbləğinin alınaraq İddiaçı hesabına ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №e-2(037)-1038/2025
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-1038/2025
21.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver